Ötən həftə Türkiyədə qətlə yetirilən “Lotu Qoca” ləqəbi ilə tanınan məşhur avtoritet Əlibala Həmidovla bağlı AzNews.az-a yeni məlumat daxil olub. Belə ki, Penitensiar Xidmətdəki mənbələrimizdən daxil olan məlumata görə, dünən Şüvəlan istintaq təcridxanasında cəza çəkən və bu yaxınlarda ad “oğru” adını qazanan “Lotu Rafiq” türmədə Ə.Həmidova 3 mərasimi vermək istəyib. Şüvəlan türməsinin rəhbərliyi isə buna mane olub.
Mənbənin məlumatına görə, “Lotu Qoca”ya 3 mərasimi verilməsinin qarşısını alan həbsxana rəhbərliyinə sərt müqavimət göstərilib.
Belə olan təqdirdə, həbsxana nəzarətçiləri məhkumları sakitləşdirməkdən ötrü gözyaşardıcı qazdan istifadə ediblər və ehsan mərasimini dağıdıblar. Məhkumlar özlərinə gəldikdən sonra isə, bu müdaxiləyə etiraz olaraq özlərini doğrayıblar. Məhkumların böyük əksəriyyətinin özünə bıçaqla xəsarət yetirdiyi bildirilir. Buna görə, həbsxanada böyük həyəcan yaşanıb. Mənbə deyir ki, məhkumlar bu addımı “Lotu Rafiq”in təklifi ilə ediblər. Elə buna görə də, o, dərhal karserə salınıb.
Məsələ ilə bağlı münasibət öyrəndiyimiz Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzNews.az-a açıqlamasında xəbəri təkzib etmədi. O bildirdi ki, qanunla kriminal aləmdə nüfuzu olan hansısa şəxslə bağlı həbsxanada yas mərasimi təşkil etmək qadağandır: “Əgər Şüvəlan həbsxanasında da belə bir hadisə olubsa, bu cür cəhdlərin qarşısı qanuni çərçivədə alınıb və alınacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?