Bir də gördün filan məşhur oğluna, ya qızına bir toy elədi ki, gəl görəsən. Toy bir gün olur, şanı bir həftə danışılır, medianın gündəmindən düşmür. Bir də gördün nə? Həmin bu bəh-bəhlə evlənənlər boşandı.
“Kimsə öz ayranına turş deməz” deyib atalar. Məşhurlar övladlarının boşanmasını gizlətdiyi məqamda bir də görürsən aha, başlandı. Özü də başlandı, nə başlandı. Bir tərəf o biri tərəfi ittiham etməyə: “Sənin qızın beləydi!”, “Sənin oğlun eləydi”. Gəl, indi çıx işin işçindən. Burda iş qalır yenə medianın boynuna. Biz də boynumuza düşən araşdırmanı etdik. Məlum oldu ki, övladının boşanmasında sinəsi göynəyənlər, boşanmanı dananlar, özünə yeni gəlin axtaranlar da var. Beləliklə, Ailəm.az Azərbaycanlı məşhurların boşanan övladlarının siyahısını təqdim edir.
Əməkdar artist Firuzə İbadovanın qızı Hülya 2008-ci il aprelin 17-də Kanadada yaşayan Cavidlə ailə qursa da, onların evliliyi uzun sürməyib. F. İbadova boşanmaya səbəb kimi kürəkəninin Kanadada işləyib yaşamasını göstərir: “Qızım Caviddən boşanıb artıq. Mən qudamdan xahiş elədim ki, gəl, bu evliliyə son qoyaq. Balamın 23 yaşında boşanması məni çox göynədir”.
Əməkdar artist Almaz Ələsgərovanın iki qızı da boşanıb. Böyük qızı Mədinə Londonda yaşayan Vüqarla təm-təraqlı toy edib ailə qursa da, xoşbəxtlikləri çox çəkmir. Boşanan bəy “Atv maqazin” verilişinə ayrılması barədə inanılmaz faktlar açıqlamışdı: “Mənim adım Vüqardır. Almaz xanımın böyük qızının keçmiş həyat yoldaşı. Sizi Londondan narahat edirəm. Mən heç toy günündə iştirak etməmişəm. Mənim əvəzimdə isə bəylik kürsüsündə 8 illik dostum əyləşmişdi. Almaz xanım hər kəsi inandıra bilib ki, o oğlan, qızının yoldaşıdır. Bütün bunlar isə öncədən planlaşdırılmışdı. Heç bizim kəbinimiz, zaksımız da yox idi. O qədər yalanları görmüşəm ki, boşanmışam. Qızda bir günah görmürəm. Günah Almazdadır. Çünki qızının yaşı azdır, anlamır”.
Müğənninin ikinci qızı Əminə də boşanıb. 2009-cu ildə kiçik qızı Əminə Orxan adlı bəylə ailə qursa da, 4 ayın gəlini olub. Orxan Almaz Ələsgərlinin qızından boşandıqdan bir müddət sonra yenidən ailə qurub.
Əməkdar artist Zöhrə Abdullayevanın qızı da boşanmışlar sırasındadır.
Xalq artisti, qarmon ustası Aftandil İsrafilovun qızı Həcər 2008-ci il noyabrın 11-də “Şeron” qrupunun solisti Rüstəm Zeynallı ilə ailə qursa da, boşanıb. Rüstəm Həcərdən öncə 1 dəfə evlənib. O, birinci həyat yoldaşından rəsmən ayrılmamış A.israfilovun qızı Həcərlə ailə qurub. Lakin rəsmi nikahları olmayıb. Həcərlə də yola getməyərək Rüstəm yenidən ilk evliliyindən olan xanımının yanına qayıdıb. Rüstəm A. İsrafilovun qızından boşanmasının səbəbini mətbuata belə izah etmişdi: “Boşanmama səbəb həyat yoldaşımla aramızda olan anlaşılmazlıqdır. Biz yola getmirik”.
Əməkdar artist Elza Seyidcahanın oğlu Ələkbər 2009-ci ilin noyabrında ailə qursa da, sonradan boşanıb. Oğlunun sevib seçdiyi ailəsi puç olduqdan sonra E.Seyidcahan maqazin verilişlərinin birində oğlunu 2-ci dəfə evləndirmək istədiyini və bu dəfə seçimi məhz özünün edəcəyini demişdi.
Xalq artisti Rafael Dadaşovun qızı müğənni Səidə Dadaşova da boşanıb. O, Türkiyə vətəndaşı Səlçuk Gökgözlə ailə qurub, qalmaqallı şəkildə də boşanıb. Hər iki tərəf bir-birini xəyanətdə günahlandırır. Onu da əlavə edək ki, Rafael Dadaşovun qızı ilə ailə quran Səlçuk Səidədən öncə 3 dəfə evlənib. Övladları da var.
Müğənni Elşad Qarayevin oğlu Rəvan Qarayev də boşanıb. İlk evliliyi uğurlu olmayan müğənni Rəvan bir müddət öncə 2-ci dəfə ailə qurub.
İki övlad sahibi olan Elariz Məmmədoğlunun qızının boşanma xəbəri də medianın gündəmində olub. Lakin müğənni bu xəbəri təsdiqləməkdən çəkinib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?