GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Yüz min əhalisi olan Qovlar və digər kəndlərə bir ədəd sınıq-salxaq təcili-tibbi yardım maşını xidmət göstərə bilirmi? - RƏZALƏT VİDEO/ FAKTLAR

Yüz min əhalisi olan Qovlar və digər kəndlərə bir ədəd sınıq-salxaq təcili-tibbi yardım maşını xidmət göstərə bilirmi? - RƏZALƏT VİDEO/ FAKTLAR

Tarix: 2-04-2024, 00:23 Bölmə :Cəmiyyət Baxış: 342

Uzun müddətdir ki, Tovuz rayonunun səhiyyə müəssisələrində yaşanan problemlərin, baş verən çoxsaylı qanunsuzluqların, olmazın həngamələrin və s. nə həddi, nə də ki, hüdudu bilinir.


Yəni, rayon sakinlərinin tam əksəriyyəti o halın varlığına narazılıq edirlər ki, nəyə görə qəbul olunmuş qanunlar Tovuz səhiyyəsində kağız üzərində qalır, vətəndaşlara verilmiş imtiyazlar, əksər ixtiyarlar, bir çox təminolunmalar boş-boş vədlərdən başqa bir şey olmur?. Adicə bir faktı qeyd edək ki, 1971-ci ildə istifadəyə verildiyi bildirilən və Qovlar şəhəri, Şəhriyar küçəsi-13 ünvanında yerləşən Cəlal Əhmədov adına Qovlar Şəhər Xəstəxanası, hal-hazırda ölkəmizin ən bərbad, ən biabırçı səhiyyə müəssisələrindən biri hesab olunur. Gundemxeber.Az bildirir ki, bütün bunlar haqda qerar.az-ın redaksiyasına Tovuz rayonu, Qovlar şəhəri, Mehdi Hüseyn küçəsi, ev-29 ünvanında yaşayan Abbasova Şəlfinaz Qəzənfər qızının, həmçinin adı çəkilən bu küçədə yaşayan Qarabağ müharibəsi qaziləri Hüseynov Rəfayıl Musa oğlunun, Orucov Ruslan Eldar oğlunun və diğər sakinlərin çatdırdıqları məlumatlarda bildirilir ki, təqribən 30 min nəfər şəxsin yaşadığı Qovlar şəhəri ərazisində fəaliyyət göstərən bu xəstəxanada adicə rentgen aparatı yoxdur.

Qovlar şəhərində və ətraf kəndlərdə yaşayan təqribən 90-100 min nəfər sakinə bir ədəd təcili-tibbi yardım maşını xidmət göstərir-  RƏZALƏT  VİDEO/ FAKTLAR

Verilən statistik məlumatlarda qeyd olunur ki, bu gün Tovuz rayonunda əhalinin sayı 187 min nəfər təşkil edir və bu qədər əhalinin təqribən 90-100 min nəfərindən çoxu Qovlar şəhərində və ətraf kəndlərdə yaşayırlar. Yəni, hal-hazırda Qovlar şəhərinə yaxın ərazilərdə, o cümlədən Zəyəm çayı boyunca və Əsrik dərəsində, hətta Şəmkir rayonunun Tovuz rayonuna yaxın kəndlərində yaşayan sakinlər də, Qovlar Şəhər Ailə Sağlamlıq Mərkəzi Xəstəxanasından istifadə etməyə məcbur olurlar. Faciə odur ki, hal-hazırda 21-ci əsrin olmasına baxmayaraq, bu xəstəxananın ümumi görkəmi və burada olan dözülməz şəraitin varlığı, sanki Qovlar Şəhər Ailə Sağlamlıq Mərkəzi Xəstəxanasını ötən əsrin 60-cı, 70-ci illərinin səhiyyə müəssisələrinə bənzədir. Bir sözlə, adamın bu səhiyyə müəssisəsinə xəstəxana deməyə dili gəlmir.

Qovlar şəhərində və ətraf kəndlərdə yaşayan təqribən 90-100 min nəfər sakinə bir ədəd təcili-tibbi yardım maşını xidmət göstərir-  RƏZALƏT  VİDEO/ FAKTLAR

Qeyd edək ki, Qovlar Şəhər Ailə Sağlamlıq Mərkəzi Xəstəxanasının birinci mərtəbəsini, bir müddət bundan əvvəl bu səhiyyə müəssisəsinin baş həkimi Tofiq Hüseynov, texniki işçilər, tibb bacıları, həkimlər şəxsi vəsaitləri hesabına bir qədər təmir etdirirlər. Bundan əlavə, hər həkim öz iş otağını da şəxsi vəsaiti hesabına müəyyən qədər qaydaya saldırır. Bütün bunlara baxmayaraq, adı çəkilən bu səhiyyə müəssisəsinin divarları, tavan hissələri, döşəmələri, qapıları, pəncərələri və s. olduqca yararsız vəziyyətdədir. Xəstəxananın ikinci mərtəbəsi isə, böyük bir klidlə bağlanıb və həmin klidi açmaq qeyri-mümkündür. Diqqət yetirmək lazımdır ki, təqribən 90-100 min nəfər sakinə bu gün cəmi bir ədəd təcili-tibbi yardım maşını xidmət göstərir. Əslində, belə bir halın varlığı bənzəri olmayan biabırçılıqdır. Çünki, bu qədər əhaliyə cəmi bir ədəd təcili-tibbi yardım maşınının xidmət göstərməsi, əhalinin bugünkü tələbatını heç cür ödəyə bilmir. Buna əsas səbəb, ərazinin olduqca böyük və əhalinin sayca çox olmasıdır.

Qovlar şəhərində və ətraf kəndlərdə yaşayan təqribən 90-100 min nəfər sakinə bir ədəd təcili-tibbi yardım maşını xidmət göstərir-  RƏZALƏT  VİDEO/ FAKTLAR

Əgər hansısa şəxsin səhhətində müəyyən problem yaşanarsa, o halda həkimlər vaxtında çağırış üzrə ünvana çata bilmirlər. Tovuz MRX-da isə cəmi altı ədəd təcili-tibbi yardım maşınının olduğu bildirilir. Elə hallar da olub ki, həkim bir çağırışdan çıxıb digər çağırışa çata bilməyib və belə bir səbəbdən də, xəstə kömək göstərilmədiyindən rəhmətə gedib. Sonda da xəstənin sahibləri hirsləndiklərindən həkimi döyməli olublar. Ümumiyyətlə, bu cür halların təkrar baş verməməsi üçün Qovlar Şəhər Ailə Sağlamlıq Mərkəzinə əlavə üç-dörd ədəd təcili-tibbi yardım maşını verilməlidir ki, təqribən 90-100 min nəfər sakinin bu yöndə tələbatını ödəmək mümkün olsun. Əgər yaxın vaxtlarda lazımi addımlar atılmazsa, yəqin ki, o halda ərazidə baş verən ölüm hallarının sayı çox olacaq. Diqqət yetirmək lazımdır ki, istər Qovlar şəhərində, istərsə də ətraf kəndlərdə səhhətində ciddi problemləri olan yaşlı insanlar yaşayırlar, Qarabağ müharibəsində iştirak edib travma alan neçə-neçə qazilər, əlillər və s. var. Bir sözlə, həmin şəxslərin səhhətindəki problemlər özünü göstərməyə başlayarkən, onların həkim köməyinə ehtiyacı yaranır. Sual oluna bilər ki, belə olan halda bir ədəd təcili-tibbi yardım maşını bu qədər insanın ehtiyacını ödəyə bilərmi? Əlbəttə ki, yox! Ümumiyyətlə, Qovlar Şəhər Xəstəxanası bu gün elə bərbad, yarasız haldadır ki, bu səhiyyə müəssisəsində hansısa xəstənin müayinə, yaxud da müalicə olunmasının özü müşkül məsələdir. Çünki, bu xəstəxanada hər cür antisanitariya, hər cür natəmizlik halları hökm sürür. O halda ortaya belə bir sual çıxır ki, görəsən ötən yarım əsr ərzində bu xəstəxananın təmirinə büdcədən pul vəsaitləri ayrılmayıbmı ki, Qovlar Şəhər Xəstəxanası belə bir durumdadır? Ayrılıbsa, niyə təmir olunmayıb? Yaxud da, ayrılmış vəsaitlər hara “qeybə çəkilib?”. Deməli, bunların araşdırılmasına ciddi ehtiyac var.

Qovlar şəhərində və ətraf kəndlərdə yaşayan təqribən 90-100 min nəfər sakinə bir ədəd təcili-tibbi yardım maşını xidmət göstərir-  RƏZALƏT  VİDEO/ FAKTLAR

Diqqəti cəlb edən hallardan biri də odur ki, Qovlar Şəhər Xəstəxanasının digər şöbələrində olduğu kimi, doğum şöbəsində də olduqca acınacaqlı vəziyyət hökm sürməkdədir. Yəni çatdırılan məlumatlara görə, bu şöbədə bir nəfər olsun belə ginekoloq həkim çalışmır. Ona görə də, doğum şöbəsinin otaqlarında hansısa xəstəni tapmaq mümkün deyil. Təəssüflər olsun ki, bu cür halların varlığı, hələ də MRX-nın rəhbər şəxslərini heç də narahat etmir. Bu xəstəxanaya məxsus binaların və iş otaqlarının bərbad halda olması, divarların uçub-dağılması, qapı-pəncərələrin sınıq-salxaq vəziyyətə düşməsi, həyət-bacanın natəmiz saxlanması və s. onu göstərir ki, ötən illər ərzində Tovuz səhiyyəsinə rəhbərlik edənləri Qovlar şəhərində və ətraf ərazilərdə yaşayan sakinlərin taleyi heç də maraqlandırmayıb.

Qovlar şəhərində və ətraf kəndlərdə yaşayan təqribən 90-100 min nəfər sakinə bir ədəd təcili-tibbi yardım maşını xidmət göstərir-  RƏZALƏT  VİDEO/ FAKTLAR

Bütün bunlar onu söyləməyə əsas verir ki, Tovuzun səhiyyə şöbəsinə rəhbərlik edənlərin əməllərinə hüquqi qiymət verməyin zamanı çoxdan çatıb. Düşünürük ki, əgər bu yöndə lazımi araşdırmalar aparılarsa və müəyyən həqiqətlər ortaya çıxarılarsa, o halda hər kəs, o cümlədən TƏBİB-in İcraçı direktoru cənab Vüqar Qurbanov da, Tovuzun səhiyyə müəssisələrində, ələlxüsus Qovlar Şəhər Xəstəxanasında yaşanan acınacaqlı durumun varlığından lazımınca xəbərdar olacaq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Bu yöndə araşdırmalarımız davam edəcək. Bizi izləyin.

]


GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qovlar Şəhər Xəstəxanasındakı dözülməz vəziyyət ağxalatlıları da “ayağa qaldırdı”- ŞOK FAKTLAR/VİDEO

    Qovlar Şəhər Xəstəxanasındakı dözülməz vəziyyət ...

    18-06-2021, 14:01

  • 
  • Xaliq müəllimin ayrıseçkiliyi

    Xaliq müəllimin ayrıseçkiliyi ...

    22-04-2016, 21:08

  • 
  • Qovlar şəhər sakinlərindən Prezidentə müraciət-VİDEO

    Qovlar şəhər sakinlərindən Prezidentə ...

    9-01-2020, 15:07

  • 
  • Bərdə səhiyyəsində “bataqlıq”

    Bərdə səhiyyəsində “bataqlıq” ...

    3-05-2016, 18:58

  • 
  • Bərdə səhiyyəsində “bataqlıq”

    Bərdə səhiyyəsində “bataqlıq” ...

    29-04-2016, 17:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu