Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov özünə yeni vəkil tutub.
gundemxeber.az bildirir ki, bu barədə onun yeni vəkili Elçin Sadıqov bildirib.
Vəkilin sözlərinə görə, Səkim Məmmədovun varəsində çıxarılan hökmdən apelyasiya şikayəti verib.
O qeyd edib ki, şikayət Bakı Hərbi Məhkəməsinə təqdim edilib.
Vəkil bildirib ki, müvəkkili barəsində bəraət hökümünün çıxarılmasını istəyir.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyonluq əmlakının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.
Bundan əvvəl isə Səlim Məmmədovu məhkəmədə vəkil Cavid Rzazadə müdafiə edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?