Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Ali Məclisin əməkdaşının vəzifə səlahiyyətlərini aşdığına görə həbs edilməsiylə bağlı bəzi saytlarda yayılan məlumata münasibət bildirib.
B. Əsgərov məlumatın tamamilə yalan olduğunu vurğulayıb. O qeyd edib ki, dünyanın koronavirusla mübarizə apardıģı həssas dövrdə bu cür uydurma və heç bir əsası olmayan məlumatların qəsdən yayılması təkcə məsuliyyətsizlik yox, həm də ağılsızlıqdır:
“Tam məsuliyyətlə qeyd edirəm ki, muxtar respublika bütün sahələrdə öz dinamik inkişafı və dəyişməz mövqeyi ilə həmişə doģru və düzgün informasiyaya dəstəyini ifadə edib”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?