Liviya hökuməti "Əbu Hafs" adlı İŞİD-in ən qəddar qruplarından birinin komandirini həbs edib.
Əbu Hafs eyni zamanda bölgə imamı funksiyasını da yerinə yetirib. Onun Mossad və İsrail agenti olduğu, əsl adının isə Benyamin Efrahim olduğu məlum olub.
Benyamin Mossad tərəfindən ərəb və müsəlman ölkələrinə casus kimi göndərilib. O, İŞİD-in içinə sızaraq Benqazi şəhərinə gəlib və məscid imamı kimi fəaliyyət göstərib.
İspaniya mətbuatı isə "Əbu Hafs" kod adlı Mossad agentinin İŞİD içində sürətlə yüksəldiyini, adi bir terrorçudan məscid imamlığına qədər yüksəldiyini bildirir. Benyamin 200 nəfərlik bir qrupa komandirlik edib və bu qruplaşma müntəzəm olaraq Misirə soxulub. Qrup Liviyada tanına ən vəhşi İŞİD qrupudur. Onların tapşırığı savaşı Misirə aparmaqdır.
İsrail hökuməti isə iddialarla bağlı heç bir rəsmi açıqlama verməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?