GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Nemət Pənahlını həbsxanada öldürmək istəyirlər

Nemət Pənahlını həbsxanada öldürmək istəyirlər

Tarix: 7-10-2013, 16:21 Bölmə :Ölkə Baxış: 937
Nemət Pənahlını həbsxanada öldürmək istəyirlər

Həcər Pənahlı:” Mehman Sadıqova demək istəyirəm ki, əgər Nemətin başına hər hansı bir iş gəlsə, məhkəməyə birinci onu verəcəm”


Artıq 2 ildir ki, xalq hərəkatının liderlərindən olmuş Nemət Pənahlı həbsxanadadır. Hazırda Qobustan həbsxanasında saxlanılan N. Pənahlının saxlanma şəraiti olduqca pisdir. Yaxınları iddia edirlər ki, bu günə qədər saxlanıldığı həbsxanada təzyiqlərə, təhdidlərə məruz qalan Nemət Pənahlı yeni şantajlarla üz-üzədir. Həyat yoldaşı Həcər Pənahlı müxbirimizə Nemət Pənahlının saxlanıldığı kamerada ona qarşı olan təxribatçı hücumlarından danışdı. O, iddia edir ki, Nemət Pənahlının saxlanıldığı kameraya təxribatçı salınıb. Həmin təxribatçı hər gün onun Nemət Pənahlı ilə ciddi konflikt yaradır:“ Nemətin durumu həbsxanada həddindən artıq çətindir. Üç nəfərlik kamerada qalır. Qaldığı kameraya bir nəfər gətiriblər. Həmin şəxs də sırf Neməti narahat etmək üçün ora salınıb. Gündə bir problem yaradır kamerada. Nemət də deyir ki, həmin adamı bilərəkdən bu kameraya gətiriblər ki, mənə psixoloji təsirlər etsin. Dəfələrlə Nemətlə onun konfliktləri olub. Nemət buna görə rəisə də bir neçə dəfə müraciət edib. Amma müraciəti nəzərə belə alınmayıb.”



Həcər xanım dedi ki, həmin dustaq bilərəkdən N. Pənahlının üstünə qaynar su töküb (bu barədə yazmışdıq). Lakin bu fakta görə həbsxana rəhbərliyi heç bir tədbir görməyib: “Nemət deyir ki, oturduğum yerdə bir çaydan qaynar suyu üstümə tökdü. Tez davranıb, geri çəkildim. Şükür olsun ki, heç bir xəsarət almayıb. Bunların istədikləri odur ki, Nemət o adama nə isə xəsarət yetirsin. Bununla da onu məhkəməyə cəlb etsinlər.”

Həcər xanım həbsxana rəisinə, Ombudsman Aparatına , hüquq müdafiəçilərinə dəfələrlə müraciət etdiyini dedi: “Nemətə kamerada etdiklərinə görə bir neçə dəfə həbsxana rəisinə müraciət etmişəm. O da mənə deyir ki, get, hara istəyirsən şikayət elə. Mən heç kəsdən qorxmuram. Ürəyim nə istəyir, onu da edirəm. Hər dəfə məni Neməti öldürəcəkləri ilə bağlı şantaj edirlər. Gah deyirlər ki, hökumət Neməti öldürəcək, gah deyirlər ki, buradakı cinayətkar aləm Neməti öldürəcək. Hətta Ombudsman aparatına da bununla bağlı müraciət elədim. Bir nəfər də ora getmədi. Vəkili ilə görüş üçün kağız belə vermirlər . Vəkili 10-15 gündür ki, Nemətlə görüşməyə çalışır, amma imkan vermirlər. Bundan sonra hüquq müdafiəçilərinə müraciət etdim. Heç bir reaksiya gəlmədi.”

Həcər xanım Nemətə bir şey olsa, ilk olaraq Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqovu məhkəməyə verəcəyini dedi: “ Bir neçə gün bundan qabaq mətbuatda Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqovdan Nemət Pənahlıya qarşı olan hücumların səbəbini soruşublar. O da deyib ki, belə bir şey yoxdur. Mən sizin qəzet vasitəsi ilə Mehman Sadıqova demək istəyirəm ki, əgər Nemətin başına hər hansı bir iş gəlsə, məhkəməyə birinci onu verəcəm. O deyir ki, heç bir konflikt yoxdur. Bu necə ola bilər? Nemətin başına daha gəlməyən iş qalmadı, necə yəni heç bir problem yoxdur. Təsəvvür edin ki, Nemət qalan kamerada qırğın olur , heç bir nəzarətçi o kameraya yaxınlaşmır. Nemət deyir ki, hər gün mənim üstümə hücum edirlər. Bütün günü məni şantaj edirlər ki, səndən şikayət edəcəyik ki, sən çox şikayətlənirsən. Onu cinayətkar aləmin öldürməsi ilə təhdid edirlər. Birbaşa rəis Neməti şantaj edir. Bundan əvvəl də bu cürə hədə-qorxular gəliblər. Deyiblər ki, sənə iynə vurub öldürəcəyik, yatdığın yerdə səni bıçaqlayacağıq. Gördülər ki, bu hədələr Nemətə təsir etmir, indi onu cinayətkarların öldürməsi ilə təhdid edirlər. Bütün bunların hamısına bir başa həbsxana rəhbərliyi nəzarət edir və hər şey də onların əli ilə həyata keçirilir.”

Həcər xanım sonuncu dəfə Nemət Pənahlı ilə 2 ay bundan qabaq görüşdüyünü vurğuladı: “Bizə 3 aydan bir görüş verirlər. Axırıncı dəfə iki ay bundan qabaq görüşmüşəm. İçəridə elə bir vəziyyət yaradıblar ki, heç vəkilinə imkan vermirlər görüşsün. Yazılı şəkildə Elçin Behbudova, mətbuat vasitəsi ilə prezidentə qədər müraciət etmişik. Bu dərəcədə qanunsuzluq olmaz axı. Hər şeyin də bir həddi, hüdudu var. Nemət orada hər gün deyir ki, ya məni buradan çıxardın, ya da onu, Nəticədə nə onu, nə də təxribatçını çıxartmırlar. Sadəcə yuxarıdan rəisə nə tapşırıq gəlir, o da onu icra edir.”


Fazil Mustafa:” Əfv məsələsi ancaq prezidentin səlahiyyətində olduğuna görə , biz deputatların rəyi nəzərə alınmır”


Daha sonra Nemət Pənahlının həbsxanadan azad olunmasına necə dəstək ola biərsiniz deyə, gənc vaxtlarında xalq hərəkatında onunla birgə iştirak etmiş deputatların fikrlərini öyrəndik. Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa dedi:



“Mən Nemət Pənahlının azadlığa çıxması üçün lazım olan nə müraciət varsa, imzalamağa hazıram. Təəssüflər olsun ki, deputatların səlahiyyətində deyil ki, məhkəmə hökmü olan şəxsi zaminliyə götürsün. Bunun üçün tək çıxış yolu əfv siyahısına düşməsidir. Əfv məsələsi ancaq prezidentin səlahiyyətində olduğuna görə , biz deputatların rəyi nəzərə alınmır. Ona görə də bu bir qədər çətindir. Lakin bütün hallarda nəyə ehtiyac, zərurət varsa, biz buna imza atmağa hazırıq. Parlamentin növbəti iclaslarında da mən bu məsələni bir də qaldıracam. Yəni əlimdən nə gəlirsə, nə köməyə ehtiyac olsa, etməyə hazıram.”


İqbal Ağazadə:” Nemət bəyin azadlıqda olması üçün bacardığımı etməyə hazıram”




Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Nemət Pənahlının həbsxanadan azad olunması üçün nələrin edilməli olduğunu dedi. O, Nemət Pənahlının müdafiəsi üçün əlindən nə gəlirsə etməyə hazır olduğunu da açıqladı: “Mən məhbusların hüquqları ilə bağlı məşğul olmamışam. Ancaq mənim üzərimə nə düşərsə, Nemət bəyin azadlıqda olması üçün bacardığımı etməyə hazıram.”


Fərəc Quliyev: ”Prezidentə müraciət üçün imza toplansa, imzalamağa hazıram”




Milli Dirçəliş Hərəkatının lideri Fərəc Quliyev müxbirimizə bunları dedi: ”Nemət Pənahlının azad olunması ilə bağlı mənə hər hansı bir müraciət olsa, əlimdən gələni etməyə hazıram. Bundan əlavə, prezidentə müraciət olunsa, mən də imza ataram.”

Xatırladaq Ki, Xalq hərəkatının liderlərindən olmuş Nemət Pənahlı 2011-ci il yanvarın 8-də həbs edilib. O Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) ittiham edilərək 6 il azadlıqdan məhrum edilib. Pənahlı həbsini siyasi sifariş adlandırıb və beynəlxalq təşkilatlar onu siyasi məhbus hesab edir. Əvvəllər 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Nemət Pənahlı “daxili nizam-intizam, davranış və saxlanma qaydalarına riayət etməməsi” səbəbindən, hazırda cəzasının qalan hissəsini Qobustan Həbsxanasında çəkir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nemət Pənahlı Qobustana köçürüləcək

    Nemət Pənahlı Qobustana köçürüləcək ...

    15-06-2013, 00:58

  • 
  • Nemət Pənahlının məhkəməsi təxirə salındı

    Nemət Pənahlının məhkəməsi təxirə salındı ...

    18-04-2013, 10:11

  • 
  • “Nemət Pənahlının səhhətində ciddi problemlər var”

    “Nemət Pənahlının səhhətində ciddi problemlər var” ...

    21-01-2014, 17:16

  • 
  • Nemət Pənahlı Qobustan həbsxanasına köçürülür

    Nemət Pənahlı Qobustan həbsxanasına köçürülür ...

    27-02-2013, 11:29

  • 
  • Ailəsi Nemət Pənahlıdan xəbər tuta bilmir

    Ailəsi Nemət Pənahlıdan xəbər tuta bilmir ...

    22-01-2013, 09:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu