GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Türmədən qaçan “Qoca” öldürüldü, bəs əsl oğru “Qoca” kim idi? - DOSYE

Türmədən qaçan “Qoca” öldürüldü, bəs əsl oğru “Qoca” kim idi? - DOSYE

Tarix: 7-11-2017, 22:57 Bölmə :Cəmiyyət Baxış: 926
Türmədən qaçan “Qoca” öldürüldü, bəs əsl oğru “Qoca” kim idi? - DOSYE


Ötən həftə hüquq-mühafizə orqanları ilə atışmada öldürülən avtoritet Etibar Məmmədovdan başqa, Azərbaycan kriminal aləmində "Qoca” ləqəbli başqa "qanuni oğru” da olub.

gundemxeber.az-ın lent.az-a istinadən məlumatına görə, bu, 1972-ci il təvəllüdlü Əlibala Həmidovdur. Əlibala Həmidov Etibar Məmmədovdan fərqli olaraq, bu aləmin ən böyük zirvəsi olan "qanuni oğru” adına yiyələnib. Etibar Məmmədov isə yalnız kriminal avtoritet statusunda qalıb.
Bəs Əlibaba Həmidov kim olub?
Əlibala Həmidov 1972-ci ilin noyabrında Bakının Yasamal rayonunda dünyaya göz açıb. Həmidov ilk məhkumluğunu 20 yaşında yaşayıb. 1992-ci ildə Bakı məhkəməsi onu 14 il müddətinə azadlıqdan məhrum edib. Ə.Həmidov həbsdə olduğu müddətdə oğru aləminin qanunları ilə yaşayıb. O, 14 il azadlıqdan məhrum edilməsinə baxmayaraq, 5 il sonra - 1997-ci ildə azadlığa çıxıb.
Əlibala Həmidov azadlığa çıxandan dərhal sonra Azərbaycanı tək edərək, "oğruların şəhər”i olan Moskvaya üz tutub. Burda azərbaycanlı kriminallarla birgə fəaliyyət göstərməyə başlayıb. Həmidov Moskvada böyük "razborkalar”da iştirak edib. Bunun nəticəsində 1998-ci ildə "Seymur Nardaranski” kimi tanınan Mirseymur Abdullayevin təşəbbüsü ilə Əlibala Həmidova "qanuni oğru” adı verilib.
26 yaşında oğru aləminin ən yüksək pilləsinə çıxan Əlibala "Qoca”, "Qoca Bakinski”, "Qoca Yasamalinski” ayamaları ilə tanınmağa başlayıb.
Mirseymur Abdullayevin o zamankı "oğru aləminin şahı” hesab edilən Aslan Usayonla (Ded Xasan) çox yaxşı münasibətləri olub. Bunun müqabilində "Qoca” da Moskvanın mərkəzində olan rayonların birinə "əmir” təyin edilib. Burda olan "qara işlər” hamısı ona tapşırılıb.
2000-ci ildə Moskvanın Paveletskaya meydanın yaxınlığında "Qoca” polis tərəfindən saxlanılır. Onun üzərində narkotik maddə aşkarlanır və həbsxanaya göndərilir. Lakin elə həmin il amnistiyaya düşürərək azadlığa çıxır.
Əlibaba Həmidov 2003-cü ildə "Lotu Quli” kimi tanınan Nadir Səlifovdan "oğru” adının alınmasına dəstək verən azərbaycanlı oğrulardan olub. Həmin vaxtı "Lotu Quli”nin böyük qardaş "Sabirabadlı Hikmət”ə əl qaldırması onun adının alınması ilə nəticələnib. Məhz o zamandan "Qoca”ın "Lotu Quli” ilə münasibətləri korlanıb.
"Qoca” haqqında məlumatlarda onun "Otar Marneulski” kimi tanınan Otar Bədəlovla düşmən olduğu deyilir. Onu da qeyd edək ki, onun "Lotu Quli” ilə münasibətlərinin korlanmasının mərkəzində elə Otar Bədəlov durur. Çünki Otar Bədəlovun Nadir Səlifovla çox yaxın dostluq münasibətləri olub.
2003-cü ilin sonlarında Mirseymur Nardaranlının öldürülməsindən sonra "Qoca”ın yükü daha da çoxalır. Bir çox obyektlərə nəzarət etmək onun üstünə düşür.
Əlibala Həmidov azərbaycanlı kriminallardan "Vaqif Diplomat”, "Rəşad Gəncinski”, "Emin Hacıqabulinski”, "Rafiq Masallinski”yə "oğru” adı verilməsində iştirak edib. O, 14-dən çox "qanuni oğru”nun "tac”lanmasında iştirak edib.
"Qoca” 2005-2010-ci illər arasında bir neçə dəfə saxlanılsa da, müxtəlif yollarla azadlığa çıxıb.
2010-cu ildə Ukraynada saxlanılan "Qoca” tez bir zamanda Rusiya ekstradisiya edilib. Çünki Əlibala Həmidov həmin vaxt Rusiya vətəndaşı olub. Məhkəmə onun narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilib, 8 ay azadlıqdan məhrum edib.
2012-ci ildə o, yenidən Moskvada saxlanılır. Qaqarin rayon Məhkəməsi bu dəfə ona 10 ay cəza kəsir.
Ded Xasanın öldürülməsindən sonra onun varisləri ilə "Qoca” arasında soyuq müharibə başlayır. O zaman mətbuatda yazılanlara görə, "Qoca” "Ded”in ölməsindən istifadə edərək, onun 15 böyük obyektini ələ keçirib.
"Ded Xasan”ın klanı "Qoca”nın aradan götürülməsi ilə bağlı qərar qəbul edir. Eyni zamanda, həmin vaxtı Əlibabanın "Quli” ilə də münasibəti kəskin olub.
2013-cü ilin avqust ayının 18-də Əlibala Həmidov İstanbulda qətlə yetirilir.
"Lotu Qoca” öldürüldüyü gün İstanbuldakı kafelərin birində avtoritet Adəm Avarski, sinif yoldaşı, avtoritet Hacıbaba və başqa bir nəfərlə çörək yeyərkən qəfildən ona zəng gəlib. Zəng edən şəxs onu küçəyə çağırıb. "Qoca”nın küçəyə çıxması ilə güllələnməsi isə cəmi bir neçə saniyə çəkib. "Qoca” küçəyə çıxdıqdan 3-4 saniyə sonra 3 nəfər onu güllələyərək qaçıb.
Onun meyitinin gətirilməsi kriminal aləmdə tanınan sima olan Adəm Avarskinin müşayiəti ilə həyata keçirilib. Cənazə 30-a yaxın avtoritetin müşayiəti ilə Bakı hava limanında qarşılanıb və Yasamal rayonu Şərifzadə küçəsinə gətirilib. Avqustun 20-də axşam məşhur avtoritet "Qoca Yasamalski” həmin ünvandan son mənzilə yola salınıb. O, Yasamal qəbiristanlığında dəfn edilib.
Onu "Ded”in, yoxsa "Quli” adamlarının öldürməsi məlum deyil.
Qeyd: 2016-cı ilin məhz avqust ayının 18-də digər azərbaycanlı "vor zakon” "Rövşən Lənkəranski” İstanbulda öldürülüb. Hər iki avtoritetin eyni gündə, eyni şəhərdə öldürülməsinin heç də təsadüf olmadığı deyilir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Lotu Qoca”nın nəşini qarşılayanlar saxlanılıb

    “Lotu Qoca”nın nəşini qarşılayanlar saxlanılıb ...

    22-08-2013, 11:38

  • 
  • “Lotu Qoca”nın qətl xəbəri gəldi

    “Lotu Qoca”nın qətl xəbəri gəldi ...

    19-08-2013, 00:23

  • 
  • Azərbaycanlı “qanuni oğru”nun titulunu almaq istəyirlər

    Azərbaycanlı “qanuni oğru”nun titulunu almaq ...

    5-07-2013, 23:50

  • 
  • “Lotu Qoca”nın qətlinin - Təfərrüatı+Video

    “Lotu Qoca”nın qətlinin - Təfərrüatı+Video ...

    19-08-2013, 12:43

  • 
  • “Qanuni oğru” Vaqif Bakinski türmədən çıxdı

    “Qanuni oğru” Vaqif Bakinski türmədən çıxdı ...

    10-07-2013, 16:07


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu