GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Lukoil” onu məhkəməyə verən “Palmali”yə qarşı hücuma keçdi: "“Palmali” müflisləşmə ərəfəsindədir. "

“Lukoil” onu məhkəməyə verən “Palmali”yə qarşı hücuma keçdi: "“Palmali” müflisləşmə ərəfəsindədir. "

Tarix: 10-11-2017, 11:48 Bölmə :Cəmiyyət Baxış: 446
“Lukoil” onu məhkəməyə verən “Palmali”yə qarşı hücuma keçdi: "“Palmali” müflisləşmə ərəfəsindədir. "


Xəbər verildiyi kimi 2017-ci il sentyabrın sonlarında azərbaycanlı gəmiçilik maqnatı Mübariz Mənsimovun “Palmali” şirkəti digər azərbaycanlı maqnat Vahid Ələkbərovun “Lukoil” şirkətinin törəməsi olan “Litasco” treydinq şirkətini London məhkəməsinə verib. İddiaya əsasən “Litasco” “Palmali”yə 2 milyard dollar ödəməlidir.

Bu gün “Nezavisimaya qazeta” nəşri həmin iddia ətrafında baş verənlər haqda yazıb. Məqalədə deyilir ki, “Palmali” “Litasco”nu müqavilə öhdəliklərini yerinə yetirməməkdə, başqa sözlə “Palmali” ilə bağlanmış müqavilədə göstərilmiş həcmdə neft həcmi verməməkdə günahlandırır.

Buna cavab olaraq Vahid Ələkbərov bildirib: “Bu gün bildiyiniz kimi “Palmali” müflisləşmə ərəfəsindədir. Mən belə fikirləşirəm ki, bu məhkəmə iddiası sadəcə olaraq diqqəti yayındırmaq üçündür. Bizim əlimizdə sənəd var, hansı ki, onlar 2015-ci ildə imza atıblar ki, bizə hansısa iradları yoxdur”. (Qəzet Ələkbərovun açıqlamasını rns.online portalına istinadla verir).

Məqalədə deyilir ki, “Palmali”nin “Lukoil”un törəmə şirkətini məhkəməyə verib-verməməsi, bu iddianın nə dərəcədə əsaslı olması bir tərəfə, türk şirkətinin özü və onun sahibi qanunsuz işlərə getdikcə daha çox bulaşır.

Belə ki, 2013-cü ildə Rusiyada vergi xidmətinin yoxlaması zamanı “Palmali”nin bu ölkədəki törəmə şirkəti olan “Palmali” MMC-nin iri məbləğdə vergidən yayındığı üzə çıxıb.

2016-cı ilin yanvarında Rusiya İstintaq Komitəsinin Cənub istintaq idarəsi Federal Vergi Xidmətinin materialları əsasında “Palmali” MMC-nin direktoru Aleksey Mixeyelovun barəsində cinayət işi qaldırıb. O, iri məbləğdə vergidən yayınmaqda ittiham olunur. Direktorun bu vergi maxinasiyalarını özbaşına, yoxsa “Palmali”nin sahibi Mübariz Mənsimovla əlbir həyata keçirdiyi haqda suala müstəntiqlər cavab verməyiblər. Hərçənd ağlabatan deyil ki, Mənsimovun bunlardan xəbəri olmasın. Xüsusən də söhbət 1.2 milyard rubl vergidən yayınmadan gedirsə.

Sənədlərə əsasən 2013-cü ilin sonlarında Rostovda qeydiyyatdan keçmiş “Palmali” MMC-nin səhmlərinin sahibi olan Türkiyə şirkəti “Palmali” Gemi Hizmetleri ve Agentelik Anonim Sirketi Rusiyadakı firmanı satmağı qərara alır. Alıcı kimi isə Maltada qeydiyyatdan keçmiş “Palmali Holding Co. Ltd” çıxış edir. Baxmayaraq ki, hər iki şirkətin sahibi eyni adamdır-Mübariz Mənsimovdur. Başqa sözlə, bu alqı-satqı bir cibdən alıb o biri cibə qoymaqdır. Hərçənd “Deloitte Malta” audit şirkətinin hesabatına əsasən “Palmali” MMC 230 milyon dollara satılıb.

Bu sövdələşmənin əsasənda “Palmali” Gemi Hizmetleri və Agentelik Anonim Sirketi 2013-cü ildə “Palmali Holding Co. Ltd”-dən avans kimi 140 milyon dollar alıb. 2014-cü ildə isə pulun qalanı-40 milyon dollar ödənilib. Baxmayaraq ki, “Palmali” MMC-nin səhmlərini “Palmali Holding Co. Ltd” 2014-cü ilin yanvarında almışdı. Ən maraqlısı isə budur ki, alqı-satqı müqaviləsi 2015-ci il noyabrın 5-i tarixə imzalanıb. Lakin müqavilədə şirkətin 230 milyon dollara yox, 38 dəfə ucuz-6.1 milyon dollara satıldığı göstərilir. Nəticədə Türkiyə şirkəti Rusiya büdcəsinə 44.8 milyon dollar vergi ödəməli olduğu halda cəmi 1.22 milyon dollar ödəyib.

Lakin Mübariz Mənsimov təxmin edirdi ki, Rusiyanın vergi orqanları bu sövdələşməni araşdıracaqlar. Ona görə də tərəflər əvvəlcədən müqaviləyə belə bənd daxil etmişdilər: “Satıcı təminat verir ki, bu müqaviləni bir sıra şərtlər üzündən özü üçün olduqda əlverişsiz şərtlərlə bağlayır”.

Lakin həmin bənd “Palmali”ni xilas etmədi. Vergi orqanları bu maxinasiyanın üstünü açdı. “İstənilən biznes, xüsusən də böyük və ciddi biznes şirkətin imicinə əsaslanır. Bu dünyada belə deyirlər: “Siz mənim sözümü götürüb banka qoya bilərsiniz”. Mübariz Mənsimovun sözü isə bu gün belə təəsürat yaranır ki, heç əzik quruşa da dəymir. Demək olar ki, Mübariz Mənsimovun tanker donanması sürətlə dibə gedir. Onun şirkəti isə imicini, tərəfdarlarını, etibarını görünür çoxdan itirib”-“Nezavisimaya qazeta” yazır./virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Milyarderlərimiz arasında dava: Mübariz Mənsimov Vahid Ələkbərovdan 2 milyrad istəyir

    Milyarderlərimiz arasında dava: Mübariz Mənsimov ...

    18-09-2017, 02:30

  • 
  • Putin masallılı və bakılı oliqarxın “qələmini niyə qırıb”?

    Putin masallılı və bakılı oliqarxın “qələmini ...

    26-09-2017, 10:30

  • 
  • Mübariz Mənsimov məhkəmə yolu ilə dörd gəmisni geri alıb

    Mübariz Mənsimov məhkəmə yolu ilə dörd gəmisni ...

    25-12-2016, 21:17

  • 
  • Milyarder "Palsüd" zavodunu bağlamayacaq

    Milyarder "Palsüd" zavodunu bağlamayacaq ...

    31-07-2013, 00:49

  • 
  • Mübariz Mənsimov ondan yazan saytları hədələdi

    Mübariz Mənsimov ondan yazan saytları hədələdi ...

    24-12-2013, 23:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu