GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sumqayıtda "məhəbbət üçbucağı": 19 yaşlı gənc, Vüsalə və onun keçmiş əri…

Sumqayıtda "məhəbbət üçbucağı": 19 yaşlı gənc, Vüsalə və onun keçmiş əri…

Tarix: 18-11-2017, 18:14 Bölmə :Cəmiyyət Baxış: 540
Sumqayıtda "məhəbbət üçbucağı": 19 yaşlı gənc, Vüsalə və onun keçmiş əri…



Həyat yoldaşından ayrılan, bir övlad anası olan qadın özündən 10 yaş kiçik oğlana dəfələrlə "səndən başqa həyatımda kimsə yoxdur" deməklə onu inandırıb. 19 yaşlı gənc qadının sözlərinə o qədər də inanmayıb və onun mobil telefonuna danışıqların səsli qeydiyyatını aparan proqram yükləyib. Əsl faciə də bundan sonra baş verib. Qadının keçmiş sevgilisi ilə mütəmadi telefon əlaqəsi saxlaması, söhbət əsnasında ünvanına nalayiq sözlər işlədilməsi ona pis təsir edib. Sonda isə "məhəbbət üçbucağı" hər ikisini məhvə aparıb - onlardan biri məzara, digəri isə həbsxanaya yola salınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə ittiham olunan Gədəbəy rayon sakini, 19 yaşlı Teymur Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

gundemxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Əhməd Quliyev sədrlik edib.

İttihama görə, qətl hadisəsi bu il iyunun 27-də Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllədə yerləşən avtomobil təmiri sexinin yaxınlığında baş verib. Qeyri-rəsmi ər-arvad münasibətində olduğu Vüsalə Dadaşovanın keçmiş tanışı Taleh Babazadə ilə əlaqələrini bərpa etməyə çalışmasını özünə xəyanət hesab edən Teymur Sadıqov ondan qisas almaq qərarına gəlib. Yaranmış mübahisə zamanı bıçaqla Talehin ürəyindən zərbə endirib. T.Babazadə kəskin qanitirmədən hadisə yerində keçinib.

Təqsirləndirilən Teymur Sadıqov ifadəsində həmyerlisi Vüsalə Dadaşova ilə bu ilin əvvəlində rayonda tanış olduğunu, qadının ona iş tapacağını vəd etdiyini, Vüsalənin təklifi ilə Sumqayıta gəldiyini deyib. Vüsalə onun üçün mənzil kirayələyib, özünü də kafelərdən birinə ofisiant düzəldib. Bir müddət sonra isə Teymur Vüsalənin yaşadığı yataqxanaya köçərək, onunla birlikdə yaşamağa başlayıb. Nə valideynlərinin, nə də qohumlarının özündən yaşca çox böyük qadınla münasibətindən xəbərləri olmayıb. Vüsalə ona ərindən ayrıldığını, həyatında kimsənin olmadığını deyib: "Vüsalənin keçmiş ərinin qohumu Vəfa müalicəsi ilə əlaqədar rayondan Bakıya gələndə bizim yanımızda gecələyirdi. Mayın ortaları idi. Vəfa Vüsaləyə zəng vurub Talehin onunla danışmaq istədiyini dedi. Mən Talehi əvvəllər tanımamışam, Vüsalə də mənə bu barədə heç nə deməmişdi. Telefonu Vüsalədən alıb Vəfadan Talehin kim olduğunu soruşdum. Vəfa "qohumumdur, Vüsalənin şəklini telefonda görüb xoşu gəlib, danışmaq istəyir" dedi. Vəfaya iradımı bildirdim, Vüsalədən isə şübhələnməyə başladım".

T.Sadıqov bu söhbətdən sonra "Samsung" markalı telefon alıb, internet vasitəsilə danışıqların səsli qeydiyyatını aparan proqram yükləyib və həmin telefonu Vüsaləyə hədiyyə edib. Vüsalə ev işləri ilə məşğul olarkən ondan xəbərsiz telefona müdaxilə edərək gün ərzindəki bütün danışıqlarını dinləyib. Qadının mütəmadi olaraq Vəfa və keçmiş sevgilisi ilə danışdığını, söhbətlərində onu müzakirə etdiklərini, Talehin isə hər dəfə onun adı çəkiləndə ünvanına nalayiq sözlər işlətməsini eşidib. Vüsalənin onu aldatmasından əsəbləşib və bu danışıqların izahatını tələb edib. Qadın cavabında əvvəllər Talehlə görüşdüyünü, sonradan ayrıldıqlarını deyib. Amma Teymur Vüsalənin dediklərini inanmayıb. Ertəsi gün rayona - valideynlərinin yanına yollanıb. Lakin bir müddət sonra yenidən Vüsalənin yanına qayıdıb. Telefona qulaq asdıqda rayonda olduğu müddətdə Vüsalənin yenə də Talehlə telefon əlaqəsi saxlamasını, sonuncunun hər dəfə onun adı çəkildikdə söyməsini eşidib.

Baş verənləri qüruruna sığışdırmayan Teymur Talehlə münasibətləri aydınlaşdırmaq məqsədilə onun işlədiyi Respublika Diaqnostika Mərkəzinə gedib, xəstəxananın həyətində Talehlə görüşüb. İşlətdiyi ifadələrə görə Taleh ondan üzr istəyib, sakit şəkildə ayrılıblar: "Elə həmin gün axşam zəng vurub iş yerinə gəldiyimə görə məni söydü, görüşmək istədiyini dedi. Görüşmək istəmədiyini bildirdim. Gecədən xeyli keçmiş isə zəng vurub Vüsaləni telefona çağırmağımı tələb etdikdə telefonu söndürdüm. Səhər tezdən zəng vurub yenə də israrla görüşmək istədiyini dedi. Görüşdən yayınmağı qüruruma sığışdırmayıb getdim. Taleh məni yumruqla vurdu. Yerdən götürdüyüm daşla mən də onu vurdum, əlbəyəxa olduq. Vüsaləni də, məni də söydü. Bıçaqla Talehin sinəsindən vurdum. Onun öldüyünü yəqin edib bıçağı atdım. Vüsaləyə zəng vurub Talehi öldürdüyümü dedim".

Zərərçəkmiş Tural Babazədə ifadəsində qardaşı Talehin Respublika Diaqnostika Mərkəzininin kardioloji şöbəsində sanitar işlədiyini, Keşlədə xalasının evində qaldığını göstərib: "Qardaşımın Vüsalə və ya Teymurla münasibətlərindən xəbərim olmayıb. Bu barədə mənə heç nə deməyib. İyunun 25-də Ramazan bayramına görə rayona getməyi Talehə təklif etdim. Növbədə olduğuna görə gedə bilməyəcəyini dedi. Ona görə, mən də kəndə getmədim. İyunun 27-də həmkəndlimiz Elvin zəng vurub Talehin bıçaqlandığını, cəsədinin meyitxanada olduğunu xəbər verdi".

Məhkəmə prosesi şahid ifadələri ilə davam edir. Proses noyabrın 28-də davam edəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Dəmirçi Plaza"da qətl törədən şəxslə bağlı sənədlər Baş Prokurorluğa göndəriləcək

    "Dəmirçi Plaza"da qətl törədən şəxslə ...

    26-10-2017, 13:22

  • 
  • Kafedə cinayət törədən məhkəmə qarşısında

    Kafedə cinayət törədən məhkəmə qarşısında ...

    29-03-2015, 12:55

  • 
  • Gecə yarısı qan tökən 22 yaşlı oğlana cəza verildi

    Gecə yarısı qan tökən 22 yaşlı oğlana cəza verildi ...

    16-12-2015, 02:37

  • 
  • Gəncədə qadın keçmiş əri tərəfindən bıçaqlanıb

    Gəncədə qadın keçmiş əri tərəfindən bıçaqlanıb ...

    16-12-2013, 00:55

  • 
  • Sumqayıtda qadını öldürənə ömürlük cəza tələb edildi

    Sumqayıtda qadını öldürənə ömürlük cəza tələb ...

    29-09-2016, 16:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (240)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu