GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədət Quliyev! burda hər şey pulladır…

Mədət Quliyev! burda hər şey pulladır…

Tarix: 10-01-2014, 18:18 Bölmə :Ölkə Baxış: 849
Mədət Quliyev! burda hər şey pulladır…
Həbsxana həyatı ilə bağlı çoxlu kitablar oxusam da, əslində bu kitablar sonradan - gerçək həbsxana həyatını yaşadıqdan sonra – mənə çox maraqsız görünmüşdü. Həyatının müəyyən hissəsini bağlı qapılar arxasında keçirən adamlar da vardı ki, çox əvvəllər onlarla söhbətlərim mənə daha maraqlı, dinamik görünərdi. Açığı deyim ki, heç kəsə arzulamadığım bu həyatda sonralar danışılası, xatırlanası, misallar göstəriləsi ibrətamiz hadisələr o qədər olub ki!


Bəzən bu günləri yaşamağına heç heyfslənmirsən də. Baxmayaraq ki, ömrün bu anları həyatın qara zolağıdır. Bəzən həbsxananın da bir məktəb olduğu deyilir. Bu, doğrudur.

Ömründə heç zaman qarşılaşmayacağın olayları yaşamaq, ağrılara dözmək, Tanrının “ümid” adlı ətəyindən yapışmaq, min sifətli insanlarla gözəgörünməyən çəkişmələrdən qalib çıxmaq, yerli-yersiz “razborkalardan prav çıxmaq”, əslində, böyük bir məktəbin müdavimi olmaqdır. Bu “məktəbin” layiqli məzunu olmaq da hər kəsə nəsib olmur.

Mənim Bayıl qəsəbəsində yerləşən və sahibkarın öz adını daşıyan “Ziba xanım Həsənovanın klinikası” adlı özəl bir tibb klinikasının rəhbəri tərəfindən şərlənərək həbs olunmağımla bu məktəbdə müdavimliyim başlamışdı. İndi çoxdandır məzunluq dövrünü yaşayıram.

Haqq nazilir... və üzülür...

Dustaqların aşağılanması bütün ölkələrdə müşahidə olunub. Sözsüz, CCM-də heç kəsin saçı sığallanmır. Baxmayaraq ki, müşahidələrimə söykənib belə halların da mövcud olmasını əminliklə deyə bilərəm. Bu, ən çox dustağın özünün bacarığı nəticəsində görüntü olaraq nəzərə çarpır. Adminstrasiya tərəfindən qorunan dustaq zamanı çatanda elə dustaqlar tərəfindən sındırıla bilər. Bu haqda ötən yazımızda bəhs etmişdim, türmədə belə şeylər bağışlanmır.

İkinci qisim “xoş gün keçirən” dustaqlar isə cinayət aləmində sözünü deyənlərdi ki, onlara qarşı da türmə işçiləri ciddi və bəzən də qəddar mövqe sərgiləyirlər.

Orada – içəridə bunun çox şahidi olmuşam. Bu o vaxtlar idi ki, Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin rəisi ədliyyə general-mayoru Nazim Ələkbərov idi və eşitdiyimə görə, cəzaçəkmə müəsisələrindəki neqativ hallar haqda eks-rəisi mütamadi olaraq məlumatlandırsa da, məsələlər həllini tapmırdı.

Mənə çox ağır gəlirdi bəzi “nadzorların”, zabitlərin 3-4 manat üçün özlərini iyrənc formaya salmaları, kimsəsiz, “dişsiz” dustağı şərləmələri. Azadlıqdan məhrum olunanların hüquqlarının onlar tərəfindən də pozulması insan deyilən varlığın içində nə qədər çirkabın olmasından xəbər verirdi. Artıq mənsub olduğum millətin belə nümayəndələrinin olmasına vərdiş etmədə idim. Həbs olunmamın səbəbləri istintaqımı aparan Baş Prakurorluq yanında Korrupsiya İdarəsinin Tarıyel Əhmədov adlı müstəntiqinin səmimi etiraflarından sonra millətimin içində heç də başının üstündə Allahı, ayağının altında axirət dünyasına gedəcəyi 2-3 kv. metr torpağı görməyənlərin olduğunu bilirdim. Amma içəridə qana susayan, 2-3 manata görə mənliklərinə kölgə salacaq insanabənzərlərin olacağını görmək daha dəhşətli idi.

Burda hər şey pulladır. Pulun varsa, sən yaşayacaqsan; pulun varsa, bəzilərinin qabağında şeşələnən yüksək rütbəli zabit “sənnlikdi”: o, sənin “ayağındı”. Göndərəcəksən hara gəldi. Yazdığı “malyava”nı da istədiyin yerə çatdıracaq, sifariş verdiyin qəzet-jurnalı da alıb sənə gətirəcək və ilaxır və sair.

Burada yalan ayaq tutub yeriyir, haqq məşhər ayağına çəkilir, nazilir və üzülür. Yaxşı ki, dustaqlar ağır vaxtlarda bir-birlərinə arxa durmağı, mənəvi dayaq olmağı bacarır. Əgər belə olmasaydı, məhrumiyyətlə dolu olan uzun dustaq həyatımı sağ-salamat başa vurmaq heç də asan olmazdı. Baxmayaraq ki, azadlıqdan məhrum olanların əksəriyyəti i”içəridə” pis əməllərə aludə olub çıxırlar…

Şahidi olduğum hadisələrdən yeri düşdükcə bəhs edəcəyəm…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Heç yerdə bu qədər həbsxana tikilmir – Mədət Quliyev

    Heç yerdə bu qədər həbsxana tikilmir – Mədət ...

    20-01-2014, 13:24

  • 
  • Nazir arvadı həbsxana qapısında (FOTO)

    Nazir arvadı həbsxana qapısında (FOTO) ...

    23-12-2013, 00:20

  • 
  • "Tülpan İlham"ın həbsxana fotolarını yaıldı

    "Tülpan İlham"ın həbsxana fotolarını ...

    2-12-2013, 17:59

  • 
  • "Mədət Quliyev məhbuslara işgəncə verdirir" – Elçin Behbudov

    "Mədət Quliyev məhbuslara işgəncə ...

    12-01-2014, 01:17

  • 
  • "Nə həbsxana həyatı, nə ağaran saçlar, nə keçdiyi yol Neməti ağıllandırmadı”

    "Nə həbsxana həyatı, nə ağaran saçlar, nə ...

    12-05-2016, 14:04


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu