GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Əli Kərimli ilə “Qusqa”nı bağlayan tellər

Əli Kərimli ilə “Qusqa”nı bağlayan tellər

Tarix: 21-11-2017, 12:53 Bölmə :Cəmiyyət Baxış: 340
Əli Kərimli ilə “Qusqa”nı bağlayan tellər


AXCP sədri Hüseyn Abdullayevin paralarından yararlanmaq üçün onunla əməkdaşlığa can atır; Tural Abbaslı: “Özünə, təşkilatına və minlərlə fədakar üzvünə hörmət edən heç kim ona dəstək verməz”

Azərbaycanda törətdiyi cinayətlərdən yayınmaq üçün Almaniyaya sığınan və gələn il ölkəmizdə keçiriləcək prezident seçkilərində namizəd olacağını bəyan edən “Qusqa” ləqəbli sabiq deputat Hüseyn Abdullayevə AXCP sədri Əli Kərimli qucaq açıb. Bir ay öncəyə qədər sosial şəbəkələrdə söydüyü, tənqid etdiyi bir düşərgə ilə nədənsə “Qusqa” qısa zamanda barışdı...

Artıq H.Abdullayev Milli Şuranın mitinqlərinə açıq dəstək verir, hər kəsi o aksiyalarda iştiraka çağırır. Əks tərəfin də keçmiş deputatla yaxınlaşmaqda maraqlı olduğu açıq şəkildə görünür. Belə ki, “Qusqa”nın facebook səhifəsində paylaşdığı aqressiv və söyüş dolu statusları Ə.Kərimlinin nəzarətində olan azadlıq.info saytı həvəslə tirajlayır.

Siyasətlə maraqlanan hər kəs “Qusqa”nın kim olduğunu yaxşı bilir. Onun kimliyini sübut etmək üçün iki-üç cümlə kifayət edir. Bu insan 10 il öncəyə qədər başında durduğu “qoçu” dəstəsi ilə müxalifətə qan uddurub. Demokratik düşərgənin mitinqlərində “Qusqa” başındakı zorakı dəstə ilə müxalifətin aksiyalarında təxribat yaradır, müxalifətçilərə qarşı amansız rəftar edirdi. Hətta H.Abdullayev o qədər azğınlaşmışdı ki, küçədə müxalif fəalları ya vəhşicəsinə döydürür, ya da oğurlatdırıb müxtəlif yerlərə apartdıraraq, onlara işgəncələr tətbiq edirdi. Elə ki, 10 il öncə Milli Məclisdə məlum olay yaşandı, “Qusqa”nın deputatlıq mandatına xitam verildi və özü də həbsə atıldı, ondan sonra bu şəxs müxalifətçi oldu. Bəzi müxalifətçilər də onun əlində 5-10 manat pul olduğun görə “Qusqa”nın vaxtilə etdiyi yaramazlıqları “unutdu” və onu öz tərəfinə çəkmək üçün düşərgə daxilində ənənəvi savaş başladı.

Hazırda görünən odur ki, zamanında sabiq deputatın zorakılığı ilə az üzləşməmiş Kərimli və çevrəsi ona daha yaxındır.

Belə iddialar var ki, AXCP lideri hər seçkidə qurban axtarışına çıxdığı kimi, indi də bu cür taktikadan yararlanmaq istəyir. Sonunda H.Abdullayevin timsalında bunu tapıb. İddialara görə, Əli Kərimli 2018-ci il seçkilərində də “Qusqa”nı qabağa verib, onun Milli Şuranın namizədi olmasını hədəfləyib.

İndiyə qədər keçirilən prezident seçkilərinin yalnız birində, 2003-cü ildə namizəd kimi iştirak edən və sonda AMİP lideri Etibar Məmmədovun xeyrinə iddiasından geri çəkilən Ə.Kərimli Milli Şurada əsas söz sahibidir və seçkilərdə necə iştirakla bağlı veriləcək qərarı birbaşa o, müəyyən edəcək. Digər tərəfdən də Kərimli olduqca maliyyə mənbələri əldə etməyə meylli bir siyasətçidir. Almaniyada lüks həyat yaşayan “Qusqa”nın isə imkanları kifayət qədər yüksəkdir. Bir növ bu şəxs Milli Şura üçün əsas maliyyə mənbəyi ola bilər...

Çoxları bu yaxınlığın uzun çəkməyəcəyini düşünür. Ən yaxşı halda prezident seçkilərinə qədər sürəcəyini deyirlər. Hər iki tərəfin bu yaxınlıqda şəxslərinə yönəlik maraqlarının olduğu vurğulanır.

AĞ Partiya başqanı Tural Abbaslı “Qusqa”nın iddiasının qeyri-ciddi olduğunu qeyd etdi: “Hüseyn Abdullayevin namizədlik məsələsinə ciddi yanaşmıram. Çünki bunun üçün onun siyasi potensialının, sadiq komandasının və namizədlik üçün əsas amillərdən olan təmiz keçmişinin olduğuna inanmıram. Bundan başqa, siyasi təcrübə göstərir ki, ölkədən xaricdə qiyabi şəkildə namizədlik vermək və hansısa proses başlatmaq qeyri-mümkündür. H.Abdullayev nə vaxtsa vətənə dönər və namizədlik barədə danışarsa, o zaman bu məsələni nisbətən ciddi qəbul edə bilərəm. Bu gün sirr deyil ki, bəzi qüvvələr özlərinin cılız qrup maraqları üçün bu şəxsə dəstək verməyə çalışırlar. Ancaq Azərbaycan siyasətindən azacıq da olsa məlumatı olan insanlara məlumdur ki, belə ”dəstəklər" quyunun haram və oğurluqla doldurulmuş suyu quruyana qədərdir. Məşhur deyimdə deyildiyi kimi, “Bağda ərik var idi, salam əleyk var idi, bağda ərik qurtardı salam əleyk qurtardı”. Yəni məsələ bu qədər sadə və bəsitdir. Bu gün hansısa maddi maraqlara görə daha dünənə kimi hakimiyyətin cinayətkar dəstə başçısına dəstək vermək nəticəsiz ötüşməyəcək. İllərdir həyatlarını müxalif yolda qurban verən, bu mübarizəyə görə hər şeyini itirən minlərlə cəfakeş səmimi tərəfdarlar belə partiya və qüvvələrə öz yerlərini göstərəcək. Mən məsələni konkret hansısa partiya və quruluşların üzərinə gətirib cılızlaşdırmaq və intriqa predmetinə çevirmək istəmirəm.

Həm də Azərbaycan xalqı çox ayıq xalqdır, kimin nə etdiyini, nə oyun oynadığını, hansı manevrlər etmək istədiyini çox gözəl anlayır. İnanmıram ki, hansısa partiya, siyasi təşkilat və ya Milli Şura yüzlərlə müxalifətçinin döyülməsinə, işgəncəyə məruz qalmasına birbaşa rəhbərlik etmiş bir insanı özünün namizədi elan etsin. Dünənə qədər demokratiyanın, azad sözün, plüralizmin və ümumiyyətlə, demokratik cəmiyyətin qurulmasının önündə cəza dəyənəyi rolunu oynayan bir şəxsin bu gün gəlib daha demokratik Azərbaycan uğurunda “fədakar mübariz”ə çevrilməsi qəti inandırıcı deyil. Özünə, təşkilatına və minlərlə fədakar üzvünə hörmət edən heç kim Hüseyn Abdullayevə dəstək verə bilməz və verməməlidir. Bu məsələ hüquqi məsələdən daha çox mənəvi və vicdani bir məsələdir. Bəzi dostlarımız Hüseyn Abdullayevin zamanında haram yollarla xalqdan oğurladığı pullara çıxış əldə etmək üçün onu siyasi reabilitasiyasına çalışır. Bunu o qədər açıq və kobud şəkildə edirlər ki, insan buna münasibət bildirməyə söz belə tapmır. Buradan belə bir nəticə çıxır ki, sabah bu və ya digər səbəbdən hakim komandadan qovulan istənilən korrupsioner oğurladığı pullar vasitəsilə süni şəkildə müxalif liderə çevrilə bilər. Əgər özlərinə demokratiya carçıları deyən bəzi siyasi qüvvələr və mətbuat orqanları 5-10 manat pulla görə belələrinin müdafiəçisinə və təbliğatçısına çevrilirlərsə, o zaman onların məqsədi azad Azərbaycan yox, şəxsi cibləridir. Bəs haqq-ədalət, bəs vicdan, bəs həya? Mən belə cinayətkarları reabilitasiya etməyə çalışan siyasilərə çağırış edirəm ki, belə avantüralara alət olub olan-qalan etimadlarını və hörmətlərini də itirməsinlər".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AXCP sədri Əli Kərimli ailəsilə birgə... - FOTO

    AXCP sədri Əli Kərimli ailəsilə birgə... - FOTO ...

    12-01-2014, 23:57

  • 
  • Əli Kərimlinin oğlu saxlanıldı (YENİLƏNİB)

    Əli Kərimlinin oğlu saxlanıldı (YENİLƏNİB) ...

    23-09-2013, 13:49

  • 
  • Milli Şuranın liderləri səfirlərlə görüşdülər

    Milli Şuranın liderləri səfirlərlə görüşdülər ...

    26-05-2016, 22:26

  • 
  • “Dinc mübarizəyə başlayacağıq” – Əli Kərimli

    “Dinc mübarizəyə başlayacağıq” – Əli Kərimli ...

    10-10-2013, 11:11

  • 
  • Hakimiyyət Əli Kərimli ilə bağlı dezinformasiya yaydı

    Hakimiyyət Əli Kərimli ilə bağlı dezinformasiya ...

    8-12-2012, 18:47


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu