Azərbaycan Dəmir Yollarında kütləvi ixtisarlar başlayıb, işçilərdən məcburi qaydada işdən azad edilmələri barədə ərizə yazılması tələb edilir. GundemXeebr.Az "Ölkə.Az"a istinadən xəbər verir ki, Azərbaycan Dəmir Yollarında kütləvi ixtisarlar başlayıb. Ağdam rayon Təzəkənd stansiyasında işləyən Məmmədov Maqsud və Əliyev Tahirin verdiyi məlumata görə, bu gün onları Gəncə dəmiryol idarəsinə çağırıblar. Gəncə Şəhər Dövlət Dəmiryol İdarəsinin rəisi Qurban Nəbiyev onlara bildirib ki, dəmiryolunda ixtisarlar başlayıb, xoşluqla işdən çıxmaları lazımdır.
Gəncə Şəhər Dəmiryol Kadrlar İdarəsinin rəisi Gülnarə xanım işçilərə bildirib ki, ərizə yazıb işdən çıxsınlar. İşçilər Təzəkənd stansiyasına işə məhz Mehriban Əliyevanın göstərişi ilə bərpa edildiyini dedikdə isə kadrlar idarəsinin rəisi bildirib ki, gedin bunu Mehriban xanımın özünə deyin.
Məmmədov Maqsud saytımıza açıqlamasında bildirib ki, Qarabağ müharibəsi görmüşük, müharibə zamanı Ağdamı ən axııncı tərk edənlərdən biri məhz biz dəmiryolçular olmuşuq:
Ən son aprel döyüşləri zamanı Cavid Qurbanov harada yatmışdı? Güllənin altında yaşadığımız azdır, hələ bizləri işdən də çıxardırlar. Cavid Qurbanov islahat aparır guya, işçini çıxarmaqla islahat aparmırlar".
59 yaşı olduğunu deyən Tahir Əliyev isə bildirib ki, ömür boyu dəmiryolçu olmuşam: "Bu yaşdan sonra gedib harada işləyəcəm? Topun, tüfəngin altında yaşadığımız azdır, hələ işdən də çıxardılırıq. Cəbhə bölgəsində iş yerləri açmaq əvəzinə, camaatı işindən edirlər".
Əldə etdiyimiz məlumata görə, 19 min dəmiryolçudan 9 mini işdən azad ediləcək.
Qeyd edək ki, işdən azad edilən dəmiryolçular prezident İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban Əliyevaya məktubla müraciət ediblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?