Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təsdirləndirilən 1968-ci il təvəllüdlü Mahir Əmrahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Mahir Əmrahov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Mahir Əmrahovun dələduzluq etdiyi şəxslərdən biri Bakı Dövlət Universitetinin fəlsəfə üzrə dosenti Rəcəbəli Əliyev olub. Rəcəbəli Əliyev bacısının Maştağada olan 48 sot torpaq sahəsinin sənədləşdirilməsi üçün 14 min 500 manat verib. Digər zərərçəkmiş isə BDU-nun müəllim Nazim Ağayevdir. Müəllim 7950 manat verərək Nərimanov rayonundakı mağazasının sənədləşdirilməsini istəyib. Amma Mahir Əmrahov bu pulu dələduzluq yolu ilə ələ keçirib.
Digər zərərçəkmiş Rzayev Tahirdir. O, Ramanada olan torpaq sahəsinin sənədləşdirilməsi üçün Mahur Əmrahova 7845 manat verib. Zərərçəkmiş Nizami Məmmədov isə Nizami rayonunda olan moykanın sənədləşdirlməsi üçün 2 min manat verib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?