GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Polislə məzar qonşusu olan “qanuni oğru“ - QƏBİRİSTANLIQDAN REPORTAJ

Polislə məzar qonşusu olan “qanuni oğru“ - QƏBİRİSTANLIQDAN REPORTAJ

Tarix: 8-10-2013, 12:20 Bölmə :Ölkə Baxış: 2 628
Polislə məzar qonşusu olan “qanuni oğru“ - QƏBİRİSTANLIQDAN REPORTAJ
Kriminal aləmin tanınmış nümayəndələrindən olan, “Lotu Qoca” ləqəbli Əlibala Həmidovun qətlindən keçən müddət ərzində onun ölümü ilə bağlı əfsanələr həqiqətləri üstələyib. Oğru dünyasının səs-küylü digər cinayətləri kimi bu cinayətin da açılacağı və günahkarın cəzalandırlacağına ümid az olsa da, Əlibala Bakinskinin sirli ölümü ilə bağlı maraqlı versiyalara hər gün daha yeniləri əlavə olunur.

Məzar qalmaqalının izi ilə...

“Lotu Qoca”nın ölümü təkcə hadisəyə görə yox, həm də qətldən sonra baş verənlərlə gündəmə oturdu. Türkiyədən vətəni Azərbaycana gətirilərək, Bakıda dəfn edilən “Lotu Qoca”nın məzarı il bağlı yaranan qalmaqal diqqətləri qatildən qısa müddət də olsa, yayındıra bildi. Məsələ burasındadır ki, ilk informasiyalar “Lotu Qoca”nın 2-ci Fəxri Xiyabanda dəfn edildiyi yönündə oldu və təbii ki, ağıllara ilk olaraq ““Oğrular” artıq xiyabanları da fəth edir” düşüncəsi gəldi. O da maraqlıdır ki, BŞİH-nin Əhaliyə Vətəndaşlıq Xidməti Tresti bu barədə yayılan informasiyalardan ancaq AzNews.az sayəsində xəbər tutdu və ardınca oğru aləminin nümayəndəsinin İkinci Fəxri Xiyabanda yox, Dağüstü qəbiristanlıqda dəfn olunduğu bildirildi.

Burdakılara “Lotu Qoca”nı bu qalmaqal tanıtdı...

Bura Yasamal rayonunun 1995-ci ildə yaranan qəbiristanlıqlarından biridir. Başqalarından heç nə ilə fərqlənmir, bahalı məzar daşları, qəbirlər üzərində ucalan heykəllər, hasara alınmış məzar yerləri. Məzarlıqdakı qəbirlərin sayı barədə heç kəs məlumatlı deyil, amma “Lotu Qoca”nın adını eşidən kimi dərhal məzarın yeri nişan verilir. Səbəbi burdakılarin “Lotu Qoca”nı “qanuni oğru” kimi tanıması deyil. Özlərinin dediyinə görə, məhz Fəxri Xiyaban məsələsi ilə əlaqədar “Lotu Qoca”nın adı burda tez-tez çəkilib: “Ona görə tanıyırıq”.

Solmuş çələnglər və “qanuni oğru”nun polis məzar qonşusu

Beləcə “Lotu Qoca”nın qəbiristanlığın giriş qapısının yaxınlığındakı məzarına baş çəkirik. Ölümündən 40 gün keçsə də, hələlik məzar daşı qoyulmayıb. Məzar mərhumun gənc yaşında öldüyünü bildirən qırmızı parça ilə örtülüb, Yasamal uşaqlarından və “qardaşlar”dan göndərilən, solmuş çələnglər gözə dəyir. Bura yəqin ki, Həmidov ailəsinə məxsusdur. Hasara alınmış ərazidəki qəbirlərindən bəzilərinin üzərində Hacıyev soyadına və Əlibala adına rast gəlinir. Qəbiristanlığın işçisi Bayram Şıxəliyevin sözlərinə görə, ərazi doğrudan da Əlibala Həmidovun da mənsub olduğu ailəyə məxsusdur. Qəbiristanlıqda yerlərin belə “ailələşdirilməsinə” 90-cı illərin əvvəllərindən başlanılıb: “O zaman kim istəyirdi, ailəsi üçün burda yer götürüb ətrafını hasarlayırdı. Bizdə də müsəlmançılıqdı, bu ailənin yerində başqa bir adamı dəfn edə bilmərik. Məzar üçün bizə müraciət edəndə baxdıq ki, yer var, gətirib ölülərini dəfn etdilər”. Bizə elə gəlir ki, artıq burda başqa məzar yeri qazıla bilməz. Amma sən demə yanılmışıq. Həmsöhbətimiz dayandığımız yerdə azı 3-4 məzar yerinin də qazılmasının mümkünlüyünü bildirir və izahatının verməklə bizi inandırır. Uzun illər hüquq-mühafizə orqanları ilə problemlər yaşayan, həyatının neçə ilini həbsxanada keçirən “oğru”nun məzar qonşuları arasında polis əməkdaşı da var. Məzarının üzərində elə-beləcə də yazılıb: “SSRİ DİN-in əməkdar işçisi Rəşad Əskər oğlu Qurbanov”

“Başqa ölülərdən heç nə ilə fərqlənmədi”

Sağlığında kifayət qədər məşhur olan “Lotu Qoca”nın qəbir daşının 40 mərasiminə hazır olacağını düşünürdük. Məzarlığa də bizi çəkib gətirən bir az da nəylə qarşılaşacağımız - dəbdəbəli heykəl, yoxsa “qanuni oğru”lara xas sadəliyin şahidi olacağımızın marağı idi. Ancaq öyrənirik ki, bunu müəyyən etmək üçün gözləmək lazım gələcək: “Yasamalda baş daşı adətən ölünün ilinə hazır olur. Bu elə bil ki, Yasamalda adətdir. Yəqin ki, bu mərhumun da baş daşı o vaxta hazırlanacaq”. Ərazidəki məzar daşlarının qiyməti ilə maraqlanırıq-Bahalı mərmər baş daşılarının əzəməti uzaqdan bilinir. Deyilənə görə belə bir məzar daşı üçün 1000-1500 manat ödəmək lazım gəlir. Amma Lotu Qoca”nın baş daşı fərqli olacaq yoxsa yox, bunu heç ordakılar da bilmir. Aydındır ki, çox şeydən məlumatsızdırlar, məsələn baş daşının harada hazırlanacağı kimi.

Dəfin necə keçdiyi ilə maraqlanırıq. Bu maraq dəfn günü Bakıya ayrı-ayrı ölkələrdən kifayət qədər “kriminal qonağın” gəldiyi barədə məlumatları dəqiqləşdirmək olur. Doğrudur, məzarlıqda bunu inkar edirlər. Dediklərinə görə, başqaları necə “Lotu Qoca” da elə: “Başqa ölülərdən heç nə ilə fərqlənmədi. Hami kimi onu da gətirib burda dəfn etdilər, çıxıb getdilər. 40 mərasimində də gəlmişdilər. Yəqin ki, qohumları, yaxınları idi. Amma xüsusi fərqli heç nə görmədik. Heç bilmədik ki, qəbiristanlığın mollasını çağırdılar, yoxsa kənardan özləri ilə molla gətirdilər”.

Məzarlıqda Rövşən Lənkəranski müəmması

Bu qəbiristanlığın içində eşitdiklərimizdir. Çöldə isə başqa şeylər danışırlar. “Dəfnə gələn çox idi, səliqəli geyinmişdilər, bahalı maşınlar vardı. Hələ dedilər ki, maşınların çoxu bura gəlməyib, başqa yerdə saxlayıb ki, sayları çox görünməsin”. Dəfn günü və daha sonra ətrafda polis əməkdaşlarının olub-olmamasına gəlincə “Biz görmədik. Amma dedilər ki, gələnlər arasında “oğru”lar var, ona görə də mülki paltarda gələn polis əməkdaşları olub. Dəfn günü burda adam çox idi, amma heç bir hadisə baş vermədi”- bunu yaxınlıqda gül satışı ilə məşğul olan gənc deyir. Sonra da marağını saxlaya bilmir: “Deyirlər ki, onu Rövşən Lənkəranski öldürtdürüb, düzdür?” Hətta dediyinə görə, dəfnə gələnlər də öz aralarında bu barədə danışıblar. Təbii ki, onun sualına cavab verəcək qədər məlumata malik olmadığımızı onun diqqətinə çatdırıb, uzaqlaşırıq...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Lotu Qoca”nın qətl xəbəri gəldi

    “Lotu Qoca”nın qətl xəbəri gəldi ...

    19-08-2013, 00:23

  • 
  • “Lotu Qoca”nın nəşini qarşılayanlar saxlanılıb

    “Lotu Qoca”nın nəşini qarşılayanlar saxlanılıb ...

    22-08-2013, 11:38

  • 
  • “Lotu Qoca”nın meyiti Bakıya gətirildi

    “Lotu Qoca”nın meyiti Bakıya gətirildi ...

    20-08-2013, 12:42

  • 
  • “Lotu Qoca”nın qətlinin - Təfərrüatı+Video

    “Lotu Qoca”nın qətlinin - Təfərrüatı+Video ...

    19-08-2013, 12:43

  • 
  • “Lotu Qoca”nın qətlinin təfərrüatları bəlli oldu

    “Lotu Qoca”nın qətlinin təfərrüatları bəlli oldu ...

    25-08-2013, 14:29


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu