GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Qara qutu”da yatan sirr - Qarakənd faciəsindən 26 il ötdü

“Qara qutu”da yatan sirr - Qarakənd faciəsindən 26 il ötdü

Tarix: 20-11-2017, 11:53 Bölmə :Cəmiyyət Baxış: 422
“Qara qutu”da yatan sirr - Qarakənd faciəsindən 26 il ötdü


İsgəndər Həmidov: “İstintaq bilavasitə gəlib Rusiyanın üstünə çıxırdı”; “O vaxt nə ermənilərdə, nə də bizdə hava qurğusunu vuran raketlər yox idi”

1991-ci ilin bu günündə Qarakənd səmasında baş verən dəhşətli vertolyot faciəsindən (terrorundan) 26 il ötür. Azərbaycanın nüfuzlu yüksək vəzifəli ictimai-siyasi xadimlərinin həlak olduğu həmin dəhşətli hadisə ilə bağlı müəmmalar, iddialar isə bitib-tükənmir.

Qeyd edək ki, həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də var. Ümumilikdə qəza nəticəsində 22 nəfər həyatını itirib.

Bəlkə də faciə ilə bağlı keçən bu illər ərzində ən sensasion iddialar 1991-ci ilin noyabrında DİN-in Baş Cinayət-Axtarış İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Bayram İsmayılova məxsusdur. Sabiq əməliyyatçı hadisədən dərhal sonra həmin əraziyə yollandıqlarını, ora çatdıqları zaman ilk olaraq rus əsgərlərini gördüklərini bildirərək, meyitlərin bir çoxunun tanınmaz hala düşdüyünü, vertolyotda olan şəxslərin sayından cəsədlərin sayının az olduğunu qeyd edib.

AXC iqtidarının sabiq daxili işlər naziri İsgəndər Həmidov səslənən iddialara bu cür münasibət sərgilədi: “Həlak olan hər bir dəyərli insana Allahdan rəhmət diləyirəm. Bu, Ayaz Mütəllibov hakimiyyətinə qarşı deyil, Azərbaycanın gələcəkdə müstəqillik proseslərinin ləngidilməsinə, yaxud dayandırılmasına yönəlik bir hadisə idi. Tofiq İsmayılov ”20 Yanvar" faciəsindən sonra SSRİ Ali Sovetinin qurultayında Mixail Qorbaçovu ayaq üstə qaldırdı ki, ölənlər var, anaların göz yaşı qurumayıb. İsmət Qayıbov və digərlərinin də xidmətlərini sadalamaqla bitib-tükənmir. Biz o vaxt Qarakənd faciəsinin istintaqını apardıq. Vertolyotda 47 nəfər olub, amma tapılan sümüklər 10-15 nəfərə məxsus idi. Ona görə də həmin faciə bu gün də Azərbaycanda qaranlıq bir səhifədir. O vaxt nə ermənilərdə, nə də azərbaycanlılar hava qurğusunu vuran raketlər yox idi. Yəqin ki, bu rusların əməli idi. Onların növbəti siyasəti idi ki, SSRİ-ni saxlasınlar. Bu bir fərziyyədir, yüz faiz demək mümkün deyil. Kifayət qədər iş gördük, istintaq materialları ilə mən də tanışam. Zaman açığı yetişmədi ki, hadisənin üstü tam açılsın. O vaxt şayiələr gəzirdi ki, Əsədov və başqaları sağdır. İsmət Qayıbovun həlak olmasını biz bildik, qol tapılmışdı, İsmətin saatı qolunda idi. O istintaq bilavasitə gəlib Rusiyanın üstünə çıxırdı.

O vaxt vertolyot elə günə düşmüşdü ki, kiminsə meyitini ayırd etmək çox çətin idi. Bayram İsmayılovu tanımadığım üçün onun iddiaları ilə bağlı nəsə deyə bilmərəm. Ən yaxşı o hadisə barədə məlumatlı o zaman istintaq qrupunun rəhbəri və şəhər prokuroru olan Adil Ağayevdir. Əvvəldən-axıra qədər o işi Adil Ağayev apardı. Bu insan vertolyotu görəndə ağladı. Çox adam şahid olduğunu deyə bilər. Ola bilsin ki, Bayram müəllimin də dediklərində həqiqətlər olsun. Hələ də məndə şübhələr qalır. Deyirlər ki, kəmərə görə Məhəmməd Əsədovun meyiti müəyyən edilib. Amma meyit yox idi, hamısı parçalanmış ət, sümük parçaları idi. Buna görə də insanı tanımaq çox çətindir. Ən çox şübhə məndə vertolyotda olan 47 nəfər ilə bağlıdır. Çünki o sayda insanın ət, sümük parçaları hadisə yerində yox idi. O cinayətin açılması birbaşa Rusiya ilə bağlıdır.

Çünki Qarakənd ətrafında o vertolyotu vurmağa heç bir raket yox idi. O vaxt dedilər ki, guya avtomat, pulemyotla vertolyot vurulub. Amma vertolyot göydə parçalanmışdı, yerə dəyəndə parça-parça olmamışdı. Tofiq İsmayılov və digərlərinin müqavimət göstərməsinə inanmıram. Çünki hadisə vaxtı uzaqda çoban olub, qoyun otarırmış. O göydə vertolyotun parçalanıb yerə düşdüyünün şahidi olub. Parçalanan vertolyotda sağ adam qala bilməzdi. Gərək faciə ilə bağlı qeyri-müəyyən danışmayaq. Moskvaya aparılan vertolyotun qara qutusu Azərbaycanın bəzi siyasi xadimlərin, oyunbazların vicdanlarında qara ləkədir. Qəza baş verən vaxt komandir bir anlıq izahat verir ki, nədən qəzaya gedirlər, bax bunlar həmin qara qutudadır. Bu baxımdan Rusiya törətmiş olduğu cinayəti sübut edən qara qutudakı faktları üzə heç vaxt çıxarmazdı".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ayaz Mütəllibov Fəxri Xiyabana gedib (FOTO)

    Ayaz Mütəllibov Fəxri Xiyabana gedib (FOTO) ...

    20-11-2013, 13:51

  • 
  • Bu gün ermənilər Azərbaycan helikopterini vurub

    Bu gün ermənilər Azərbaycan helikopterini vurub ...

    20-11-2014, 01:35

  • 
  • Ayaz Mütəllibov səssizliyini pozdu...

    Ayaz Mütəllibov səssizliyini pozdu... ...

    20-11-2013, 23:38

  • 
  • 4 iyunda devrilən hakimiyyət  komandası-SİYAHI

    4 iyunda devrilən hakimiyyət komandası-SİYAHI ...

    4-06-2013, 18:01

  • 
  • İsmət Qayıbovun prokuror oğlu 25 ildən sonra danışdı -“İndi də atamla məsləhətləşirəm ”

    İsmət Qayıbovun prokuror oğlu 25 ildən sonra ...

    22-11-2016, 02:30


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu