GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Masallı Məhkəməsi keçmiş icra başçısının sifarişi əsasında qərar çıxardı - Baş redaktor narazıdır

Masallı Məhkəməsi keçmiş icra başçısının sifarişi əsasında qərar çıxardı - Baş redaktor narazıdır

Tarix: 27-03-2023, 16:34 Bölmə :Bölgə Baxış: 284

Masallı rayon Məhkəməsində hakim Ceyhun Quliyevin sədrliyi ilə Ağcəbədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Asiya.az xəbər portalına qarşı iddiası əsasında məhkəmə prosesi başa çatıb. Ağcəbədinin hazırki, Masallının isə sabiq icra başçısı işgüzar nüfuzuna zərər gəldiyini iddia edərək, məhkəmədən Asiya.az portalından 10 min manat vəsaitin onun xeyrinə tutulmasını və təkzib verilməsini tələb edib. Məhkəmə isə iddia əsasında Asiya.az portalının 500 manat tutularaq iddiaçı tərəfi ödənilıməsi və təkzib verilməsi barədə qərar çıxarıb.

Məhkəmə istintaqının yekunları ilə bağlı təəssüratlarını bölüşən Asiya.az xəbər portalının baş redaktoru Cəfər Cəfərov bildirib ki, məhkəmə birtərəfli qaydada hökm çıxarıb: “Hakim “Media haqqında” Azərbaycan Respublikasının qanununun tələblərini nəzərə alaraq, işə baxmalı olsa da, bu qanun barədə ümumiyyətlə məlumatsız olub. Bu səbəbdən subyektiv fərziyyələr və qarşı tərəfin mövqeyindən çıxış edərək qərar çıxarıb. Bunun da əsas səbəbi Rafil Hüseynovun Ağcəbədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışması, vaxtilə Masallı rayonuna rəhbərlik etməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, məhkəməyə təzyiq etməsi ilə bağlıdır”.

C. Cəfərov vurğulayır ki, ötən ilin noyabr ayında rəhbəri olduğu saytda Rafil Hüseynovun Masallıya rəhbərlik etdiyi dövrdə yol verdiyi nöqsanlardan bəhs edən müəllif yazısı hazırlanıb: “06.11.2022-ci il tarixində “ Rafil Hüseynovun aldatdığı, Şahin Məmmədovun göz yumduğu sahibkarın obyekti söküldü – VİDEO/FOTOLAR " başlıqlı məqalə dərc edilib. Müəllifi olduğum həmin məqalədə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun sələflərinin qanunsuz tikililərə göz yummasının qarşısını alması, qeyri-qanuni tikilinin sökülməsi ilə bağlı qərarından bəhs edilir. Məqalədə qeyd olunur ki, sahibkarın qanunsuz əməllərinə göz yuman, onu şirikləndirən Şahin Məmmədov yox, ondan öncə rayona rəhbərlik edən Rafil Hüseynov olub. Əldə etdiyimiz məlumata görə, hazırda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı olan Rafil Hüseynov iş adamı Azər İsmayılova rayonun Heydər Əliyev prospektində 60 min manata torpaq sahəsi satıb. Qanuni sahibi başqası olan həmin torpaq sahəsini Rafil Hüseynov iş adamına verib. Daha doğrusu onu aldadaraq pulunu mənimsəyib. Bu hadisənin baş verdiyi dövrdə Rafil Hüseynov Ağcabədiyə, Şahin Məmmədov isə Masallıya icra başçısı təyin edilir. Yəni, yerdəyişmə edilir. Həmin torpaq sahəsinin qanuni sahibinin oğlu isə Vətən müharibəsində iştirak edən qazidir. Qazi atasından torpaq ala bilməyəcəyini görən iş adamı Azər İsmayılov Rafil Hüseynovun yaxasından yapışır. Vəziyyətin pisləşdiyini görən Rafil Hüseynov qohumu, həmyerlisi Şahin Məmmədova Azər İsmayılov üçün güzəştə getməsini xahiş edir. “Ara xəlvət, tülkü bəy” prinsipləri ilə yaşayan Azər İsmayılov şəhərin mərkəzində yaşıllıqları məhv edərək, sözügedən obyekti tikir. Bu barədə adıçəkilən məqalədə ətraflı bəhs olunur”.
İttihamlara aydınlıq gətirmək və törətdiyi qanunsuz əməli etiraf etmək əvəzinə, Rafil Hüseynov çıxış yolunu informasiya resursunu məhkəməyə verməkdə görür: “O, məhkəmədən şərəf və ləyaqətinin alçaldılmasını, işgüzar nüfuzunun ləkələnməsini, pozulmuş hüquqlarının bərpa olunmasını və təkzib verərək üzr istəməyimi, mənəvi zərərə görə 10 min manat maddi təzminat ödəməyimi, habelə maddi ziyanın məndən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. İşə Masallı Rayon Məhkəməsinin hakimi Ceyhun Quliyevin sədrliyilə baxıldı. İlk məhkəmə prosesindən hakimin media qanunlarından xəbərsiz olduğu, prosesə sifarişli yanaşdığı aydın görünürdü. Belə ki, mən vəsadət verərək hakimdən şəffaflıq xatirinə məhkəmə proseslərində video qeydiyyat aparmağımı və maddi imkanım olmadığı üçün dövlət hesabına vəkillə təmin olmağımı istədim.  Hər iki vəsadətim heç bir səbəb göstərilmədən hakim tərəfindən təmin edilmədi”. 

“Məhkəmə prosesində sözügedən məqalənin hazırlanmasında qərəzsiz olduğumu, informasiyanın ilk mənbəyinin “Asiya.az” xəbər portalının olmadığını, başqa saytlardan götürdüyümü bildirdim. Xəbərdə iddiaçı tərəf olan Rafil Hüseynovun adı keçən hissə 18.09.2022-ci il tarixində " Masallıda başçının birinci müavin getdi, bəs qanunsuz obyekt nə olacaq? ” başlığı ilə “Regionxeberlericom.az” və başqa bir neçə xəbər saytında yayımlandığını bildirdim.  Bundan əlavə obyekti sökülən sahibkar Azər İsmayılovun Masallı rayonunun sabiq icra başçısı Rafil Hüseynov tərəfindən aldadıldığını şəxsən sahibkarın özündən eşitdiyimi məhkəmə ifadəmdə qeyd etdim. Bütün bunlara baxmayaraq, məhkəmə məqaləyə təkzib verməyim və 500 manat iddiaçıya kompensasiya ödəməyim barədə qərar çıxardı. Bütün bunlar bir daha göstərir ki, məhkəmələr müstəqil deyil və sifarişlə işləyirlər. Belə olmasaydı, rəhbərliyi dövründə Masallıda böyük qanunsuzluqlara imza atmış sabiq icra başçısı Rafil Hüseynovun sifarişi ilə qərəzli hökm  çıxarılmazdı” – Cəfərov söyləyir.

Əlavə edir ki, hökmdən appelyasiya şikayəti veriləcək: “Masallı rayon Məhkəməsinin hakimi Ceyhun Quliyevin əsassız hökmü ilə barışmaq niyyətində deyilik. Hüquqi müstəvidə mübarizəmizi sona qədər davam etdirəcəyik. Sifarişli qərar çıxaran hakim Ceyhun Quliyevin hüquqi fəaliyyətinə qiymət verilməsi üçün Məhkəmə-Hüquq Şürasına müraciət edəcəyik” – deyə Cəfər Cəfərov fikrini yekunlaşdırır.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra başçısı qadını həbs etdirdi

    İcra başçısı qadını həbs etdirdi ...

    7-12-2012, 15:31

  • 
  • Jurnalist prezidentə yazdığı üçün Masallının icra başçısı tərəfindən məhkəməyə verildi

    Jurnalist prezidentə yazdığı üçün Masallının icra ...

    12-11-2019, 21:23

  • 
  • ​Sabiq icra başçısı məhkəmədən azadlığa buraxıldı - bir müddət əvvəl həbs edilmişdi

    ​Sabiq icra başçısı məhkəmədən azadlığa buraxıldı ...

    27-04-2019, 00:06

  • 
  • Kürdəmir rayonunun icra başçısı həbs edildi- Məhkəmə qərarı

    Kürdəmir rayonunun icra başçısı həbs edildi- ...

    20-08-2020, 13:59

  • 
  • Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın əleyhinə qərar çıxardı

    Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın ...

    30-05-2013, 14:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu