GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Naxçıvana yükdaşımalar “Xan”ın monopoliyasına keçdi

Naxçıvana yükdaşımalar “Xan”ın monopoliyasına keçdi

Tarix: 24-11-2013, 11:32 Bölmə :Ölkə Baxış: 769
 Naxçıvana yükdaşımalar “Xan”ın monopoliyasına keçdi
İranla keçid məntəqələrində yaranan problemdən sonra muxtar respublika rəhbəri Almaniyadan 30 ton yük tutumu olan avtomobillər sifariş verdirib; bu bölgəyə yanacağı və digər məhsulları NMR Ali Məclisinin sədrinə məxsus maşınlar daşıyacaq
Azərbaycanda bəzi məmurların ölkə üçün hətta ən vacib məsələlər və məqamlarda belə özlərini düşünmələri, hər bir şəraitdən istifadə edərək daha çox qazanmaq haqda fikirləşmələri, bu istiqamətdə addımlar atmaları çoxlarının bildiyi həqiqətdir. Bir sıra məmurların hətta təbii fəlakətlərdən, insanların faciələrindən belə istifadə edərək öz var-dövlətlərini artırmağa çalışdıqları ilə bağlı da onlarla fakt var.

Belə hallardan biri də son günlər demək olar ki, blokada şəraitində yaşayan, insanların gediş-gəlişinin çətinləşdiyi, xüsusən də muxtar respublikaya müxtəlif yüklər və yanacaq aparan yük maşınlarının buraxılmadığı günlərdə baş verir.



Uzun illərdi ki, Naxçıvanın ərzaq məhsulları, digər materiallar, xüsusən də yanacaqla təchizatı Azərbaycandan İran ərazisi ilə göndərilən yüklər hesabına təmin olunur.
Noyabrın 7-dən isə Naxçıvanda Şahtaxtı nəzarət-buraxılış məntəqəsi, daha sonra isə İran-Azərbaycan sərhədindəki bütün digər 4 nəzarət-buraxılış məntəqələri bağlanıb. Bundan sonra Azərbaycan-İran sərhədində uzun növbələr və gərginlik yaranıb. Buna görə tərəflər bir-birini suçlayıb.

Sərhədlər bağlandıqdan bir neçə gün sonra nəzarət-buraxılış məntəqələrində keçidlər yalnız piyadalar üçün açıldı. Ardınca isə avtomaşınların da İran ərazisinə keçidinə imkan verildi. Naxçıvana gedən yük maşınları isə ya hələ də növbə gözləyir, bir hissəsinin isə yükü 30 tondan artıq olduğuna görə sərhəddən buraxılmır. Bu isə Naxçıvanda bir sıra məhsulların qıtlığına səbəb olub. Ən ciddi problem isə muxtar respublikada yanacaq çatışmazlığının yaranmasıdı.

Son günlərdə Naxçıvanda benzinin bir litrinin qiymətinin artıq 1 manata satıldığı, yanacaqdoldurma məntəqələrində isə uzun növbələrin yarandığı bildirilir.
30 tondan çox yük tutan maşınların sərhəddən buraxılmamasına gəlincə, bildirilir ki, İran tərəfi Culfa keçid məntəqəsində yeni körpü tikib və yeni qaydalar tətbiq edib. Lakin körpünün istifadəyə verilməsi Naxçıvan rəsmilərinin bürokratik əngəllər törətmələri nəticəsində hələ də ləngidilir. Culfanın hazırda istifadə olunan köhnə körpüsünə texniki baxış keçirib körpünün ağır maşınlar üçün təhlükəli vəziyyətdə olduğunu bildiriblər.
Buna görə də, İran tərəfi ağırlığı 30 tondan çox olan yük maşınlarının köhnə körpüdən keçərək, Naxçıvana girməsinə imkan vermir.

Bu səbəbdən həmin maşınlar Bakıya qayıdaraq Gürcüstan vasitəsilə Türkiyəyə oradan isə Naxçıvana keçirlər. Bu isə həm yolun uzanması deməkdi, həm də çox vaxt aparır. Odur ki, Azərbaycan-Gürcüstan-Türkiyə-Naxçıvan marşrutu üzrə yükdaşımalar şirkətlərə və sürücülərə sərf etmir.

Qeyd edək ki, Türkiyə 2012-ci ildə öz ərazisi ilə Gürcüstandan Naxçıvana benzin və dizel yanacağının tranzitinə icazə verib. Bu icazə Türkiyənin müvafiq qurumundan üç il müddətinə alınıb.

Bu marşrutla Naxçıvana benzin və dizel yanacağının daşınması fövqəladə vəziyyətlər üçün nəzərdə tutulur.



Buna görə də Azərbaycan-Gürcüstan-Türkiyə-Naxçıvan marşrutu ilə indi muxtar respublikaya yanacaq daşınması müvəqqəti xarakter daşıyır.

İran tərəfi isə özəl görüş və təmaslarda qeyri-rəsmi olaraq iddia edir ki, Culfadakı yeni körpü ilə bağlı problemi Naxçıvan rəhbərliyi bilərəkdən yaradır. Bu iddiaların nə dərəcədə doğru olub-olmadığını söyləyə bilməsək də, bizə çatan xəbərlərdə muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbovun tapdığı vəziyyətdən çıxış yolunun həm də onun özünə böyük xeyir gətirəcəyinin bildirilməsi müəyyən şübhələrə yol açır.

Bir neçə mənbədən dəqiqləşdirdiyimiz məlumata görə, V.Talıbovun adamları Almaniyadan 30 ton ağırlığında yük daşıyan avtomobillər sifariş verib. Həmin avtomobillərin bir çoxu yanacaq daşınması üçün nəzərdə tutulub. Almaniyadan gətiriləcək böyük yük maşınlarının bir hissəsi ilə isə muxtar respublikaya ərzaq və digər zəruri məhsullar daşınacaq. Həmin avtomobillərin yük tutumu və ümumi ağırlıq göstəriciləri İran tərəfinin tətbiq etdiyi yeni qaydalara tam uyğun gəlir. Bu o deməkdi ki, bundan sonra Bakıdan Naxçıvana İran vasitəsilə yüklər məhz V.Talıbovun avtomobilləri vasitəsilə daşınacaq.
Məlumatlara görə, V.Talıbov bu sahəni çoxdan tam olaraq ələ keçirmək istəyirmiş. Muxtar respublikanın rəhbəri xüsusən də Naxçıvana yanacaq daşınmasına nəzarəti ələ keçirmək üçün uzun illər çox zəngin və qüdrətli məmur-oliqarxlarla mübarizə aparıb. İranla sərhəddə yaranan son gərginlik isə demək olar ki, V.Talıbova bu sahəni tam ələ keçirmək üçün fürsət verib və onun dərhal Almaniyadan 30 ton yük tutumu olan avtomobillər sifariş etməsi muxtar respublika rəhbərinin sanki çoxdan bu işə hazırlaşırmış görüntüsünü yaradır.



Eyni zamanda bu İran tərəfinin Azərbaycan rəsmiləri ilə qeyri-rəsmi söhbətlərdə Culfa körpüsündəki problemin Naxçıvan tərəfindən bilərəkdən yaradılması haqda iddialarını kifayət qədər əsaslı edir. Bu iddialarda həm də üstüörtülü şəkildə Azərbaycanın daxilində Naxçıvana yükdaşımalara nəzarətin monopoliyaya alınması uğrunda mübarizənin getdiyinə işarələrin edildiyi bildirilir.

Ortada isə Naxçıvanın neçə gündür faktiki olaraq blokada da qalması və muxtar respublikada böhran yaşanması faktı var.

Bir məsələ də diqqətçəkəndir ki, Bakıda yaşayan əslən Naxçıvandan olan deputatların bununla bağlı sərt bəyanatlarına, İran tərəfinə çağırışlarına rəğmən muxtar respublika rəhbərliyi tərəfindən elə bir ciddi narahatlıq duyulan fikirlər səsləndirilməyib. Bu məsələnin özü də müəyyən ehtimallara yol açır.

Amma istənilən halda, Culfa körpüsündəki problemin Naxçıvan rəhbərliyi tərəfindən bilərəkdən yaradılıb-yaradılmamasından asılı olmayaraq, gələn xəbərlər göstərir ki, V.Talıbov bu mərhələdə muxtar respublikaya yükdaşıma işini öz əlində cəmləşdirib. V.Talıbovun çox ustalıqla bir sıra iri məmurları bu işdən kənarlaşdırdığı bildirilir. Təbii ki, həmin məmurlar V.Talıbovun bu əməliyyatını qəzəblə qarşılayıblar və onlarla “Naxçıvan xanı” arasında problemlər daha da dərinləşəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran-Azərbaycan sərhədindəki gərginlik (VİDEO)

    İran-Azərbaycan sərhədindəki gərginlik (VİDEO) ...

    25-11-2013, 00:29

  • 
  • İranla sərhəddə gərginlik (Fotolar)

    İranla sərhəddə gərginlik (Fotolar) ...

    18-11-2013, 12:02

  • 
  • Yük maşınlarının yollarla müharibəsi davam edir (VİDEO)

    Yük maşınlarının yollarla müharibəsi davam edir ...

    19-11-2013, 00:22

  • 
  • Fars-molla rejimi bizə niyə qənim kəsilib?..

    Fars-molla rejimi bizə niyə qənim kəsilib?.. ...

    6-12-2013, 18:00

  • 
  • Azərbaycanla İran sərhədində vəziyyət gərginləşib (VİDEO)

    Azərbaycanla İran sərhədində vəziyyət gərginləşib ...

    11-11-2013, 22:08


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu