GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Eldar Həsənov Eynulla Fətullayevi "muzdlu mirzə" adlandırıb

Eldar Həsənov Eynulla Fətullayevi "muzdlu mirzə" adlandırıb

Tarix: 14-08-2013, 11:46 Bölmə :Ölkə Baxış: 756
 Eldar Həsənov Eynulla Fətullayevi  "muzdlu mirzə" adlandırıb
Səfir jurnalisti "muzdlu mirzə" adlandırıb
Dünən www.virtual.org saytında Eynulla Fətullayevin “İlham Əliyevə qəsdin üstü açıldı” adlı yazısı dərc olunub. http://virtualaz.org/last/6425) E.Fətullayev yazıda bir sıra tanınmış şəxslər barədə müxtəlif fikirlər irəli sürüb, onların Azərbaycanda dövlət çevrilişi cəhdindən bəhs edib. Yazıda adları keçən şəxlərin məsələrə münasibəti maraq doğurmaya bilməz. Ötən gün ilk olaraq bu məsələyə hazırda həbsdə olan Akif Muradverdiyeb cavab verdi və barəsində yazılanları təkzib etdi.

Bu gün isə Eynulla Fətullayevin yazısına Azərbaycanın Serbiya Respublikasında, Monteneqro, Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovdan cavab gəlib.

Modern.az saytına istinadən səfirin cavabını olduğu kimi dərc edirik:

- İltizamlı, muzdlu “mirzə” Eynulla Fətullayevin növbəti əsassız, məntiqsiz və sərsəm uydurmaları məni heç təəccübləndirməsə də, böhtanın səviyyəsi onun və ipini əlində saxlayan sifarişçinin “ayı xidməti” göstərmək üçün heç bir çərçivə tanımadıqlarını göstərir. E.Fətullayevin əvvəlki iftira və uydurmaları kimi son fərziyyələrinə də münasibət bildirmək niyyətində deyildim. Lakin axırıncı əsassız mülahizələrində iki amil - şərəf və ləyaqətimə toxunan fikirlər səsləndirməsi, Azərbaycan Prezidentinə və Azərbaycan dövlətçiliyinə qarşı guya ki, müxtəlif fəaliyyətlərdə “iştirakıma” dair detektiv üslubda yazdığı uydurmaları, sayıqlamaları - məni mövqe bildirməyə vadar etdi. Nə qədər səbirli olsam da, həyasızlığa və səviyyəsizliyə dözə bilmədim. Vətəndaşlıq hüquqlarımdan istifadə edərək, bu təhqirlərə, hədyanlara və bohtanlara son qoymaq istərdim. Bəzi hallarda özünü jurnalist kimi qələmə verənlərə qarşı hüquqi çərçivədə tədbirlərin görülməsi onları beynəlxalq ictimaiyyət qarşısında “qəhrəmana” çevirdiyindən və hər nə olsa da adını daşıdığı jurnalist peşəsinə olan hörmətimdən bunu etmirəm. Təəssüf ki, bir sıra hallarda bu cür cəzasızlıq nəinki həyasızlığa, hətta növbəti cinayətlərə gətirib çıxarır. Əgər son dövrlər E.Fətullayevin mənimlə bağlı səsləndirdiyi sərsəm fikirlərindən biri belə təsdiq olunsa, qanunun bütün sərtliyi çərçivəsində cavab verməyə hazıram. Haqqımda yazdığı böhtanların altında heç bir əlaqəsi olmayan - bir neçə il əvvəl Rumıniya bayrağının fonunda həmin ölkədəki tədbirlərdən birində çəkilmiş şəkli yerləşdirməsi də onun hansı “faktlara” əsaslanıb uydurduğunun göstəricisidir. Yazır ki, “E.Həsənovun günü demək olar ki, Rusiyada keçir”, ““Milyarderlər İttifaqı” layihəsinə cəlb edilən və kölgədə saxlanan ehtiyat oyunçulardan biridir”, Akif Muradverdiyev, Eldar Namazov, Söyün Sadıqovla görüşlər keçirməyim, hansısa biznes layihələrdə olmağım və sair gülünc şayiələr. Həvəskar detektivimizin nəzərinə çatdırmaq istərdim ki, son dəfə Rusiyada təxminən 3 il bundan qabaq beynəlxalq tədbirdə iştirak etmək məqsədilə olmuşam. Bu məlumatı bulanıq işlərdə püxtələşən sifarişçisi də Rusiyadakı dostları vasitəsilə sərhəd xidmətindən çox asan şəkildə yoxlaya bilər. O ki qaldı “çoxbilmiş tədqiqatçı”mızın mətbuatda “Milyarderlər ittifaqı” kimi adı sadalanan “layihəyə cəlb olunmağımı” “ifşa etməsinə”, bu təşkilatda təmsil olunan insanlardan bir neçəsini şəxsən tanıdığım və onlardan bəzilərinə isə hörmətli münasibətimin olması sirr deyil. Tanıdığım bu şəxslərin Azərbaycan Prezidentinə və Azərbaycan dövlətçiliyinə qarşı hər hansı fəaliyyətdə iştiraklarına inanmaq və bunu qəbul etmək istəmirəm. Digər tərəfdən isə, məni tanıyanlar onu da yaxşı bilirlər ki, Azərbaycanın müstəqil dövlətçiliyinə, xalqımızın təhlükəsizliyinə və dövlətin konstitusion əsaslarına qarşı yönələn qəsdlərdə, cinayətlərdə iştirakı olanlara qarşı münasibətdə mənim üçün qohum-əqraba, dost-tanış amili heç vaxt olmayıb və olmayacaq. Hətta Baş prokuror işlədiyim illərdə belə verdiyim qərarlar, imzalanmış sənədlər bu cür hallara qarşı barışmaz və tərəddüdsüz mövqeyimin bariz göstəricisidir. Azərbaycan Prezidenti və müstəqil dövlətçiliyimizin, xalqımızın təhlükəsizliyi naminə öz imzamla, adımla, əməli fəaliyyətimlə açıq mübarizə aparan ağır illərdə bugünku çızmaqaraları və beynəlxalq təşkilatlara müraciətləri ilə hakimiyyətə qənim kəsilən E.Fətullayevin hansı yolun yolçusu olduğunu hamı bilir. Nədir bu qəfil transformasiya?! Sözdə vətən sevgisi, sözdə dövlət sevgisi?! Bütün bunlar, olmayan yerdən problem yaratmaq, onu süni olaraq şişirtmək və Azərbaycan Prezidentinə özünü bu olmayan problemi həll etməyə qadir olan “yeganə qəhrəman” kimi qələmə verməkdən, şəxsi və qrup maraqları naminə “bizim də xidmətlərimiz var”, “biz olmasaq....” kimi fikirlərlə, nəyin bahasına olursa olsun kreslosunu qorumağa və özünü sırımağa cəhd göstərməkdən başqa bir şey deyildir. Əminəm ki, qanunsuz yollarla hakimiyyət uğrunda mübarizənin, dövlət çevrilişlərinə cəhdlərin ağır nəticəsi olaraq doğma torpaqlarının itirilməsini unutmayan və gələcəyə böyük inamla, ümidlə baxan qədirbilən xalqımızın rəğbətini və dəstəyini qazanan, ölkəmizin dünya birliyində layiqli yerini tutmasının, Azərbaycandakı sabitliyin, davamlı inkişafın və tərəqqinin əsas təminatçısı olan, təcrübəli və uzaqgörən siyasətçi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin küləyin istiqamətindən asılı olaraq dəyişən “mirzə”lərin çızmaqaralarına və onlardan geri qalmayan dar düşüncəli sifarişçilərin müdafiəsinə və “ayı xidməti”nə ehtiyacı yoxdur. Nankor, biçarə nökər kimi xalqını, dövlətini müxtəlif cinayətlərdə əsassız ittiham etmək yolundan müvəqqəti çəkilib, bu cür sərsəm hədyanlar uydurmaq da dövlətçiliyə və xalqa xidmət deyildir. Xalqa, dövlətə sədaqət və xidmətlə xəyanət anlayışlarının fərqini hələ də dərk etməyib, belə çirkin yolla özünü Azərbaycan dövlətçiliyinin müdafiəçisi kimi qələmə verməklə E.Fətullayev nəyə nail olmaq istəyir?! Suyun üzündə qalmaq üçün köpüyə belə əl atan zavallı insan kimi görünməkdən həzz alırsa, növbəti uydurmalarına münasibətim, cavablarım və cavabı olmayan suallarım ona yox, onun xəyalpərəst, kinli, fürsətcil və fəsadçı sifarişçisinə olacaq.

Eldar Həsənov,

13 avqust 2013-cü il
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eynulla Fətullayev məhkəməyə şok sənədlərlə hazırlaşır

    Eynulla Fətullayev məhkəməyə şok sənədlərlə ...

    22-08-2013, 12:28

  • 
  • “İlham Əliyevə qəsdin üstü açıldı” adlı yazı qalmaqal yaratdı (VİDEO)

    “İlham Əliyevə qəsdin üstü açıldı” adlı yazı ...

    14-08-2013, 23:20

  • 
  • “Eldar Həsənov Eynulla  ittihamlara aydınlıq gətirməlidir”

    “Eldar Həsənov Eynulla ittihamlara aydınlıq ...

    21-08-2013, 00:42

  • 
  • Eynulla Fətullayev sui-qəsdçilərlə görüşdü

    Eynulla Fətullayev sui-qəsdçilərlə görüşdü ...

    13-12-2012, 17:10

  • 
  • Eynulla Fətullayev Söyün Sadıqovu söydü

    Eynulla Fətullayev Söyün Sadıqovu söydü ...

    30-03-2014, 19:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu