GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Suriyada döyüşən azərbaycanlılar kimlərdir?

Suriyada döyüşən azərbaycanlılar kimlərdir?

Tarix: 22-01-2014, 13:14 Bölmə :Ölkə Baxış: 822
Suriyada döyüşən azərbaycanlılar kimlərdir?
Ərəstun Oruclu: "Əsədin əleyhinə və lehinə döyüşənlər vətənə qayıtdıqdan sonra onlar arasında ciddi problemlər olacaq"

Azərbaycan Bir qədər əvvəl Suriyada 14 yaşlı Kərimov Nəcəf Namiq oglunun öldürülməsi xəbəri Azərbaycanda şok effekt yaratdı. Məlumata görə, öldürülən azyaşlının anası kifayət qədər imkanlı olmasına rəğmən, sonradan ticarət obyektlərini satıb və uşaqlarını da təhsildən yayındırıb.

Məlumatlardan o görünür ki, Suriyada döyüşən azərbaycanlıların çox hissəsi şimal bölgəsi rayonlarından olanlardır. Qeyri-rəsmi məlumatlara görə, təkcə Şəki və Zaqatala bölgəsindən Suriyaya gedənlərin sayı 250 nəfəri ötüb.

Demək olar ki, hər gün Suriyada bir neçə azərbaycanlının öldürülməsi ilə bağlı xəbərlər yayılır.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Xaçmaz rayonundan son dövrdə təxminən 10-a yaxın sakin Suriyaya döyüşmək üçün gediblər. Onlardan birinin Xaçmaz rayonunu Köhnə Xaçmaz kəndinin sakini olduğu bildirilir. Qusar rayonun Xurma kəndindən olan bir neçə adamın da Suriyada öldürülməsi ehtimal edilir. Azərbaycanın şimal bölgəsindən 100-ə yaxın adamın Suriyada vuruşduğu bildirilir. Gedənlər arasında ailəvi azərbaycanlıların daha çox üstünlük təşkil etdiyi bildirilir.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi də məsələ ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən aparılan monitorinqin nəticələrinə əsasən, "fətva" xarakterli ittihamlar və sözügedən qruplaşmaların digər hərəkətləri ölkədə mövcud olan tolerantlıq mühitinə zidd hallara yol verilməsi, insan hüquqlarının pozulması, cəmiyyətdə çaşqınlıq yaradılması və şəri məsələlərlə bağlı fətva vermək səlahiyyətlərinin mənimsənilməsi ilə müşahidə olunur. Bu səbəbdən sözügedən gərginlik hansı zəmində yaranmasından asılı olmayaraq, ölkədəki mövcud dini duruma və respublikamızın beynəlxalq imicinə mənfi təsir göstərməkdədir.

Bəyanatda o da qeyd olub ki, Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki hərbi münaqişələrə cəlb edilməsinə çağırış olmasını müəyyənləşdirmək məqsədilə aparılan monitorinq və təyin olunmuş dinşünaslıq ekspertizasının nəticələrinə uyğun olaraq, Dövlət Komitəsi tərəfindən, hüquqi müstəvidə görülən tədbirlər də daxil olmaqla, bütün zəruri addımlar atılacaq.

Milli Təhlükəsizlik Nazirliyindən isə məsələ ilə bütün lazımi tədbirlərin həyata keçirilirdiyi bildirilib: “Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və maraqlarına mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur”.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən məsələ ilə əlaqədar olaraq ANS PRESS-ə bildirilib ki, qurum tərəfindən Suriyada döyüşməyə gedən azərbaycanlılarla bağlı məsələ dərindən araşdırılır. XİN-in mətbuat katibi Elman Abdullayevin sözlərinə görə, məsələnin araşdırılması üçün müəyyən çətinliklər mövcuddur: “Hazırda Suriyada vəziyyət gərgin olaraq qalır. Azərbaycan səfirliyi də daxil olmaqla Suriyada olan diplomatik korpusların əksəriyəti ölkədən çıxıb. Azərbaycan səfirliyi Beyruta köçürülüb. Bu işimizə mane olur. Ancaq əlimizdə olan imkan daxilində araşdırma aparırıq”.

E. Abdullayev qeyd edib ki, mövcud vəziyyəti nəzərə alaraq Azərbaycan tərəfi məsələyə aydınlıq gətirilməsi üçün əlindən gələni edir: “”Bu şəxlərin Azərbaycan vətəndaşlığına məxsusluğu tam şəkildə aradırılmalıdır”.

XİN-in mətbuat katibi həmçinin qeyd edib ki, məsələnin araşdırılması ilə bağlı Azərbaycan tərəfi diplomatik kanalların köməyindən istifadə edir: “İnsanlar səfərlər edir. Hər səfər edəni dayandıra bilməzsən ki, Sən hara gedirsən?”

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə Suriyada döyüşən azərbaycanlıların vətənə döndükdən sonra təhlükəli ola biləcəklərini deyib.

Ərəstun Oruclu ANS PRESS-ə açıqlamasında Azərbaycandan Suriyaya gedənlərin konkret təyinatlar üzrə getdiklərini söyləyib. Onun sözlərinə görə, bu insan alveri şəbəkəsinə bənzəyən mükəmməl şəkildə qurulmuş bir şəbəkədir:
“Bunun arxasında hansısa ölkələrin xüsusi xidmət orqanları dayanır və bu şəbəkələrdən istifadə edir. Bunun qarşısını almağın yolu həmin şəbəkəyə rəhbərlik edənləri ifşa etməkdir. Onlar çox təhlükəlidirlər. Artıq Azərbaycandan Suriyaya gedənlər beynəlxalq terror təşkilatları ilə əlaqələr qurmağı, silah əldə etmək imkanlarını öyrənirlər. Onlar sabah Azərbaycana dönəndə ölkəmizin təhlükəsizliyini ciddi təhlükə qarşısında qoyacaqlar. Bunları indidən düşünmək lazımdır".

Ə. Oruclu Azərbaycandan Suriyaya gedənlərin qarşısını almaq üçün dövlətin müəyyən addımlar atmalı olduğunu söyləyib.

“Suriyada vuruşan azərbaycanlıların özlərinə cinayət işi açılmalıdır”- deyən Ə. Oruclu, Azərbaycan vətəndaşının gedib hansısa başqa bir ölkədə əlinə silah alıb döyüşməsi cinayət olduğunu söyləyib.

Ərıstun Oruclu həmçinin qeyd edib ki, Bəşər Əsəd əleyhinə və lehinə döyüşənlər Azərbaycana qayıtdıqdan sonra onlar arasında ciddi problemlər olacaq: “Buna qətiyyən şübhə ola bilməz”.

Azərbaycan vətəndaşlarının Suriyaya gedib orada döyüşmələri barədə yayılan xəbərlərə din xadimləri də münasibət bildirib.

Din xadimi Hacı Qamət Süleymanov ANS PRESS-ə açıqlamısında Azərbaycan vətəndaşlarının Suriyaya gedib döyüşmələrinin əleyhinə olduğunu söyləyib: “Suriyaya getmək düzgün deyil, məsləhət də deyil. Bu təkcə mənim fikrim deyil, böyük alimlərin fikridir".

Hacı Qamət Suriyaya gedən Azərbaycan vətəndaşlarının müxtəlif məzhəblərin nümayəndələrinin olduğunu deyib.

“Təkbir, cihad camatı hətta müəyyən sufi təriqətinə məxsus adamlar da oradakı döyüşlərdə iştirak edirlər. Həmçinin də adi adamlar da uşaqların, qadınların ölümünü görəndə müxtrəlif hisslər keçirir və Suriyaya yollanırlar", - deyə Qamət Süleymanov qeyd edib.

Q. Süleymanov belə halların qarşısının alınması üçün mübarizə tədbirlərin görülməli olduğunu da söyləyib: “Bunun qarşısını almaq üçün maarrifləndirmə işləri aparmaq lazımdır. Sosial şəbəkələrdən maarifləndirmə ilə bağlı xüsusilə aktiv istifadə etmək lazımdır".

O, Azərbaycan vətəndaşlarının Suriyaya cihad adı altında getməsinə də münasibət bildirib:
“Suriyada cihad olması bir az sual işarəsi altındadır. Cihad müsəlmanlar və kafirlər arasında ola bilər. Orada müsəlmanlar bir-birlərini öldürürlər. Orada iqtidarla müxalifət bir-birlərini öldürürlər”.

Din xadimi həmçinin qeyd edib ki, ölkəmizin torpaqlarının işğal altında olduğu bir vaxtda azərbaycanlıların Suriyada döyüşməyə getməsi düzgün deyil.

İlahiyyatçı Hacı Şahin Həsənli isə cihad adı ilə Suriyaya gedən Azərbaycan vətəndaşlarından danışmamışdan əvvəl ANS PRESS-ə müqəddəs cihadın necə aparılması haqda məlumat verib. “Cihad Quranı Kərimdə işlənən vacib əməllərdən biridir. Cihad əslində Allah yolunda səy etməyə çalışmaq mənasını ifadə edir və həm də Allah yolunda döyüşmək anlayışlarını da bildirir. Cihad əsasən təcavüzə məruz qalan bir millətin xalqın öz dəyərlərini qorumaq anlamını daşıyır. Yəni Quran Kərim sizinlə döyüşənlərə döyüşün məntiqini ortaya qoyur. Allah yolunda döyüşüb, öldürülən insanlar şəhid hesab olunur. Onların Allah yanında böyük dəyəri var. İnsanlar içində üstün sayılan insanlar şəhidlər hesab olunur”.

Hacı Şahin Suriyaya döyüşməyə gedənlərin bir sıra radikal qruplaşmalar tərəfindən maliyyələşdirilərək döyüşə getməyə təhrik edildiyini deyib. "Suriyada xalqla hakimiyyət arasında müəyyən problemlər var. Bu məsələ Suriyanın daxili məsələsidir. Bəzi dövlətlər Suriyanın daxilində qarşıqlıq yaratmağa cəhd göstərirlər. Bir sıra radikal qruplaşmalrı silahlandırıb, döyüşlərə təhrik edirlər və bunu da təəssüf ki, müqəddəs müharibə adlandırırlar. Suriyada baş verənlərin cihadla heç bir əlaqəsi yoxdu. Suriyada müqəddəs savaş getmir. Suriyada məzhəblər arası ixtilaflar salınır. Guya müqəddəs amallar uğurunda vuruşan quruplaşmalar əslində uşağa-böyüyə rəhm etmədən insanları öldürürlər”.

Hacı Şahin qeyd edib ki, cihad etmək lazımdırsa, Azərbaycan özü müharibə vəziyyətindədir və cihad etmək istəyənlər Qarabağa yollansalar daha yaxşı olar: “Öz torpaqlarını düşmən tapdağından azad etmək Azərbaycan gənclərinin üzərində bir dini vəzifədir. Dini hökmlərdə də belə qeyd olunur ki, hər hansı bir müsəlman bir xalqın torpaqları təcavüzə məruz qalıbsa, xalqın torpaqlarını azad etməsi dini nöqteyi nəzərdən vacib hesab olunur. Bu məsələrin qabardılması daha mühümdür. Azərbaycan özü zorakılığa məruz qalan bir ölkədir. Azərbaycan xalqı bu təcavüzdən uzun illərdir ki əziyyət çəkilər. Bu dərdləri unudaraq hər hansı bir ölkədə döyüşmək bunun oyun olduğunu göstərir və bu oyunun iştirakçısı olan insanlar əslində kiminsə oyununun qurbanına çevrilirlər.Gedib başqa bir dövlətdə bu prosseslərdə iştirak etmək oyunbazlıqdan başqa bir şey deyil”.

Hacı Şahin həmçinin övladı Suriyaya gedən və geri qayıtmayan valideynlərin onlara müraciət etdiklərini də söyləyib:

“Övladlarının geri qayıtması üçün bir neçə valideyn bizim məscidə müraciət ediblər. Bizim onlarla heç bir əlaqəmiz yoxdu. Onlar bizi eşitməzlər də... Biz onlara desək də olar bizi eşitməzlər".

Sonda Hacı Şahin bildirib ki, Dini Etiqad və Vicdan Azadlığı haqqında qanuna görə hər bir Azərbaycan vətəndaşı öz ölkəsi ərazisində dini görüşünü təbliğ edə bilər: “Bu görüşlər zorakılığı təbliğ etməməlidir”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Suriyada döyüşən azərbaycanlıların cəsədləri gətirldi - İlginc detallar

    Suriyada döyüşən azərbaycanlıların cəsədləri ...

    21-07-2013, 22:57

  • 
  • 4 sumqayıtlı öldürüldü- Suriyada

    4 sumqayıtlı öldürüldü- Suriyada ...

    14-02-2014, 13:09

  • 
  • Suriyada döyüşən Ağsu sakini tutulub

    Suriyada döyüşən Ağsu sakini tutulub ...

    29-09-2015, 17:18

  • 
  • Suriyada döyüşən azərbaycanlıların sayı açıqlandı (VİDEO, FOTO)

    Suriyada döyüşən azərbaycanlıların sayı açıqlandı ...

    1-08-2013, 14:04

  • 
  • Suriyada öldürüldüyü deyilən Furkan Azəridən xəbər var

    Suriyada öldürüldüyü deyilən Furkan Azəridən ...

    19-07-2014, 14:24


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu