GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Qovlar şəhərinin 30 min nəfər sakininə bir ədəd təcili-tibbi yardım maşını xidmət göstərir -PROBLEM

Qovlar şəhərinin 30 min nəfər sakininə bir ədəd təcili-tibbi yardım maşını xidmət göstərir -PROBLEM

Tarix: 31-05-2024, 17:24 Bölmə :Bölgə Baxış: 222


Xeyli müddətdir ki, Tovuz rayonu, Qovlar şəhəri, Şəhriyar küçəsi-13 ünvanında yerləşən və 1971-ci ildə istifadəyə verildiyi bildirilən Cəlal Əhmədov adına Qovlar Şəhər Xəstəxanasında yaşanan dözülməz vəziyyətin varlığı, bu gün də geniş ictimaiyyəti düşündürən əsas məsələlərdəndir.


Gundemxeber.az qerar.az-a istinadla bildirir ki, baxmayaraq ki, təqribən 30 min nəfərin yaşadığı Qovlar şəhər sakinlərinin üzüzə qaldıqları tibbi xidmət problemi ilə bağlı bu günə kimi ayrı-ayrı xəbər portallarında, sosial şəbəkələrdə və s. silsilə tənqidi yazılar yayımlansa da, hələ də problem həll olunmur ki, olunmur. Niyə, nəyə görə və səbəb nədir? Qeyd edək ki, Tovuzda sakinlərin sayının təqribən 187 min nəfər olduğu bildirilir və bu qədər əhalinin 90-100 min nəfərindən çoxu Qovlar şəhərində və ətraf kəndlərdə yaşayırlar. Yəni, hal-hazırda Qovlar şəhərinə yaxın ərazilərdə, o cümlədən Zəyəm çayı boyunca, Əsrik dərəsində, Şəmkirin Tovuz rayonuna yaxın kəndlərində yaşayan sakinlər də, Qovlar Şəhər Ailə Sağlamlıq Mərkəzi Xəstəxanasından istifadə etməli olurlar. Faciə odur ki, bu xəstəxanada adicə rentgen aparatı yoxdur və bu qədər əhaliyə cəmi bir ədəd təcili-tibbi yardım maşını xidmət göstərir.

Qovlar şəhərinin 30 min nəfər sakininə bir ədəd təcili-tibbi yardım maşını xidmət göstərir -PROBLEM

Diqqət yetirmək lazımdır ki, bu cür halların varlığı uzun illər ərzində rayonun səhiyyə şöbəsinə rəhbərlik edən Paşa Muradovu heç də narahat etmir. Qovlar Şəhər Xəstəxanasına məxsus binaların, iş otaqlarının bərbad görkəmdə olması, divarların uçub-dağılması, qapı-pəncərələrin sınıq-salxaq vəziyyətə düşməsi və s. onu söyləməyə əsas verir ki, Tovuz səhiyyəsinə rəhbərlik edən şəxsi sakinlərin taleyi düşündürmür. Qeyd edək ki, ötən onilliklər ərzində bu xəstəxananın divarları, tavan hissələri, döşəmələri, qapıları, pəncərələri və s. olduqca yararsız vəziyyətə düşdüyündən, artıq bəzi otaqlar uçmaq təhlükəsi ilə üz-üzə qalmışdır. Bir sözlə, Qovlar Şəhər Xəstəxanasında hansısa xəstənin müayinə, yaxud da müalicə olunmasının özü müşkül məsələdir. Buna əsas olan səbəblərdən biri, xəstəxanada hər cür antisanitariyanın, hər cür natəmizlik hallarının hökm sürməsidir. Xəstəxananın doğum şöbəsində də dözülməz vəziyyət yaşanır. Adicə bu şöbədə bir nəfər olsun belə ginekoloq həkim çalışmır, şöbənin otaqlarında bir nəfər də xəstə tapmaq mümkün olmur. Əgər rayonun səhiyyə şöbəsinə rəhbərlik edən şəxsi sakinlərin taleyi az-çox maraqlandırsaydı, yəqin ki, o halda o, indiyə kimi mövcud problemlərin varlığını aidiyyatı dövlət qurumlarının qarşısında qaldırardı. Deməli, ...

Qovlar şəhərinin 30 min nəfər sakininə bir ədəd təcili-tibbi yardım maşını xidmət göstərir -PROBLEM

Diqqət yetirmək lazımdır ki, hal-hazırda istər Qovlar şəhəri ərazisində, istərsə də ətraf kəndlərdə səhhətində ciddi problemləri olan yaşlı insanlar, Qarabağ müharibəsində iştirak edib bədənlərinin müxtəlif nahiyələrindən travma alan neçə-neçə qazilər, əlillər və s. yaşayırlar. Həmin şəxslərin səhhətində problemlər özünü göstərməyə başlayarkən, söz yox ki, onların həkim köməyinə ehtiyacı duyulur. 

O halda sual oluna bilər ki, bir ədəd təcili-tibbi yardım maşını bu qədər insanların tibbi ehtiyaclarını ödəyə bilərmi? Əlbəttə ki, yox! Qeyd edək ki, 07 mart 2012-ci il tarixdə Qovlara şəhər statusu verilib və hal-hazırda Qovlar Şəhər Xəstəxanasının ümumi görkəmi, sanki ötən əsrin 60-70-ci illərindəki səhiyyə müəssisələrini xatırladır. Faktdır ki, son illər ölkəmizin şəhər və rayonlarının ən ucqar kəndlərində səhiyyə ocaqları ya təmir olunur, ya da ki, yenidən qurulur. Bütün bunlara baxmayaraq, nə səbəbdirsə Qovlar Şəhər Xəstəxanasının “bəxti açılmır”.

Qovlar şəhərinin 30 min nəfər sakininə bir ədəd təcili-tibbi yardım maşını xidmət göstərir -PROBLEM

Onu da bildirək ki, bu səhiyyə müəssisəsində yaşanan acınacaqlı durumun varlığını, ələlxüsus 30 min nəfər sakinə cəmi bir ədəd təcili tibbi-yardım maşınının xidmət göstərməsi faktı ilə bağlı, qerar.az xəbər portalının redaksiyasından “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinə ünvanladığımız məktuba (№18-1/2-3876/2024) 06 may 2024-cü il tarixdə cavab verilmişdir. Qurumun ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə xanım Ədilovanın imzası ilə təsdiq olunmuş cavab məktubunda “Sorğunuza cavab olaraq bildiririk ki, Tovuz rayonu, Qovlar şəhərində yerləşən Qovlar Şəhər Ailə Sağlamlıq Mərkəzinin əsaslı təmiri və yeni avadanlıqlarla təmin olunması ilə əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə müraciət göndərilmişdir” deyə qeyd olunub. Belə bir cavab məktubunun verilməsi onu sübut edir ki, deməli TƏBİBin rəhbər şəxsləri də Qovlar Şəhər Xəstəxanasındakı real vəziyyət barədə məlumatlıdırlar ki, onlar belə bir addımlarını atırlar.

Qovlar şəhərinin 30 min nəfər sakininə bir ədəd təcili-tibbi yardım maşını xidmət göstərir -PROBLEM

Ümidvarıq ki, qeyd olunan problemin varlığı bir daha ictimailəşdikdən sonra Səhiyyə Nazirliyinin rəhbər şəxsləri Qovlar şəhər sakinlərinin üzüzə qaldıqları təcili-tibbi yardım maşını ilə bağlı məsələyə daha diqqətlə yanaşacaqlar və bu yöndə lazımi addımlarını da atacaqlar. Yəqin ki, Nazirlik rəsmlərinin verəcəkləri qərar sakinlərə göstərilməli olan tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmağa imkan verəcək. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

]

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yüz min əhalisi olan Qovlar və digər kəndlərə bir ədəd sınıq-salxaq təcili-tibbi yardım maşını xidmət göstərə bilirmi? - RƏZALƏT VİDEO/ FAKTLAR

    Yüz min əhalisi olan Qovlar və digər kəndlərə bir ...

    2-04-2024, 00:23

  • 
  • Qovlar şəhər sakinlərindən Prezidentə müraciət-VİDEO

    Qovlar şəhər sakinlərindən Prezidentə ...

    9-01-2020, 15:07

  • 
  • Xaliq müəllimin ayrıseçkiliyi

    Xaliq müəllimin ayrıseçkiliyi ...

    22-04-2016, 21:08

  • 
  • Tovuzda yol tikintisinə 15,8 milyon manat ayrıldı – Sərəncam

    Tovuzda yol tikintisinə 15,8 milyon manat ayrıldı ...

    4-03-2020, 17:43

  • 
  • Gənc nazirimizin buralardan XƏBƏRİ VARMI? - VİDEOFAKT

    Gənc nazirimizin buralardan XƏBƏRİ VARMI? - ...

    21-06-2021, 12:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu