Sentyabrın 1-də Yekaterinburqda keçirilən “sxodka”da iştirak edən və böyük əksəriyyəti azərbaycanlılardan olan kriminal avtoritetlər polisə maraqlı ifadə veriblər.
AzNews.az Rusiya mətbuatına istinadən bildirir ki, onlar toplantıda şəhər rəhbərliyinə keçirilən seçkilərdə adı narkotik ticarətində hallanan Yevgeni Royzmanın namizədliyini dəstəkləməklə bağlı müzakirə apardıqlarını təsdiqləyiblər. Hüquq-mühafizə orqanları isə belə hesab edir ki, onlara bu barədə tapşırıq yuxarı dairələrindən verilib.
Azərbaycanlı avtoritetlərin ifadəsinə görə, onlara Royzmanın namizədliyini dəstəkləmək barədə “siqnal” verilib.
Polis hətta ifadə verən kriminal avtoritetlərdən bir neçəsinin videosunu da yayıb. Adı çəkilməyən azərbaycanlı avtoritet bildirib ki, onlara bir neçə dəfə Royzmanı dəstəkləmək barədə tapşırıq verilib. “Dəstəkləməyin” nə demək olduğu sualına isə azərbaycanlı avtoritet “ona səs vermək” deyə cavab verib.
Başqa bir azərbaycanlı avtoritet isə bildirib ki, Royzmana qarşı neytral mövqedə dayanır. Ancaq o da bildirib ki, Royzmanı seçkidə dəstəkləmək barədə tapşırıq alıb.
Həmçinin Royzmanın kriminal aləmin “xaç atası” olmuş Ded Xasanın qohumu Timur Tbilisski ilə əlaqələrinin olduğu barədə də bilir.
Qeyd edək ki, sentyabrın 1-də keçirilən “sxodka”da əksəriyyəti azərbaycanlılar olmaqla ümumilkdə 48 nəfər saxlanılıb. Onlardan 38 nəfəri dindirildikdən sonra sərbəst buraxılıb. Hazırda onlardan 10 nəfəri saxlanılır ki, onlardan da 4 nəfərinin adı cinayət işində hallanır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?