Sabiq müdafiə naziri Sergey İvanov rus rəhbərinin casus kimi fəaliyyətindən danışıb
Rusiyanın keçmiş müdafiə naziri Sergey İvanov bu günlərdə Putinlə bağlı maraqlı sirlər açıb. S.İvanov "Pravda" qəzetinə verdiyi müsahibədə Putinlə birgə KQB-də fəaliyyət göstərdiklərini bildirib. O, Putinin həyatını Anna Çapmanın həyatı ilə eynilik təşkil etdiyini açıqlayıb. Qeyd edək ki, Anna Çapman Böyük Britaniyada və ABŞ-da Putin hakimiyyətinin əsas agenti hesab edilirdi. Anna Çapman vətəndaşlıq almaq üçün ingilislə evlənir. O, ingilis əks-kəşfiyyatı tərəfindən ifşa olunana qədər Londonda fəaliyyət göstərə bilir. Keçmiş Sovet KQB-sinin qadınlardan istifadə etmə ənənəsini yaxşı bilən Putin Annanın xidmətində maraqlı idi. Amma Çapmanın ifşası Putin hakimiyyətinin xarici siyasətdəki yarıtmazlığını ortaya qoymuş oldu. Sergey İvanov da məhz Putini Anna ilə müqayisə edərkən oxşar məqamlara diqqət çəkir. "Rusiya Anna Çapmanı öyrədib Britaniyaya necə göndərmişdisə, KQB də Putini o cür yetişdirib Şərqi Almaniyaya göndərmişdi. Putin burda 1975-1991- ci illərdə çox uğurla casusluq fəaliyyətini yerinə yeirmişdi. Hətta , bu günün özündə belə, bu haqda çox az adam məlumatlı ola bilər". İvanov sonra daha maraqlı bir məsələni aydınlaşdırır: "Biz heç vaxt Kommunizmə inanmadıq. Hər ikimiz bunu abdallıq hesab edirdik. Amma, bu fikri heç vaxt açıqlaya bilməzdik. Düşüncələrimizi gizli saxlamağı bacardığımız üçün hər ikimiz sonralar təşkilatda yüksələ bildik". Maraqlıdır ki, uzun illər Qərb, xüsusilə də Qərbi Almaniya kəşfiyyatı Putini alman hesab ediblər. İndinin özündə də onun Almaniyada fəaliyyətini sübut edəcək faktlara malik ola bilməyiblər. Onu da qeyd edək ki, Anna Çapman hazırda Rusiyada model fəaliyyətilə məşğuldur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?