Valideynlərsə Təfəkkür Universitetinin qarşısında aksiya keçirəcək Təfəkkür Universitetinin rektoru Müşafiq Atakişiyev yenidən çətin vəziyyətə düşüb. Keçmiş təhsil naziri Misir Mərdanovun vaxtında işləri «yağ kimi» gedən rektor yeni nazir Mikayıl Cabbarovla anlaşa bilmədiyindən «perevod» işində dolaşıb, qalıb.
JAM.AZ-a verilən məlumata görə, ilkdə iki dəfə tələbə «perevod»unu həyəta keçirən universitet bununla yzlərlə gənci Bakıya gətirməyi bacarırdılar. Lakin Mikayıl Cabbarovun nazir olduğu dönəmdə bu işləri həyata keçirmək hələ ki, mümkün olmayıb.
Mənbənin bildirdiyinə görə, Təfəkkür Universitetində tələbə qəbulu 12 min manatdan həyata keçirilib. Ötən il bu rəqəm 8-10 min manat arasında dəyişdirmiş. Lakin yeni tədris ilində durum dəyişib və qiymətlər 2000 manat artırılıb. Qəbul edilən tələbələri isə əsasən Ukrayna və Dağıstan Universitetlərində sənədləşdirirdilər ki, bu da köçürməni asanlaşdırmaq məqsədi güdürmüş.
Elə bu il də eyni addım atılıb. Lakin dekabr ayında həyata keçirilməli olan proses ləngiməyə başlayıb. Səbəb isə Təhsil Nazirliyinin Müşfiq Atakişiyevə hər hansı bir şəkildə icazə verməməsidir. Prosesin yubanması isə valideynlərin diqqətindən yayınmayıb. JAM.AZ-a verilən məlumata görə, onlar rektorun qapısına gedərək, izahat istəsələr də, tutarlı cavab ala bilməyiblər. Məhz buna görə də, Təfəkkür Universitetinin qarşısına toplaşaraq, uşaqlarının aqibətləri ilə bağlı etirazlara başlamaq qərarına gəliblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?