GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Məhərrəm Quliyev Ağstafa rayonunu idarə edə bilmir

Məhərrəm Quliyev Ağstafa rayonunu idarə edə bilmir

Tarix: 11-09-2013, 15:41 Bölmə :Ölkə Baxış: 1 956
Məhərrəm Quliyev Ağstafa rayonunu idarə edə bilmir

Rayonda ikili idarəçilik mövcuddur

Sirr deyil ki, Ağstafa rayonunda abadlıq və quruculuq işlərinin görülməsi hazırkı icra başçısı Məhərrəm Quliyevin vaxtına təsadüf etdi.O cümlədən uzun illərdən bəri əhalinin narazı olduğu icra başçısının müavinləri Ramiz Tatarov, Aydın Quliyev və ərazi İdarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şaiq Qurbanov kimi kapitalistlərində zərərsizləşdirilməsi Məhərrəm Quliyevin üzərinə düşdü. Rayonda onları pis mənada tanımayan yoxdur. Özləri üçün şəhərin mərkəzində ümumi görkəmə xələl gətirməklə yüzə yaxın obyekt tikdirən bu şəxslər əhalini talamaqla nə etmədilər ki?! Axrıncı halda qaz, su borularını doğratdırıb qara bazarda satdırdılar. Azadlıq qəzeti 10 sentyabr N210 (4661) sayında dərc edilmiş “Ümidlər doğrultmayan rəhbər, Ağstafa sakinləri yeni başçıdan narazıdır” başlıqlı məqalə metal mafiyasının arxasında kimlərin durduğuna əyani sübut idi.Bununlada miqyasi görünməyəcək bir şəkildə əhalinin ölkə rəhbərliyinə olan inamını şübhə altına saldılar. Bu kimi hallar Məhərrəm Quliyevin rayona rəhbər təyin edilməsi gününə qədər davam etdi – deyə rayondakı etibarlı qaynağımız bildirir. Bir ilə yaxın normal məcrada davam edən idarəçilik münasibətləri axrıncı 7-8 ayda pozulmağa başlayıb. İcra başçısı arxa plana keçib.
Hazırda uzun müddətdən bəri gözləmə mövqeyi tutan üçlük və onlara yaxın təşkilat rəhbərləri, rayonda Məhərrəm Quliyevin gözdən salınması istiqamətində iş aparırlar. Bir az əvvəl mətbuat bu barədə qeydlərini etmişdi. Müəyyən proqnozda verilmişdi. “Gündəm xəbər” qəzeti, 25 iyun 2013-cü il N143 (810) sayında “ Rayon icra başçısının dəyişdirilməsi etimal edilir, Ramiz Tatarov ən azından deputat olmaq istəyir” başlıqlı məqaləsində üçlüyün Məhərrəm Quliyevə qarşı planlarının ştrixlərini verə bilmişdi. Hazırda isə bunların müəyyən faizi özünü doğrultmağa başlayıb. Bütün fəndləri boşa çıxan Tatarova bağlı qüvvələr Məhərrəm Quliyevdən qisas almaq məqsədilə onun haqqında şayələr çıxardır, mətbuata informasiyalar ötürür, əlil və şəhid ailələrini RİHB-dən şikayətçi salırlar. Hətta haqqında prezident aparatına ünvanlanan şikayətlərdən xəbərdar olurlar. Məhərrəm Quliyev isə qarşıdan gələn prezident seçkilərini nəzərə alıb ehtimal edilməyəcək qədər ehtiyatlı davranır, üzünə qabaran şəxsləri belə cəzalandırmır. Məsələn: Bütün rayon əhalisi bilir ki, rayonun Səməd Vurğun adına parkında Ərazi İdarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şaiq Qurbanov Məhərrəm Quliyevin üzünə qayıdaraq onu hədələyib. İsmayıllı və Quba hadisələrini başçıya xatırladıb. Hətta belə davam edərsə kənd icra nümayəndələrinə, bələdiyyə sədrlərinə qapısını mismarlada biləcəyi barədə xəbərdarlıq edib. Özünün təhlükəsizlik orqanlarında çalışdığını xatırladıb. Bir az əvvəl isə başçının Ramiz Tatarovla əlbəyaxa olması barədə məlumat mətbuatda yer almışdı. Hər iki hadisənin detalları prezident aparatında təhlil olunsada hələlik Məhərrəm Quliyev üçüncü bir narahatlıq yarada biləcək məsələyə yol vermədən ehtiyatlı davranır. Əlinə düşən fürsətdən istifadə etmir. Məsələn rayonun kəndlərinin birində kənd icra nümayəndəsi el şənliyində kənd sakinini döyüb sonra da polisə apartdırmışdı. 161nömrəli qaynar xəttə olunan zəng döyülən şəxsi azadlığa çıxartdı. Amma bu məsələdən də başçı Şaiq Qurbanova qarşı istifadə etmədi. Ola bilsin başçı ilə ona tabe şəxslər arasında olan pərdə aradan götürülüb, o daha tabeçiliyində olan istənilən şəxs üzərində nəzarət imkanlarını itirib. Bu səbəbdən heç kimə söz deyə bilmir. Amma ikinci hal bir o qədər inandırıcı görünmür. İcra başçısı bilir ki, hər ay bütün bələdiyyə sədrləri və kənd icra nümayəndələri Ramiz Tatarovla Şaiq Qurbanova 40-50 manat pul verirlər. O bu halın özünə belə göz yumur. Başçı qəşəng bilir ki, rayonun Xətai, Yenigün, Zəlimxan, Aşağı Kəsəmən, Poylu qəsəbəsi, Poylu, Tatlı, Pirli, Kolxəlifəli, Dağkəsəmən, Qıraq Kəsəmən, Köçəsgər, Düzqışlaq, Qarahəsənli kənd icra nümayəndələri və bələdiyyə sədrləri üçlük üzvlərinə daha yaxın, sadiq şəxslərdir. Onlar icra başçısına deyil müavinlərə sitayiş edib,onlara arxalanırlar. O cümlədən rayonda aparıcı təşkilat rəhbərləri Məhərrəm Quliyevdən qorxmurlar. Bu halın özlüyü isə diskkonfort bir vəziyyətin pis bir şəkildə davamlı olmasına şərait yaradır. Yaranmış vəziyyət rayon rəhbərliyini narahat etmir. Başçı rayona rəhbərliyinin əvvəlki aylarındakı kimi ötkəm davranmır, susqunluq nümayiş etdirir. Bundan isə üçlük üzvləri nümayişkəranə şəkildə istifadə edir, Rayonda güclü olduqlarına dair informasiyaların yer almasında maraqlı olurlar.
Bir az əvvəl bu mövzuda qeyd etdiyimiz məsələlər qonşu Qazax rayonundan fərqli təzahür edir. Qazax rayonunda rəhbər vəzifələrdə çalışan şəxslər əhalini çapıb, talasalar belə rayon rəhbərindən qorxur, hər hansı bir müavinə sitayiş edib onu arxası bilmir. Qazaxda icra başçısının bir sözü iki edilmir. Və yaxud rəhbər şəxslər müəyyən çərçivədən kənar hərəkətlərə yol vermirlər. Çünki idarə müdirlərinin cəzalanma ehtimalı Ağstafa rayonu ilə müqayisdə çox böyükdür.
Bu məqamın özü də Ağstafalıların gözündən yayınmır, onlar bu kimi məsələlərdə fərqliliyi seçə bilirlər. Rayonu Məhərrəm Quliyevin idarə edə bilməməsini görür, ikili idarəçiliyin olduğunu sezirlər.

Elşad Məmmədov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Başçı Heydər Əliyev muzeyinin pulunu "silib"

    Başçı Heydər Əliyev muzeyinin pulunu ...

    11-04-2016, 16:16

  • 
  • Ağstafada diktatura rejimi

    Ağstafada diktatura rejimi ...

    28-05-2013, 16:36

  • 
  • Ağstafa səhiyyəsində qohumbazlıq sindromu davam edir

    Ağstafa səhiyyəsində qohumbazlıq sindromu davam ...

    8-01-2014, 11:11

  • 
  • Məhərrəm Əliyev PA-da özünə iş tapa bilmir

    Məhərrəm Əliyev PA-da özünə iş tapa bilmir ...

    5-05-2013, 11:33

  • 
  • Ağstafanın Köhnəqışlaq kənd qəbirsanlığında məktəb

    Ağstafanın Köhnəqışlaq kənd qəbirsanlığında məktəb ...

    20-03-2016, 02:23


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (5)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu