GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » İmişlidə Saleh Səmədov mafiyası

İmişlidə Saleh Səmədov mafiyası

Tarix: 10-05-2017, 23:15 Bölmə :Bölgə Baxış: 8 826
İmişlidə Saleh Səmədov mafiyası


Jurnalist ölüm təhlükəsi ilə üzləşib

"Məni də Həsən İbrahimovun aqibəti gözləyir"

Jurnalist Məhbub Zülfüqarlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyevaya və Kütləvi İnformasiya Vasitələrinə müraciət edib. İmişli şəhəri, L.əliyev küçəsi, 38 saylı evdə yaşayan 59 yaşlı hüquq müdafiəçisi, müstəqil jurnalist Məhbub Zülfüqarlı bildiri ki, uzun illər siyasətlə məşğul olub, müstəqil jurnalist kimi çalışıb və tənqidlərinə görə təqib, təhdid, şantaj olunub, həbsə düşüb, məhkəmələrə çəkilib: "Məni təhdid edən korrupsionerlərdən biri, məmur-biznesmen, uşaqlığı belə gözüm qarşısında olan, orta təhsilini gecə məktəbində alan, nəcabətli varlı kişinin qızını götürüb qaçandan sonra ali təhsil “alan”, mən tələbə olanda Bakı-İrəvan qatarında pivə, bişmiş noxud satmaqla baş girələyən, bir illik AXC hakimiyyəti dövrü “Bozqurd” olan və o, vaxtdan varlanan, Standartlaşdırma, Metrologiya və Patent Dövlət Komitəsinin “AzSERT” MMC-nin Aran Regional İdarəsində icraçı direktor olan Saleh Mehralı oğlu Səmədovdur. O, spirt, şirələr, konyak zavodunun rəhbəri, “Kral” şadlıq sarayı, “Kral” çay evləri, çoxlu restoran-mağazalar, çörək sexlər, 4 hektardan artıq istilikxana sahibidir. Saleh Səmədov 8 mart 2017-ci ildə, saat 10.47-də 070 310 55 55 saylı mobil nömrədən zəng edərək mənə “Bu gün 8 mart beynəlxalq..... qadınlar günüdür, səndə onlardansan” və s. təhqiredici sözlər dedi. Öz küçə tərbiyəsi ilə təhqirlər yağdırdı. Səbəb nədir?"

Jurnalist bildirir ki, buna səbəb 18 fevral 2017-ci ildə “Reytinq” qəzetində Tapdıq Həsənov adlı jurnalıstin Saleh Səmədov haqqında “Rəisin əməlləri narazılığa səbəb oldu” yazısı, eləcə də “Komitə əməkdaşı sakinləri üfunətli hava udmaq məcburiyyətində qoyub”, “Müvafiq qurumlar “yaşı” soyqırıma göz yumur” yazıları, 27-28 fevral 2017-ci ildə “Gündəm-xəbər” qəzetində Həsən İbrahimovun “İmişlidə sahibkarlar faş olunurlar” yazısı və mətbuatda gedən digər yazılardır. Saleh Səmədov isə elə bilib ki, bu yazıları mən vermişəm. Ona görə də məni təhqir etdi. Mən bununlaəlaqədar dərhal DİN-in “102” xidmətinə, 13 mart 2017-ci ildə isə Prezident cənab İlham Əliyevə, Vergilər naziri, Baş prokuror, DTX rəhbəri və b. rəsmilərə şikayət etdim. Şikayəti Bakıdan Mərkəzi poçtdan göndərdim.

16 mart 2017-ci ildə İmişli RİH başçısı V.Hacıyev rayon hüquq-mühafizə orqanları rəhbərlərini toplayaraq “Jurnalist M.Zülfüqarlıya qarşı təxribat, sui-qəsd olarsa sifarişçi kimi S.Səmədov qandallanacaq” - tapşırığını verdi. Çünki bütün narkotik aludəçiləri, əsil-nəcabətlərində naqislik olanlar onun işverənləridir və məni təqib edir, jantajla hədələyirlər".

Jurnalist bildirir ki, 20.03.2017-ci ildə Saleh Səmədovun qardaşı Vahab Səmədov da mobil telefonla onu hədələyib: "Həmin gün qardaşım bizə gəldi və “Salehdən bir də yazsan “Eban” üzünə duracaq" dedi. Eban 14.03.2017-də S.Səmədovun məhkəmə sədrindən “xahiş” etdikdən sonra həbsdən buraxılıb. O, 6 ay qabaq həbs edilmşdi. Qardaşım Ebanın üzümə duracağını deyəndə ondan evi tərk etməsini istədim. Yalnız bu dünyada mənə güvənən Həsən İbrahimova və anasına zəng etdim: “Kimsə, qapınızı gecə döysə, açmayın, “102”yə və mənə dərhal zəng edin”. “Novruz Bayramı” gecəsi onun anasını doğrayıblar,özünü isə körpüdən atıblar ki, anasını özü öldürüb!"

Jurnalist yazır ki, onun şikayətlərini DTX 16.03.2017-ci ildə N23/Z-1253 saylı məktubla Səhiyyə Nazirliyinə və Saleh Səmədovun işçisi olduğu Komitəyə, surətini isə ona göndəriblər: "Baş prokuror isə şikayətimi 31.03.2017-ci ildə yenə də №17-0090-01-01-02-01 məktubla ora göndərib. Yəni “qoy S.Səmədov özü məşğul olsun”.


Jurnalistin bildirdiyinə görə, Vergilər Nazirliyi onun şikayət məktubunu 8 saylı ərazi idarəsinə göndərib: "Məndən izahat alıb, bir aydan artıqdır o gedən gediblər. Halbuki Vergilər Nazirliyi 24 yanvar 2017-ci ildə bir nümayəndəsini İmişliyə ezam etmişdi. Guya 8 saylı ərazi idarəsindən kütləvi şikayət edilmiş, şikayətdə də saxta olaraq mənim də imzam olub. Gələn nümayəndəyə isə "ayıbdır mənim jurnalist kimi yazılarım KİV-lərdə dərc olunur, təqib olunanda nazir və rəsmilərə şikayət edirəm" dedim. Tərs kimi 20 mart 2017-ci ildə yenə də Vergilər nazirliyindən başqa nümayəndə zəng etdi: “Siz vergilər nazirliyinə şikayət etmisiniz, izahatınızı istəyirik” dedi0. Ona “Sizin işiniz-gücünüz qurtarıbmı ki, bu bayram günü saxta şikayətlə yol gəlmisiniz. Əsl şikayətimi 13 mart 2017- ci il Bakıdan etmişəm, yoxsa mənə kələk gəlirsiz?”, – dedim. Nümayəndə axşamüstü, mənim keçmiş iş yoldaşım, 8 saylı ərazi idarəsində işləyən Malik Sarıyevi minnətə İmişliyə mənimlə görüşə gətirdi. M.Sarıyevə bildirdim ki, “Sizin nazirlik oyun oynayır, imitasiya ilə məşğuldur, 3 ayda saxta şikayət yazanı tapa bilmədiz?? Yoxsa bununla kimlərinsə başını qatır, ya qabaqdan gəlmişlik edirsiz?” Həmin an qəlblərinə dəymədim izahat yazdım"

Şikayətçi yazır ki, nəhayət, bir aydan sonra - 11 aprel 2017-ci ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən sektor müdiri O.Hüseynzadənin imzaladığı 170.108200517 saylı, sektor müdiri məktubu gəldi: “S.Səmədov sizə qarşı hər hansı kobud rəftara yol vermədiyini izahatında bildirib, Ərizədə qeyd olunanlar təsdiqini tapmamışdır”.

Jurnalist daha sonra yazır: "Möhtərəm Birinci vitse-prezident, cənab media nümayəndələri! Ölkədə saxtakarlığa, vəzifədən sui-istifadəyə, bir korrupsionerin müdafiəsinə diqqət yetirməyinizi arzu edirəm, məktubların,cavabların surətini də əlavə edirəm. Məgər Komitə rəsmisi “Nar” mobildən danışığın surətini çıxartmışdımı?? Komitə qanunu onda tapdamışdı ki, vəzifəni S.Səmədova biznesini qorumağa verəndə, onu direktor təyin edəndə mənə demək istəmişdilər ki “Bir də S.Səmədovumuzu, pullu oğlanı və bizi narahat etsən, səninlə, nihilizmə uğramış məhkəmə, polis, prokuror və S.Səmədovdan bəhərlənən mafiya məşğul olacaq. “Sprut” filmini xatırla demək istəyirdilər.


Səhiyyə Nazirliyi DTX-nın məktubunu Gigiyena və Epidemiologiya Mərkəzinə göndərib. Həmin mərkəz 19.04.2017-ci ildə 04-22/1112 məktubla qismən qanuna uyğun cavab göndərib: “Şirələr və konyak zavod" MMC-yə ötən ilin oktyabr ayında kollektiv şikayət ərizəsi əsasında, mütəxəsislərimiz tərəfindən, baxış keçirilmiş, xoşagəlməz qoxuya malik olan çirkab suları, təmizlənmədən, zərərsizləşdirilmədən müəssisənin giriş qapısından 10-15 metr olan açıq xəndəyə axıdılır. Xəndəyin çirkab suları ilə dolması, xoşagəlməz qoxunun yaranmasına və sakinlərin haqlı narazılığına səbəb olmuşdur. MMC rəhbərliyinə, aidıyyatı dövlət qurumları ilə razılaşdırılmaqla, təmizləyici qurğuların quraşdırılmasının vacibliyi bildirilmişdir”.



Jurnalist yazır ki, axır ki, bu ölkədə haqqı etiraf edən bir dövlət məmuruna rast gəldim: "Saleh Səmədov 10 illərdir öz uşaqlıq qisasını İmişlilərdən bu qorxulu, zəhərləyici iy ilə sakinləri boğmaqla alır. O, minlərlə sakinlərin şikayətindən “ləzzət” alır,başqalarını təhqir etmək, şərəf və ləyaqətini aşağılamaq, üstünə bağırmaq, təkəbbürlü gəzməklə bu adam daxilən acınacaqlı durumdadır. Əgər orta məktəb, ali təhsili olsa idi, camaat arasında bu qədər nifrət qazanmaz, şikayətçiləri ələ salmaz, polisdə carmıxa çəkdirməzdi. Onun təkəbbürlülüyünün kökü natamamlığındadır. Nihilizmə uğramış məhkəmə, polislə o, öz mahiyyətini, acizliyini ört-bastır edir, gizlədir".

Mənim “102” xidmətinə zəngimdən sonra İmişli RPŞ- rəis əvəzi bir ay 11 gündən sonra məktub göndərib: " Sizin İmişli RPŞ-yə şikayətinizlə bağlı araşdırma aparılmış S.Səmədov sizi təhqir etmədiyini bildirmişdir.Məhkəməyə müraciət edə bilərsiniz". Lap ələ salıblar, elə bil. Əvvəla, İmişli RPŞ-yə yox, 102 xidmətinə zəng etmişəm. Özü də həmin an. ”Nar” mobildən S.Səmədovun mobil nömrəsindən olan zəngi araşdırdınızmı?? Sözsüz ki, “şirinliyi” araşdırıblar. Bütün İmişlililər bilir ki, hüquq- mühafizə orqanları rəhbərləri daim S.Səmədovun yanındadır, məhkəmə sədri onun maşınından düşmür. Görün, o adi insanları necə dolayır, fırlayırlar. S.Səmədovun bir zənginə İmişlidə tək başçıdan savayı, istənilən şəxsi həbs edə bilərlər. Demək istəyirəm ki, qanunları plastilin edib, korrupsioner, oğru, rüşvətxorları müdafiə edənlər, aşağı təbəqəni ələ salıb, illərlə, məhkəmə, polis, prokuror qəbullarında kölə kimi süründürənlər, nə qədər cəzasızlıq mühütündə at oynadacaq?

Bir neçə fatı da deyim. Spirt zavodunun sürücüsü Əlağa Kamal oğlunu özü ilə gətirdiyi rus qızına görə şillə-təpiyə qonaq edən S.Səmədov onun şikayətlərini öz əleyhinə çevirtdirdi, çünki qardaşı RPŞ rəis müavinlərindən biridir. Şəhid anası Şəkər Həmidovanın çörək təndirini iki təpiklə uçuran, şəhid oğlu Əlinin əkdiyi ağacı kəsdirən S.Səmədovu yalnız başçı durdurmuşdu. Spirt zavodda işləyən qadınları küçə söyüşü ilə təhqir edən “şikayət etsəniz, sizin kimi acından ölən çoxdur, sizi çıxarıb yenisini götürərəm” deyən şəxs nə istəsə ertməzmı?? Yalnız KİV-lərdən reketlər, xüsusilə son illər, ayda bir dəfə çıxan “Həqiqət və Reallıq” qəzeti Saleh Səmədovu təbliğ edir, ”imam, peyğəmbər, çörək verən” və s. adlandırır, çünki bu qəzetin yiyəsi onun süfrə qırıntılarından yeyir, dolanır. Kriminallaşmış, mafiya babası görün ayda bir dəfə çıxan “Həqiqət və Reallıq” qəzet yiyəsinə müsahibəsində,İ mişli RİH mənsubları haqqında nə deyir: "Təəssüf ediləsi haldır ki, İmişlidə, İmişliləri sevməyən, başçıya quyruq bulayan 5-6 nəfərlik şərəfsiz dəstə vardır. Bu insanlar savadsız, ara qarışdıran, nifaq salan ,şeytana məxsus bütün sifətləri özündə cəmləşdirən şəxslərdir.Mənim amalım o, 5-6 nəfər şərəfsizi ifşa etmək və İmişlidən qovub çıxamaqdır. Bu 5-6 nəfərin şərəfsizin işərisində 3 nəfər şərəfsizin şərəfsizi vardır, iş-gücləri rayonda çaxnaşma yaratmaqdan ibarətdir".

Allah-Allah, özün təhsilsiz, savadsız olasan, hamıya üstən aşağı baxasan və Putindən sitat gətirəsən ki, “Patriotizm bizim milli ideyamızdır”. Söz qaldımı?? Axı bu adam Putinin yerli bolşevikidirmi ki, RİH mənsublarını şərəfsizin-şərəfsizi adlandırır, qovub çıxartmaqla hədələyir. Yaxşı ki, dövlət qəzetləri, TV-lər buna xidmət etmir. Öz gözündə tiri görmür, hətta RİH mənsublarını, RİH-nin birinci müavinini, YAP RT-nin sədrini şeytan adlandırmaqdan çəkinmir.


Hörmətli Mehriban xanım! İnanıram ki, bu dəfəki şikayətimdən sonra məni də mərhum Həsən İbrahimovun aqibəti gözləyir. Geri çəkilən deyiləm, sonuncu ümidim Sizsiniz. Həsənin anası da Sizə 07.03.2017-ci ildə məktub göndərərək, kömək etməyinizi, yeganə, ali təhsilli oğluna, poliqlota iş istəmişdi. Çox güman ki, məktub Sizə verilməyib. 13 gün sonra qətl olundular. Müamma isə məni üzür, yaşamaq gözümdə ölüb. Yalnız Sizə ümidim kəsilməyib. Baş nazirin müavini Əli Əhmədov ötən ay demişdi ki, “Bəzi sahibkarlar vicdan hissini itiriblər". Amma bəziləri yox, çoxları belədir. Gözümlə görmüşəm ki, referendium ərəfəsi deputat Əsabil Qasımovdan əlillər, qazilər, şəhid anaları kömək istəyəndə onları qovublar. Ə.Qasımovu,başçı V.Haciyev kütlənin əlindən güclə alıb. Qazilərdən ikisi İsa Arif oğlu dünyasını məhrumiyyətlər içində dəyişib. Mətbuatda çıxışlarım olub, bu məsələləri işıqlandırmışam.

Yalavac kənd Bələdiyyə sədri Qəhrəman Qəhrəmanovu 11.04.17-ci ildə harın sahibkar S.Səmədovun reket qardaşı Vahab Səmədov bədən xəsarəti yetirərək xəstəxanalıq etdi. Hüquq- mühafizə orqanlarının rəhbərləri Q.Qəhrəmanovu dəvət edib, ərizəsini geri götürtdülər, axı S.Səmədov onların pul kisəsidir, xüsusilə məhkəmə sədri S.Səmədova xidmət edir. 03 May 2017-ci il Şirvan Apelliyasiya məhkəməsində S.Səmədovun dəstəyi ilə seçilmiş keçmiş şəhər Bələdiyyə sədri təzə Bələdiyyə (şəhər) sədri Mehman İsmayılova bədən xəsarəti yetirib. Şəhər Bələdiyyə sədri M.İsmayılov Şirvan polisinə və ekspertə müraciət edib. Bu adamlar şəhər Bələdiyyəsinə 130 min manat vergi ödəməyib, üstəlik vergini tələb edən sədri sındırmaq istəyiblər. M.İsmayılov Prezidentə teleqramla müraciət edib. Keçmiş sədr İftixar Mirzəyev ümidlidir ki, başçını devirəcəklər. Tövlədə yaşamağa haqqı olmayanlar bir illik AXC hakimiyyəti dövrü ağla sığmaz varidat qazandılar. Mərhum Prezident, siyasət korifeyi Heydər Əliyevin dövründə isə maskalanmağı bacardılar, ölkə vətəndaş müharibəsi həddində idi deyə bu xain zümrə unuduldu. Görün bu adamların mənəvi-əxlaqi çərçivəsi nə həddədir ki, mənə öz əxlaqlarına uyğun söyüş söyür, mesajlar göndərirlər.


S.Səmədovun məndən gözlədiyi başçı V.Hacıyevin əleyhinə mətbuata çıxışım idi. Bircə kəlmə çatdırdım “Mənim sifarişli yazılarımı, şantaj-böhtanımı görübmü?” Başçını çox tənqid etmişəm, səmimi qəbul edib. S.Səmədovun sonu 303 olan onlarla son model "inomarka" avtomobilləri İmişlilərin gözünü deşir, həqarəti, tərbiyəsiz rəftarı səbəbindən ən azı 3 katibə qaçıb, açılmayan faktları sadalamaq boyun borcuma çevrilib. Mafianın xalqı, milləti, dövləti olmur, mafioz maraqları olur. Onu müdafiə edən yuxarı eşalona sözüm odur ki, belə birisini bu səviyyəyə gətirməyinizin bir sonu olmalıdır.

Cənab birinci vitse-Prezident! Mən Həsən İbrahimovla, mərhum anasının 40 mərasimini onların ruhuna görə gözlədim. “Gündəm- Xəbər” qəzetində 08.03.2017-ci ildə S.Səmədov kimiləri tənqid etmişdim.Sonda, bütün problemləri birinci vitse-prezidentin yoluna qoyacağına inandığımı ifadə etmişdim. Bəs məni niyə cəzalandırmaq istədilər?? Sizdən müraciətimin araşdırılmasını xahiş edirəm. Dövlət rəsmilərinin S.Səmədovu ciddi müdafiə etmələrinin arxasında kim durur, bunun da araşdırılmasını xahiş edirəm.

"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Jurnalist Ramin Məhəmmədoğlu MTN-ə müraciət etdi

    Jurnalist Ramin Məhəmmədoğlu MTN-ə müraciət etdi ...

    10-12-2014, 00:02

  • 
  • İmişli mafiyası jurnalisti təqib edir

    İmişli mafiyası jurnalisti təqib edir ...

    24-01-2017, 12:33

  • 
  • Bakıda jurnalist bıçaqlandı

    Bakıda jurnalist bıçaqlandı ...

    2-07-2016, 00:02

  • 
  • Rəis müavini rəsmi icazə verilən tədbiri pozdu

    Rəis müavini rəsmi icazə verilən tədbiri pozdu ...

    2-09-2016, 12:37

  • 
  • Prezident Nicat Dağların müalicəsini öz üzərinə götürdü

    Prezident Nicat Dağların müalicəsini öz üzərinə ...

    10-07-2013, 22:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
https://betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu