gundemxeber.az Azərbaycan təhsil sistemində baş alıb gedən özbaşınalıq indi Azərbaycanla yanaşı bütün dünyaya məlumdur. Mərdanovun başçılıq etdiyi bu qurum sabiq BDU rektorunun bura rəhbər təyin olunması ilə də süqutunun başlanğıcını yaşadı. Ali və orta təhsil müəssisələrində korrupsiya rüşvətxorluq demək olar ki, bir virus kimi baş alıb gedir və bunun qarşısını alacaq heç bir qüvvə tapılmır. Belə bir vəziyyətdə valideynlər özləri övladlarının yüksək savad, təlim və tərbiyə alması üçün cəhdlər edir, özləri müəllimlərə «məcburi şəkildə» hörmət (rüşvət) təklif edirlər və bu da bir növ valideynlərin təhsilə olan diqqətindən irəli gəlir. Amma yenə də ortada nəticə yoxdur. Mərdanovun 10 ildən artıq sürən təhsil uğursuzluğu orta məktəblərin şagirdlərə normal təhsil vermək imkanını sıfıra endirib. Dövlət büdcəsindən maliyyələşən hansı orta məktəbin şagirdi ən yüksək balla ali məktəblərə qəbul olunub?- sualına müsbət cavab vermək mümkün deyil. Çünki, Misir Mərdanov nazir postunu zəbt edəndən indiyə kimi məktəblər bu cür hallara tamarzı qalıblar. Yüksək bal toplayaraq prezident təqaüdünə layiq görülən şagirdlər isə Azəraycanda fəaliyyət göstərən Türk Liseylərinin məzunlarıdırlar və bu liseylər özəl olduğu üçün Təhsil Nazirliyi ilə heç bir əlaqəsi yoxdur. Lakin nazir dəfələrlə bu şagirdlərin adlarını çəkərək burada Təhsil Nazirliyinin əməyi olduğunu iddia etməkdədir. Necə deyərlər «hamam suyu ilə özünə dost tutur» kimi. Kənd məktəblərindən isə danışmaq çox gülməli alınacaq. Qeyd edək ki, XXI əsrdə yaşamağımıza baxmayaraq meşə odunları ilə isidilən kənd məktəbləri hələ də mövcuddur. O ki qaldı şagirdlərə verilən təhsilin səviyyəsinə, bunun üçün ilk öncə bu məktəblərdə tədris olunan dərsliklərə nəzər salaq. Təhsil Nazirliyinin rəyinə əsasən çap olunan dərsliklər hələ də sovet hökumətinin düşüncəsini təbliğ edir. Doğrudur, o zamankı tədris vasitələrində bir sıra dəyişikliklər aparılıb. Yəni Vladimir İliç Leninin şəkillərini indi Heydər Əliyevin şəkilləri əvəz edir. Bu təbiidir ki, YAP hakimiyyəti ilk fəaliyyətini orta məktəblərdə YAP-ın təbliğatı ilə başladı. Lakin digər bir amil vardır ki, bir azərbaycanlı kimi bizi narahat etməkdədir. Orta məktəblərin 6-cı sinif tarix kitablarında insanın yaranışı Darvinizm təlimləri üzərində aparılır. Yəni Azərbaycan şagirdinə hələ də deyilir ki, insan meymundan yaranıb. Darvinin insanın təkamülü nəzəriyyəsi ən inkişaf etmiş ölkələrdə belə əsassız olduğu üçün ifşa edildiyi halda bu gün Misir Mərdanovun professorları nəinki bunu iddia edir hətta xalqın gələcəyi olan körpələrimizin saf beyninə bu virusu yeritməkdə davam edirlər. Bütün bu kimi yüzlərlə faktlar Azərbaycan təhsilini bərbad hala salan Mərdanovun səriştəsizliyinin bir nümunəsidir. Tural
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?