GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Türkiyə vətəndaşı birgə yaşadığı azərbaycanlı qadına kömək üçün 14 min saxta avro yolladı

Türkiyə vətəndaşı birgə yaşadığı azərbaycanlı qadına kömək üçün 14 min saxta avro yolladı

Tarix: 5-11-2017, 13:16 Bölmə :Cəmiyyət Baxış: 319
Türkiyə vətəndaşı birgə yaşadığı azərbaycanlı qadına kömək üçün 14 min saxta avro yolladı


Haqqında söhbət açacağımız cinayət işində saxta pul satmaqda ittiham olunan qadın Orxan Kamalın məşhur əsərinin qəhrəmanına bənzəyir. Bir-birinin ardınca uğursuzluqlarla üzləşən, düşdüyü vəziyyətdən çıxmaq üçün müxtəlif yollar axtaran, sonda cinayətə sürüklənən, törətdiyi əməlin ağırlığını həbsxanada belə anlamayan o qadına. Onları bir-birindən fərqləndirlən isə sadəcə zaman və məkandır.

Sədaqət Həsənova hazırda məhkəmə önünə çıxarılıb, mühakimə olunur. Cinayətin digər iştirakçısı anası, pulların əsl sahibi isə Türkiyə vətəndaşı Cahid Akcandır.

Bakı Ağır Cinayətlər Məhkəməsində 58 yaşlı Məhbubə Həsənovanın və onun anası 35 yaşlı Sədaqət Həsənovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Fikrət Qəribov sədrlik edib.

İttihama görə, Məhbubə Həsənova tamah niyyəti ilə saxta pul əskinaslarını əldə etmə və satma ilə bağlı qızı Sədaqət Həsənova və onun yaxın münasibətdə olduğu Türkiyə vətəndaşı Cahid Akcanla cinayət əlaqəsinə girib. Aralarındakı razılığa əsasən, Cahid Akcan Bakı-İstanbul avtobusu ilə saxta 14 min avronu Sədaqət Həsənovaya göndərib. S.Həsənova bu “pullar”ı yaşadığı Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 89, mənzil 76-da gizlədib. Ötən ilin dekabr ayının 28-də saxta pulları satmaq üçün “müştəri” də tapıblar. Lakin ana-bala elə iş başındaca yaxalanıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 204.2-cü (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb və barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

S.Həsənova ifadəsində təxminən 9 il öncə işləmək məqsədilə Türkiyəyə getdiyini, ərəb dilini səlis bildiyinə görə şirkətlərdən birində tərcüməçi işlədiyini, arabir Azərbaycana gəlib-getdiyini göstərib. O, 2015-ci ildən etibarən işi ilə əlaqədar olaraq tez-tez Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. Həmin illərdə Türkiyə vətəndaşı Cahid Akcanla tanış olub, dini nikaha daxil olublar. Özünün dediyinə görə, Cahid öz həyat yoldaşından boşanma ərəfəsində olduğundan, nikahlarını qanunla rəsmişləşdirə bilməyiblər. Ötən ilin sentyabr ayında S.Həsənova ailəsini görmək üçün Azərbaycana gəlsə də, bir daha geri qayıda bilməyib. Buna səbəb isə tərcüməçinin saxta pul satmaq istəməsi və polis əməkdaşları tərəfindən saxlanılması olub.

Qəribə olan budur ki, S.Həsənovanı Azərbaycana yola salan Cahid bir neçə gün sonra onunla telefon əlaqəsi saxlayıb, boşanma davası bitənədək ailəsinin onunla qalacağını, bu müddət ərzində Sədaqətin Türkiyəyə gəlməsini yasaqlayıb.

S.Həsənova Cahidə ailə üzvlərinin ehtiyac içərisində çabaladığını, kirayə pulunu ödəməyə belə imkanları olmadığını, ev almaq üçün onlara köməklik göstərməsini xahiş edib. Cahid cavabında mənzil almağa pulu çatmasa da, düşdükləri vəziyyətdən çıxmaq üçün yardım edəcəyini, daha doğrusu, saxta avro tapıb göndərə biləcəyini deyib: “Deyirdi ki, həmin saxta pulların satışını həyata keçirmək çətinlik yaratmayacaq. Məcbur olub razılaşdım. Dekabrın əvvəlində avtobusla həqiqi pul adı ilə 8 min saxta avro yolladı. Pullar əsl avrodan fərqlənmirdi. Onlara əl vurmayıb evdə gizlətdim. Bu haqda heç kimə heç nə demədim. Təxminən on gün sonra 6 min avro da göndərdi. Həmin pulu da evə gətirib əşyaların arasında gizlətdim”.

S.Həsənovanın gizlətdiyi 28 ədəd 500 avroluq saxta əskinaslar barədə anası Məhbubə Həsənovadan başqa kimsənin məlumatı olmayıb. Ötən ilin dekabr ayında digər qızının boşanma işi ilə bağlı Qusar rayon məhkəməsinə yollanan qadın evdən çıxarkən sınaq üçün özü ilə 5 ədəd 500 avro da götürüb və Qubada valyutadəyişmə işi ilə məşğul olan bir nəfərə satıb. Bundan sonra qızına yerdə qalan pulları da dəyişmək üçün özü ilə götürüb “Nasosnı” ərazisinə gəlməyi tapşırıb.

S.Həsənova pulları götürüb sevincək halda evdən çıxıb. Amma ana-balanın sevinci uzun sürməyib: “Pulları anama verdim. Qubaya yola düşdük. Anam taksi sürücüsündən valyuta dəyişmək üçün yerin olub-olmadığını xəbər aldı. Sürücü maşını hansısa bankın qarşısında saxladı, Fərman adlı bir nəfəri çağırdı. Həmin şəxs alqı-satqı etmək üçün bir neçə dəqiqə gözləməyi tapşırdı. Elə bu vaxt polis əməkdaşları yaxınlaşaraq, bizi polis şöbəsinə dəvət etdilər və hal şahidlərinin iştirakı ilə üzərimizə baxış keçirdilər”.

Təqsirləndirilən Məhbubə Həsənova da anoloji ifadə verib. O əlavə olaraq bildirib ki, Türkiyədən göndərilən saxta pullara toxunmağı qızına qadağan edib: “Pulları dəyişib mənzil alacağımızı düşünsəm də, ehtiyatlanırdım. Maddi vəziyyətim çox ağır idi. Ailədə yalnız oğlum işləyirdi. Ev kirayəsini verə bilmirdik. Digər tərəfdən, o biri qızımın boşanma məsələsi məni son həddə çatdırmışdı. Çətinliklərə dözə bilmirdim. Məhkəməyə gedəndə evdən 2500 saxta avro götürdüm. Həmin pulu Qubada dəyişdim. Zəng vurub Sədaqətə xəbər verdim. Evdə qalan 11 min 500 avronu Sədaqət gətirdikdən sonra yenidən Qubaya qayıtdıq. Pulları dəyişmək istəyəndə polis əməkdaşları yaxınlaşdı. Məlum oldu ki, bir qədər əvvəl saxta avro satdığım Etibar adlı şəxs Quba Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edib”.

Məhkəmə prosesi davam edir.

İttihamlar təsdiqini taparsa ana-balanı 7 ildən 10 ilədək həbs cəzası gözləyir.

Türkiyə vətəndaşı Cahid Akcan barədə cinayət işi ayrılıb və ayrıca icraata verilib. /irtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda saxta pul kəsib satan nigeriyalılara hökm oxundu

    Bakıda saxta pul kəsib satan nigeriyalılara hökm ...

    23-11-2015, 14:56

  • 
  • Saxta pul kəsənə hökm oxundu

    Saxta pul kəsənə hökm oxundu ...

    28-06-2016, 18:14

  • 
  • Dələduzluqda ittiham olunan “bank işçisinə” hökm oxundu

    Dələduzluqda ittiham olunan “bank işçisinə” hökm ...

    11-07-2017, 13:16

  • 
  • "Dəmirçi Plaza"da qətl törədən şəxslə bağlı sənədlər Baş Prokurorluğa göndəriləcək

    "Dəmirçi Plaza"da qətl törədən şəxslə ...

    26-10-2017, 13:22

  • 
  • Əcnıbinin evindən 6 min avro oğurlandı: Oğurluğu törədən qadın cəzalandırıldı

    Əcnıbinin evindən 6 min avro oğurlandı: Oğurluğu ...

    9-04-2017, 22:03


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu