Məhkəmə Gülər Əhmədovanın vəkilinin videolarla bağlı qaldırdığı vəsatətləri rədd edib
Azərbaycan "Videonun tam versiyası istintaqa təhvil verilməyib". ANS PRESS-in verdiyi xəbərə görə bunu Gülər Əhmədovanın vəkili Əfsər Talıbov sabiq deputatın məhkəmə prosesi zamanı söyləyib. Əfsər Talıbov vəsatətlərlə çıxış edərək videoların gizli yolla çəkildiyini deyib və bunun məhkəmə zamanı müzakirə edilməsini istəyib.
"Videolarla bağlı ekspertiza rəyində də ziddiyyətlər var. Bir yerdə yazıblar ki, sinxronluq pozulub, digər yerdə yazıblar ki, pozulmayıb. Videonun nə zaman çəkildiyi də ekspertiza tərəfindən dəqiqləşdirilməyib. İndi biz birinci rəyəmi inanaq yoxsa ikinici rəyəmi inanaq".
Vəsatətlərdə hakimlərdən Gülər Əhmədovanın barəsində yayılan videonun KİV-də yayılmasının və gizli çəkiliş aparmağın qanuna zidd olunmasının məhkəmə zamanı müzakirə edilməsi istənib.
Vəkilin vəsatətləri barədə çıxış edən prokuror isə ekspetizanının işinin mükəmməl olduğunu və onların işinin şübhəyə alınmaz olduğunu deyərək vəsatətləri rədd edib.
Gülər Əhmədova isə videolarla bağlı ekspertiza rəyi ilə heç vaxt razılaşmayacağını söyləyib: "Deyir, videoda söyüş var, ona görə yaymıram. Bəli, söyüş var. Burda hamının 18 yaşı tamam olub. Qorxur ki, prokurorluğun tərbiyəsini pozar? Biri ölüb, o biri də Fransada oturub. Bunu Allah götürməz. Mən onsuz da hər kəsi Allaha tapşırmışam".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?