GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Polis narkotik alverçilərini necə ifşa etdi?

Polis narkotik alverçilərini necə ifşa etdi?

Tarix: 20-08-2017, 16:03 Bölmə :Cəmiyyət Baxış: 349
Polis narkotik alverçilərini necə ifşa etdi?


Məhkəmə təqsirli bilinənləri cəzalandırdı, onlardan birinin cəzası aşağı salındı


Narkotik alverində ittiham olunan Qax rayon sakinləri Nurlan Orucov, Nahid Mirzəyev və Eldəniz Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Nahid Mirzəyev satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmək, saxlamaq, daşımaq və sataraq əldə olunacaq gəliri aralarında bərabər bölmək məqsədi ilə əmisi Eldəniz Mirzəyev və tanışı Nurlan Orucov ilə razılığa gəlib. Bu məqsədlə Nahid Mirzəyev istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi külli miqdarda, ümumi təmiz çəkisi - 1015,31 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib. O, həmin narkotik vasitənin 2,15 qramını üstündə saxlayıb, qalan 1013,16 qramını isə bir ədəd sintetik torbada əlində daşımaqla yaşadığı Qax rayonu Zəyəm kəndində yerləşən evinin qarşısına gətirib. Orada əmisi Eldəniz Mirzəyev və tanışı Nurlan Orucovla görüşüblər. Onlar 13 oktyabr 2016-cı il tarixdə dövlət qeydiyyat nişanı və markası məlumolmayan avtomobillə Qax-Zaqatala avtomagistral yolunun Zaqatala rayonunun inzibati ərazisindən keçən giriş hissəsinə gətiriblər.

Bu barədə daxil olmuş məlumat əsasında Qax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı adı çəkilən şəxslər
saxlanılıb. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunublar. Təqsirləndirilən şəxslərin barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Xəqani Səmədovun sədrlik etdiyi kollrgiyada araşdırılıb. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Nurlan Orucov ona qarşı elan edilmiş ittiham üzrə
özünü təqsirli bilib. O, bildirib ki, oktyabrın 12-də səhər saatlarında tanışı Nahid və onun əmisi Eldəniz ilə onların yaşadıqları Qax rayonunun Zəyəm kəndində
görüşüb: “Orada olarkən Nahid bildirdi ki, bir müddət əvvəl Zəyəm kəndində yabanı halda bitmiş nəşə kollarından yığaraq ümumilikdə 1–1,5 kiloqram çəkidə
narkotik vasitə nəşə əldə edib və həmin nəşəni də yığdığı yerdə gizlədib. Nahid dedi ki, əmisi Eldənizlə birgə nəşəni satmaq istəyib, lakin sata bilməyiblər”.
Nurlan Orucov qeyd edib ki, Nahid ona nəşəni satmaq üçün müştəri tapmaqda köməklik etməyi təklif edib: “Əvvəlcə razılaşmasam da, sonradan Nahid əldə olunan
gəlirin 3 yerə bölünəcəyini, mənə də pul verəcəklərini dediyindən razılaşdım. Bildirdim ki, adi halda qara bazarda həmin miqdarda nəşənin qiyməti 6000
manatdır. Ona görə də belə qərara gəldik ki, həmin nəşəni 6000 manata sataq və əldə olunan gəliri də adama iki min manat olmaqla aramızda 3 yerə bölək.
Sonradan özüm də həmin nəşəyə baxdım və yabanı halda olsa da, nəşənin yaxşı olduğunu bildirdim. Təklif etdim ki, Zaqatala rayonunda bu işlərlə məşğul olan adamlar çox olduğundan nəşəni orada sataq”. Təqsirləndirilən şəxsin sözlərinə görə, toplanan nəşəni Zaqatala rayonunda hardasa gizlətmək qərarına gəliblər:
“Nahidgilin Zaqatala rayonu Aşağı Tala kəndində olan məcburi köçkünlər üçün nəzərdə tutulmuş şəhərcikdə evləri olduğundan razılığa gəldik ki, narkotik vasitəni həmin evə apararaq orada saxlayaq. Oktyabrın 13-də, saat 14-15 radələrində Nahidin yaşadığı evin qarşısında görüşərək hər üçümüz yola çıxdıq və taksi ilə Zaqatala
rayonuna getdik. Zaqatala şəhərinin girəcəyində həmin avtomobildən düşdük ki, başqa taksiyə minək. Təxminən 5-10 dəqiqə sonra bizə bir neçə nəfər mülki
geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etdilər və Qax rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirdilər. Polis əməkdaşları bizim narkotik vasitələrin
qanunsuz dövriyyəsi ilə məşğul olmağımız barədə məlumat aldıqlarını söylədilər. Sonra onlarla birgə şöbəyə getməli olduğumuzu bildirdilər. Birlikdə polis
şöbəsinə gəldik. Orada üstümüzə baxış keçirildi, baxış zamanı Eldəniz Mirzəyevin əlində olan bir ədəd ağ rəngli torbanın içərisində bir ədəd qırmızı və bir ədəd
qara rəngli torbada cəmi 1 kiloqrama yaxın narkotik vasitə nəşə aşkar olundu. Nahid Mirzəyevin üstünə baxış keçirilən zaman əynində olan boz rəngli
gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə nəşə aşkar edildi. Bundan sonra aşkar olunmuş narkotik vasitələr qablaşdırıldı və üzəri imzalanaraq
möhürləndi”.
Nurlan Orucov istintaq zamanı verdiyi ifadəsinin bəzi hissəsini təkzib edib. O, Nahidə yabanı halda çöldə bitən çətənə bitkisinin 300-400 dənə toxumunu verməsi, Nahidin isə bir müddət sonra həmin toxumları meşədə əkməsi, narkotikin satılmasında iştirak etməməsi, Nahidin və Eldənizin tutulmasından sonra onun polis
əməkdaşları tərəfindən həbs edilməsi barədə dedikləri ilə bağlı bildirib ki, həmin ifadəni özünümüdafiə məqsədilə verib, hesab edib ki, bununla onlara yalnız
narkotik bitkinin əkilib-becərilməsi cinayətini törətməyə görə cəza təyin olunar. İfadəsində həmçinin törətdiyi əmələ görə peşmançılıq çəkdiyini deyib. Nahid Mirzəyev və Eldəniz Mirzəyev də təqsirləndirilən Nurlan Orucovun ifadəsi ilə eyni məzmunlu ifadələr veriblər.Məhkəmə şahid ifadələrini dinləyəndən sonra hökm
elan edib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan Nurlan Orucov apelyasiya şikayəti verib. O, barəsində daha yüngül cəza təyin edilməsini xahiş edib. Onun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə baş tutan prosesdə Nurlan Orucovun apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Məhkəmə sonda Nurlan Orucovun apelyasiya şikayətinin qismən təmin edilməsi barədə qərar qəbul edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü Nurlan Orucova aid hissədə dəyişdirilib və onun cəzası 5 ilə endirilib. Hökm qalan hissədə dəyişdirilməyib.

Aslan
"Gündəm xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Taksidən 2 kq narkotik çıxdı

    Taksidən 2 kq narkotik çıxdı ...

    12-11-2013, 17:04

  • 
  • Azərbaycanda saxta dollar əməliyyatı

    Azərbaycanda saxta dollar əməliyyatı ...

    20-11-2014, 11:35

  • 
  • İrandan narkotik gətirənlərə cəza verildi

    İrandan narkotik gətirənlərə cəza verildi ...

    22-07-2015, 13:56

  • 
  • İrandan narkotik gətirənə hökm oxundu

    İrandan narkotik gətirənə hökm oxundu ...

    23-08-2015, 11:31

  • 
  • Həmyerlisini tutdurmaq istədi, özü həbs edildi

    Həmyerlisini tutdurmaq istədi, özü həbs edildi ...

    11-05-2016, 00:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu