“Fuad Qəhramanlıya xəbərdarlıq edirəm ki, onun yaşı çatmayan vaxtlar partiyasında nələr olub, keçdiklərini bir öyrənsin, sonra danışsın”.
Bunu Müsavat Partiyasının Divanın üzvü İkram İsrafil bildirib.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının Milli Şuradan çıxması ilə bağlı Müsavat Partiyasına yönələn ittihamlarını cavablandıran İ. İsrafil AXCP-ni iqtidarın maraqlarına xidmət etməkdə günahlandırıb:
“Bəlkə Fuad Qəhrəmanlı mandat alverinin Azərbaycan bazarına ilk çıxaranın kimliyini bilmir. Əgər bilmirsə, öyrənsin. Yox, əgər bilib, özünü bilməmiş kimi göstərmək istəyirsə, ondan adama deyərlər saxla, səndən siyasətçi yox, heç cəbhəçi də olmaz”.
Xatırladaq ki, F. Qəhrəmanlı mediaya açıqlamasında bildirib:
“Belə görünür ki, Müsavat Partiyasına 2015-ci il parlament seçkiləri ilə bağlı hakimiyyət tərəfindən hansısa vədlər verilib və bu vədlərin qarşılığı olaraq, onlara Milli Şuradan ayrılmaq şərti qoyulub. Müsavat Partiyası da bu şərti yerinə yetirməklə məşğuldur. Əgər belə deyilsə, buyurub açıqlasınlar ki, hansı əsasa görə, Milli Şuranı tərk etdilər? ”.
Sorğu
Yeni dizaynımız necədir?