GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Müsavat başqanı müşavirinin məhkəməsində ittiham darmadağın oldu

Müsavat başqanı müşavirinin məhkəməsində ittiham darmadağın oldu

Tarix: 22-11-2013, 21:39 Bölmə :Ölkə Baxış: 741
  Müsavat başqanı müşavirinin məhkəməsində ittiham darmadağın oldu

Yadigar Sadıqov həbsinin siyasi sifarişlə həyata keçirildiyini söylədi: “...peşman deyiləm”
Noyabrın 22-də Lənkəran rayon məhkəməsində hakim Elçin Kazımovun sədrliyi ilə Müsavat partiyası başqanının müşaviri Yadigar Sadıqovun işi üzrə məhkəmə prosesi davam etdirildi. İşdə adı zərərçəkmiş şəxs kimi keçən Rəşid Kərimov məhkəmə zalına polis əməkdaşlarının nəzarəti altında gəldi. Hakim mətbuat nümayəndələrinə fotoçəkiliş aparmağa icazə vermədi. Məhkəmə zalında da Rəşid Kərimovla zaldakılar arasında mübahisə də düşdü. Hakim zaldakılara və Rəşid Kərimova bir neçə dəfə xəbərdarlıq etdi. Zala şahid qismində Separadi kənd sakini Pərviz Cəfərov dəvət olundu. İttiham tərəfinin şahidi olan Cəfərov hadisə günü mübahisənin olduğu iddia edilən çayxanaya gəldiyini dedi. Bildirdi ki, çayxanaya qohumu Namiq Əsədovla çay içməyə gəlib. Şahid dedi ki, çayxanaya girəndən 5 dəqiqə sonra Yadigar Sadıqovla Rəşid Kərimovun mübahisəsi olub və onlar çayxanadan çıxıblar. Şahid qohumunun çayxanada oturduğunu, özünün isə mübahisə edənlərin ardınca çölə çıxdığını söylədi. Həmin vaxt tərəflərin tutaşdıqlarını görüb. Dövlət ittihamçısının suallarını cavablandıran şahid bildirdi ki, həmin vaxt Y.Sadıqovun əlində mobil telefon görüb, ərazidə 10-12 nəfər olub.

Y.Sadıqovun vəkili Xalid Bağırovun suallarının əksəriyyətinə “bilmirəm, savadsızam” cavabı verən şahid həmin gün yaşadığı kənddə toyda olması ilə bağlı suala “ola bilər ki, olmuşam” cavabını verdi. Şahid Y.Sadıqovun suallarına da cavab verdi. Bildirdi ki, Y.Sadıqovla R.Kərimovun mübahisə etdiklərini görüb: “Aramızda 45-50 metr məsafə vardı, təqsirləndirilənin əlində telefon vardı”.

Y.Sadıqov isə şahidə “45-50 metrdən əlimdə nə olduğunu necə bildin”sualını verdi. Şahid isə “qara bir şey idi” dedi. Y.Sadıqovun “bəlkə elə badımcan idi” replikası zalda gülüş doğurdu. Bundan sonra Y.Sadıqov şahiddən yalan ifadə verənlərin şərəfsiz və namussuz olması fikri ilə razılaşıb-razılaşmaması ilə maraqlandı. X.Bağırov da şahidə bir neçə sual verdi və hakimə üzünü tutaraq “şahid yalan danışır” söylədi. Bundan sonra Y.Sadıqov sərbəst ifadə verdi: “Həbs olunmağımdan il yarım əvvəl mənə deyilmişdi ki, səni şərləyib həbs edəcəklər. Mən müxalifətçilik təcrübəmdən bilirəm ki, komsomolda olanlar icra başçısı təyin olunanda müxalifətə münasibətləri kəskin olur. Arif Qaraşov da komsomolda olub. Ondan əvvəl keçmiş komsomolçu, Lənkəranın sabiq icra başçısı Zeynal Nağdəliyev də məni həbs etdirmək istəmişdi. Müavini şikayət yazmışdı ki, guya onu mitinqdə söymüşəm. Sonra Zeynal Nağdəliyevin yerini dəyişdilər, müavinin şikayəti də nəticəsiz qaldı. Taleh Qaraşovu Lənkərana icra başçısı təyin edəndə mənə dedilər ki, ehtiyatlı ol, səni həbs edə bilərlər. Onun Astarada olanda korrupsioner və rüşvətxor olduğunu eşitmişdim. Orada onu akula adlandırırdılar, bura balina kimi gəldi. Bura gələndən sonra ilk işi Müsavat Partiyası Lənkəran Rayon Təşkilatının ofisini əlimizdən almaq oldu. Bu ilin yanvarında Müsavat Partiyasının yubileyi idi. Biz yubileyi Lənkəranda da təşkil etdik. Partiyanın başqanı İsa Qəmbər və üzvləri Lənkərana gələndə qarşılarını kəsdilər. Belə təqdim etməyə çalışırdılar ki, guya Lənkəran camaatı müsavatçıların rayona gəlməsinə bu formada etiraz ediblər. Yanvarın sonlarında yubileyi yenidən keçirmək qərarı verdik. İsa Qəmbərin Lənkərana gəlməsinin qarşısını almaq üçün yolboyu bütün rayonların yol polislərini ayağa qaldırmışdılar. Lənkəranın Göyşaban dairəsinə bütün büdcə təşkilatlarının işçilərini yığmışdılar. Orada yubileyə gələn İsa Qəmbərin və müsavatçıların maşınlarını daş-qalaq etdilər. Bununla Lənkəran İcra Hakimiyyəti sübut etdi ki, bu işlərin arxasında onlar dayanıblar. Bundan başqa icra hakimiyyətinin şöbə müdiri Əlimərdan Əliyev mətbuata açıqlama verərək deyib ki, daş atmaq cinayətdir? Üstəlik İsa Qəmbərin Lənkərana təkrar gələcəyini eşidib həmin gün müsavatçıları da həbs etmişdilər. Bundan sonra icra başçısı ilə münasibətlərimiz kəskinləşdi. Bu adam Lənkəran üçün heç nə etmir. Bazarın ərazisində dükanlar tikdirib öz ata malı kimi sotu 1500 manatdan satır. May ayında çay bayramı keçirdi, yalandan da söz verdi ki, çayçılığı inkişaf etdirəcək. Ötən il Lənkəranda 18 min ton çay yığılıb. Bunu uğur kimi təqdim edirlər. Amma vaxt vardı ki, Lənkəranda ildə 145 ton çay yığılırdı. İndi çayçılığı inkişaf etdirmək mümkün deyil. Çünki icra başçıları torpaqları satıblar. Təkcə Arif Qaraşovdan söhbət getmir, ondan əvvəlkilər də elə torpaqları satıblar. Mən bu məsələləri mətbuatda yazırdım. Lənkəran Boradigah yolu pis gündədir, rayonda zibil dizə çıxır, pis vəziyyətdə olan məktəblər var. Mən bunlar haqda mətbuatda çıxış edirdim. Təbii ki, bu Arif Qaraşovun xoşuna gəlmirdi. İsa Qəmbərin müşaviri olmağım da həbsimin səbəblərindəndir. Mənə deyirdilər ki, ehtiyatlı ol. Mən də cavab verirdim ki, xalqın malını oğurlayan, talayan, korrupsioner məmur və ya xuliqan deyiləm ki, ehtiyatlı olum. Peşman da deyiləm”.

Bundan sonra Y.Sadıqov iyulun 25-də çayxanada baş verənlərdən danışdı. Bildirdi ki, çayxanada R. Kərimov onların oturduğu stola yaxınlaşaraq müxalifətin ünvanına nalayiq sözlər işlədib, həmin vaxt Fikrət Əhmədov onu sakitləşdirib. Y.Sadıqov və onunla olan Şahin Ağayev çayxananı tərk ediblər. Y.Sadıqov bildirdi ki, növbəti gün Dövlət Teleqraf Agentliyi olan “Azərtac” onun çayxanada kiminləsə mübahisə etməsi haqda məlumat yayıb. Y.Sadıqov bunu həbsinin siyasi sifarişlə həyata keçirilməsinə sübut olduğunu hakimin diqqətinə çatdırdı, ittihamın saxta olduğunu dedi.

Bundan sonra müdafiə tərəfinin şahidi Fikrət Əhmədov sərbəst ifadə verdi. Bildirdi ki, Y.Sadıqovla R.Kərimovun arasında heç bir dava olmayıb: “Bu adamlar çayxanada və küçədə bir-birinə 3 metrdən yaxın olmayıblar. Yəni bir-birilərinə xəsarət yetirə bilməzdilər”. Şahid dedi ki, R.Kərimov müxalifətçilərin ünvanına nalayiq sözlər işlədib, o da onu sakitləşdirməyə çalışıb.

Bundan sonra X.Bağırov bir neçə vəsatətlə çıxış etdi.

Vəkil ittiham tərəfinin şahidlərinin hadisə vaxtı çayxanada olmasını yoxlamaq üçün mobil operatorlara sorğu verilərək telefonlarının anten məlumatlarının alınmasını; məhkəmə tibb ekspertizasının rəyi ilə R.Kərimovun ifadəsi arasında ziddiyyət olduğundan ekspertin və müalicə həkiminin məhkəmədə dindirilməsini; müdafiə tərəfinin daha 3 şahidinin məhkəməyə çağırılmasını; R.Kərimov haqda təkrar ekspertiza keçirilməsini; müdafiə tərəfinə protokolla tanış olmağa şərait yaradılmasını və işdə olan qərarların surətinin verilməsini məhkəmədən xahiş etdi. Y.Sadıqov isə mətbuatda R.Kərimovun adından yayılan müraciətin müəllifi kimi Lənkəran Qarabağ Əlillər Cəmiyyətinin sədri Əbülfət Əliyevin dindirilməsi haqda vəsatət verdi. Hakim vəsatətlərə növbəti prosesdə münasibət bildirəcəyini dedi. Bundan sonra proses 4 dekabr saat 11:00-a kimi təxirə salındı.
Müsavat partiyası başqanının müşaviri, Lənkəran rayon sakini Yadigar Sadıqov bu ilin iyunun 27-də rayon polis şöbəsinə çağırılıb, dindirmədən sonra həbs edilib.
Yadigar Sadıqov, İyunun 25-də Lənkəran şəhər sakini 2-ci qrup Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında həbs edilib. R.Kərimov döyülməsi barədə rayon polis şöbəsinə müraciət edib. Yadigar Sadıqov Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (xuliqanlıq, silahdan və silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) təqsirli bilinir. Bu maddə sübut olunsa təqsirləndirilən şəxsi 3 ildən yeddi ilədək həbs gözləyir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prokuror Yadigar Sadıqova 7 il iş istədi

    Prokuror Yadigar Sadıqova 7 il iş istədi ...

    23-12-2013, 16:34

  • 
  • Yadigar Sadıqovun həbs müddəti yenə uzadıldı

    Yadigar Sadıqovun həbs müddəti yenə uzadıldı ...

    23-09-2013, 11:04

  • 
  • Yadigar Sadıqovun şikayəti təmin olunmadı (Yenilənib)

    Yadigar Sadıqovun şikayəti təmin olunmadı ...

    15-07-2013, 12:23

  • 
  • Yadigar Sadıqova 6 il həbs verildi

    Yadigar Sadıqova 6 il həbs verildi ...

    13-01-2014, 23:14

  • 
  • Yadigar Sadıqovun məhkəməsi başlandı

    Yadigar Sadıqovun məhkəməsi başlandı ...

    5-11-2013, 16:05


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu