Yeni Azərbaycan Partiyası Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı xüsusi tədbir keçirməyəcək. Bunu azvision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov deyib: “Rəsulzadənin 130 illik yubileyi ilə bağlı dövlət proqramı var. O proqrama uyğun prezidentin sərəncamında hansı istiqamətlər göstərilibsə, aidiyyəti qurumlar tədbir hazırlayıb keçirəcək. Burada söhbət ayrı-ayrı partiyalardan, ya da ictimai təşkilatlardan getmir. Dövlət bu işi sərəncamla həyata keçirir. Bu sərəncam da hansı strukturlara iaddirsə, onlar da həyata keçirəcək”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?