gundemxeber.az Xaçmaz rayon İcra Hakimiyyəti başçısının müavini Azər Haqverdiyevdən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə şikayət daxil olub. Bu barədə komitənin rəhbəri Elçin Behbudov bu gün keçirdiyi tədbirdə məlumat verib: “Bir müddət əvvəl Eldar Şıxəliyevin ailəsi bizə müraciət etmişdi. Həmin şəxsin ailə üzvləri Azər Haqverdiyev tərəfindən Eldarın döyüldüyünü bildirirdilər. Eldar Şıxəliyev xəstəxanaya yerləşdirilsə də, orada ölüb. Bu məsələni araşdıran zaman bizə də təzyiqlər edirdilər. Ölüm faktını isə polisin üzərinə yıxmaq istəyirdilər. Lakin bu yalan idi. Araşdırmamız nəticəsində Eldarın Azər Haqverdiyev tərəfindən öldürüldüyü sübuta yetirildi. Bununla bağlı Baş Prokurorluğa da müraciət etmişəm”. E.Behbudov bir müddət əvvəl yenə də A.Haqverdiyev barəsində ona müraciət daxil olduğunu bildirib: “Həmin şəxs də Azər Haqverdiyev tərəfindən döyüldüyün iddia edir. Biz bununla bağlı da araşdırma aparırıq ”. Məsələyə aydınlıq gətirmək üçün APA-nın əməkdaşı A.Haqverdiyevlə əlaqə saxlayıb. A.Haqverdiyev sualı dinləyəndən sonra yanında texnika işlədiyini, yaxşı eşitmədiyini və bir saatdan sonra danışa biləcəyini deyib telefonu bağlayıb. Bir qədər sonra isə zənglərə cavab verməyib
Sorğu
Yeni dizaynımız necədir?