GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qusma, ishal və ölüm təhlükəsi- Rotavirusdan necə qorunaq?

Qusma, ishal və ölüm təhlükəsi- Rotavirusdan necə qorunaq?

Tarix: 25-06-2017, 13:04 Bölmə :Cəmiyyət Baxış: 492
Qusma, ishal və ölüm təhlükəsi- Rotavirusdan necə qorunaq?


“Dünyada uşaq ölümlərinin 5%-i rotavirus yoluxmaları nəticəsində baş verir”.

Bunu Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Lalə Rüstəmova deyib.

Onun sözlərinə görə, rotavirus bağırsaq infeksiyası olsa da, burada əsasən hava damcı yolu yoluxma baş verir: “Ona görə də bir çox xəstələrdə ilkin olaraq kataral əlamətlərlə başlayır və daha sonra bağırsaq əlamətlərinə keçir. Ailə üzvləri uşaqda zökəm, az-az quru öskürək, dəridə müəyyən səpgilər, bronxlarda xırıltı və xışıltı müşahidə edə bilərlər. Bunlar özü də məhz bağırsaq infeksiyasının başlanması üçün siqnal xarakterli ola bilər. Yəni bütün bunlar başlanğıc üçün ilkin əlamətlər sayılır. Bu həmin virusun spesifik göstəricisidir. Bütün bu əlamətlər başqa bağırsaq infeksiyalarında olmaya da bilər”.

Mütəxəssis deyib ki, konkret olaraq rotavirusun yay və yaxud digər mövsümlə bağlı olan infeksiya olduğunu demək olmaz:

“Əslində epidemioloji xüsusiyyətləri ilə bu virusun payız-qış və yaxud qış-yazda daha çox yayıldığı qeyd olunur. Xalq arasında belə bir fikir var ki, virus qışda daha çox yayılır. Əslində isə elə deyil. Bəzi viruslar, məsələn, bağırsaq virusları konkret yay mövsümündə daha çox yayılır. Amma mövsümün iqlim xüsusiyyətləri dəyişə, uzana da bilər. Məsələn, temperatur, mövsüm uzun zaman davam edə bilər. Digər tərəfdən, epidemioloji xüsusiyyəti nəzərə almaq lazımdır. Məsələn, bu virusun daha çox su ilə yayılması halını qeyd etmək olar. Çirkab sularında olan rotavirusların miqdarı, yaxud konsentrasiyasının göstəricisi, özü elə epidemioloji göstrəricidir”.

Pediatr, Mərkəzi Klinik Xəstəxananın həkimi Sevinc Abdullayeva son zamanlar qusma, ishal, bağırsaq infeksiyaları ilə bağlı müraciətlərə çox rast gəlindiyini deyib. Onun sözlərinə görə, əksər hallarda bunun rotavirus infeksiyaları ilə bağlı olduğu təsdiqlənir.

Həkim qeyd edib ki, laborator analizlərə qədər, şikayətlər əsasında bağırsaq roravirus infeksiyasının əlamətlərini ayırd etmək mümkündür: “Uşaqlarda qeydə alınan əlamətlər bizim üçün önəmlidir. Bu virusla bağlı yaş qrupu da mühüm əhəmiyyət kəsb edir”.

Mütəxəssis vurğulayıb ki, bütün yaşlarda rotavirsla yoluxma qeydə alınsa da, bu virus daha çox beş yaşına qədər uşaqlar arasında geniş yayılır. Amma iki yaşa qədər olan müddətdə bu virusa yoluxma daha təhlükəli hesab olunur. Onun sözlərinə görə, daha azyaşlı dövrdə xəstəlik təhlükəli gedişatla, daha çox su itkisi ilə müşahidə olunur. Xəstəlik zamanı təhlükəlilik də daha çox bununla xarakterizə edilir:

“Hesab olunur ki, 5 yaşına qədər uşaqların əksəriyyəti bu xəstəliyi keçirir. Əgər statistikaya baxsaq, yer kürəsində 5 yaşına qədər 125 milyon uşaq bu virusa yoluxur. Hətta bu virusla bağlı ölüm faizi də çox böyükdür. Burada ölümün səbəbi su itkisidir. Ürək çatışmazlığı, böyrək çatışmazlığı, beyin ölümü və s. hallar su itkisi nəticəsində yaranır”.

Mütəxəssis deyib ki, rotivirus infeksiyasına yoluxma baş veribsə, əlamətlər müşahidə olunursa, xəstəni evdə saxlamaq olmaz, mütləq həkimə müraciət olunmalıdır: “Həkim bədəndəki su itkisinin dərəcəsinə görə xəstənin xəstəxanaya yatırılması, yaxud evə göndərilməsinə qərar verir. Hər bir valideyn bilməlidir ki, uşaqda yüksək qızdırma, ishal və qusma varsa, yaxında olan tibb müəssisəyə müraciət etmək lazımdır”.


Onun sözlərinə görə, ümumiyyətlə, gündə bir neçə dəfə qusma həkimə müraciət üçün şərtdir: “Ciddi bir qusma, yüksək temperatur görürlərsə, bu uşağı mütləq yaxınlıqdakı tibb müəssisəsinə çatdırmaq vacib hesab olunur”.


S. Abdullayeva rotavirusun çox yoluxucu olduğunu vurğulayıb: “Klinik əlamətlər başlamadan 48 saat öncə virus ətrafa yayılmağa başlayır. Bu virus uşağın istifadə etdiyi əşyalarla, oyuncaqlarla, yediyi qidalarla keçir, hava-təmas yolu ilə də digər şəxslərə yayılır. Hətta xəstəxanada uşağa qulluq edən personal da digərlərini yoluxdura bilər. Ona görə istər evdə, istər xəstəxanada virusun digər şəxslərə yoluxmaması üçün sanitar qaydalara diqqət etmək lazımdır. Qapıların dəstəyinə qədər istifadə olunan bütün əşyalar ciddi şəkildə dezinfeksiya olunmalıdır. Bir evdə uşaqda ishal baş verəndə, onu paltarını, yataq dəstlərini hamamda çıxarmaq, dezinfeksiya etmək lazımdır.
Klinik əlamətlər iki gün sonra başlasa belə, xəstənin buna qədər olan müddətdə, iki gün ərzində olduğu evdə, yaxud uşaq kollektivində dezinfeksiya işləri aparmaq lazımdır. Rotavirus infeksiyası varsa, bu, epidemioloji xarakter ala bilər”.

Pediatrın sözlərinə görə, bir dəfə rotavirusa yoluxmaq orqanizmdə qoruyuculuq yaratmır. Yəni dəflərlə bu virusa yoluxmaq mümkündür.
Amma onun sözlərinə görə, bir dəfə vurusa yoluxan şəxsdə növbəti yoluxma zamanı daha yüngül kliniki əlamətlər müşahidə olunur.

Bununla bağlı tətbiq olunan peyvəndlər barədə danışan mütəxəssis hətta onların da qoruyuculuğunun 100 faiz olmadığını qeyd edib. Peyvənd sadəcə, infeksiyanın daha şiddətli gedişatının qarşısını almaq üçündür.

Lalə Rüstəmova rotavirusa qarşı tədbirlər sırasında birinci növbədə içməli su təchizatı şəbəkəsinə, çirkab sularına epidemioloji nəzarətin aparılmasının vacib olduğunu vurğulayıb: “Su təchizatı boruları köhnədirsə, istismar müddəti başa çatıbsa, aidiyyatı qurumlar buna nəzarət etməlidir. Çünki bu, infeksiyaların epidemik alovlanması şəklində meydana çıxmasına səbəb ola bilər”.

Virusoloq deyib ki, rotavirus infeksiyasından əsasən üç meyara görə şübhələnmək olar: “Gündə iki və ya daha artıq qusma halının olması, ishalın üç və ya daha artıq baş verməsi və yüksək temperatur bu infeksiyadan şübhələnməyə əsas verir”.

L. Rüstəmova qeyd edib ki, rotavirus infeksiyası hətta süd məhsulları ilə də yayıla bilər. Çiy, yaxud kifayət qədər qaynanmamış süd məhsulları ilə yoluxma mümkündür.

Mütəxəssis rotavirus infeksiyasında konkret müalicə üsulunun olmadığını, sadəcə, burada həkimin düzgün taktikasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Burada ancaq simptomatik müalicə əsas götürülür”.


S. Abdullayeva valideynlərə müraciət edərək onları virusa yoluxan uşaqları evdə müalicə etməməyə çağırıb: “Ən yanlış addım yoluxan uşaqlara antibiotik preparatları verilməsidir. Burada antibiotikin heç bir rolu yoxdur. Virus infeksiyası zamanı antibiotik verilməməlidir. Belə halda ən mühüm hal bədəndə qusma, ishal nəticəsində itirilən suyun bərpasıdır. İtirilən su nə qədər çoxdursa, deməli, uşağın vəziyyəti bir o qədər ciddidir. Burada yanlış olan hallardan biri valideynlərin həmin anda uşağı qidalandırmağa çalışmalarıdır. Burada qidalandırmaq deyil, su vermək önəmlidir. Təbii ki, sonra fasilələrlə uşağı qidalandırmaq, kaliumla zəngin qidalar vermək lazım gəlir. Amma öncə bədənin su ehtiyatını bərpa etsək böyrəklər zədələnməz, ağırlaşmalar olmaz”.

Rotavirusa yoluxan bütün uşaqlar xəstəxana şəraitində müalicə olunmalıdırmı?

Pediatr deyib ki, bu halda uşaqda yaranan qusma hallarının çoxluğuna görə qərar verilməlidir: “Qusmanın nə qədər şiddətli olduğu önəmli məslədir. Qusma, ishal və qızdırma hər üçü bərabər davam etdiyi zaman məcburən hospitalizasiya mümkündür”.

Pediatr deyib ki, qusma, ishal halları varsa, həkimə qədər ilkin yardım olaraq apteklərdə satılan duzlu sulardan alıb istifadə etmək, fasilələrlə çox da böyük olmayan ölçüdə, qaşıq-qaşıq uşağa içirtmək lazımdır: “Həmin suyu az-az, tez-tez içirtmək, nə səbəbdən olursa-olsun ilk 3 saatda uşağa yemək verməmək lazımdır. Bir gündə iki-üç dəfə qusma, iki dəfə ishal çox ciddi bir su itkisinə səbəb ola bilər. Burada yaş faktoru da önəmlidir”.

Həkim rotavirusa yoluxma zamanı atılan yanlış addımlar barədə də danışıb: “Məsələn, uşaq gündə dəfələrlə ishal olur, üstəlik onu imalə də edirlər. Bu, narahatedici bir faktordur, bəzən bağırsağı belə zədələyə bilirlər”.

Onun sözlərinə görə, yanlış olan addımlardan biri də tez bir zamanda ishalı dayandırmağa çalışmaq, bunun üçün uşağa preparatlar qəbul etdirməkdir: “Əslində ishal dayandırılmamalıdır. Virus bədəndən nəcis vasitəsilə xaric olur. Amma analar ishal tez dayansın deyə təşvişə düşürlər”.

Pediatr onu deyib ki, ishal halında “Tetrasiklin” tipli dərmanların, ümumiyyətlə, antibiotiklərin istifadəsi yolverilməzdir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sumqayıtda zəhərlənən uşaqlarda aşkarlanan virusun adı açıqlandı - Ondan necə qorunaq? - YENİLƏNİB

    Sumqayıtda zəhərlənən uşaqlarda aşkarlanan ...

    12-06-2017, 14:49

  • 
  • Azərbaycanda infeksiya yayıldı: 119 uşaq xəstəxanaya yerləşdirildi

    Azərbaycanda infeksiya yayıldı: 119 uşaq ...

    10-06-2017, 22:30

  • 
  • Kolbasada “bağırsaq çöpü” aşkarlandı

    Kolbasada “bağırsaq çöpü” aşkarlandı ...

    3-02-2014, 16:07

  • 
  • Bağırsaq xərçəngindən necə qorunmaq olar?

    Bağırsaq xərçəngindən necə qorunmaq olar? ...

    9-05-2017, 22:18

  • 
  • Bakı ətrafında onlarla uşağın "yoluxmasının" səbəbi nədir?

    Bakı ətrafında onlarla uşağın ...

    11-06-2017, 21:25


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu