GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İki azərbaycanlı milyarderin savaşında kim kimin tərəfindədir...

İki azərbaycanlı milyarderin savaşında kim kimin tərəfindədir...

Tarix: 23-11-2017, 16:22 Bölmə :Cəmiyyət Baxış: 421
İki azərbaycanlı milyarderin savaşında kim kimin tərəfindədir...



Mübariz Mənsimovla Vahid Ələkbərovun məhkəmə və informasiya çəkişməsinə Bakıdan birmənalı mövqelər – “Mənfimovun yanındayıq”

Azərbaycandan kənarda yaşayan, uğurlu biznes quran iki milyarder soydaşımız arasında qalmaqal böyüyür. Türkiyə əsilli “Palmali”nin Rusiya əsilli “LUKoil”ə qarşı London Arbitraj Məhkəməsində qaldırdığı 2 milyard dollarlıq iddia, açıq informasiya savaşı ilə müşayiət olunmaqdadır.
Xatırladaq ki, azərbaycanlı milyarder Mübariz Mənsimovun sahibi olduğu “Palmali” Şirkətlər Qrupu tərkibində fəaliyyət göstərən “Palmali Denizçilik” şirkəti bu ilin iyulunda daha bir azərbaycanlı milyarder Vahid Ələkbərovun rəhbərliyi altında çalışan, Rusiyanın neft nəhəngi “LUKoil”in “Litasco” şirkətini məhkəməyə verib. Xəzər dənizində daşıma ilə məşğul olan ən böyük şirkətlərdən olan “Palmali” müqavilə qaydalarını pozduğuna görə “Litasco”dan 2 milyard dollarlıq təzminat tələb edir.

Məhkəmə iddiası qaldırılandan 2 ay sonra – sentyabrda “LUKoil” mərkəzi ofisi Cenevrədə yerləşən “Litasco” şirkətinin satılması barədə qərar qəbul edib.

Bu, M.Mənsimovun daha bir iddia ilə məhkəməyə üz tutmasına səbəb olub. Bu barədə danışan milyarder satış qərarının məhz məhkəmə iddiasından yayınmaq məqsədi ilə alındığını bildirib. M.Mənsimov əlavə edib ki, 2005-ci ilin yanvarın 18-də “Palmali Holding” və “Litasco” arasında 10+5 illik müqavilə imzalanıb. Sənədin şərtlərinə əsasən, “Palmali Holding” “Litasco”dan 440 milyon dollarlıq gəmi almalı idi: “Lakin “Litasco” müqavilənin şərtlərini pozduğuna görə, “Palmali Holding” 4 milyard dollarlıq zərərlə üzləşib. 2015-ci ildə hər iki şirkət yenidən danışıqlar masasına əyləşdi. Lakin qarşı tərəfin irəli sürdüyü şərtlərin, müddəaların heç bir hüquqi əsası yox idi. Buna baxmayaraq, “Lukoil” qanunsuz əsasları birjaya qanuni kimi təqdim edib. Məqsəd isə “Litasco”nu yaxşı qiymətə satmaq, paralel olaraq şirkətin səhmlərinin ucuzlaşmamasına nail olmaq idi. Ancaq “Palmali Holding” bəyan edir ki, yeni müqavilənin bəzi müddəaları qanunsuzdur, bu səbəbdən də biz “Litasco” ilə yeni müqavilə imzalamamışıq”.

Məhkəmə iddiası qaldırıldıqdan sonra Rusiya mətbuatında “Palmali”yə qarşı yönəlmiş yazılar intensivləşməyə başlayıb. Noyabrın əvvəlindən isə bu proses açıq informasiya savaşına çevrilib. Belə ki, ayın əvvəlində “Nezavisimaya qazeta”da şirkətin əleyhinə yönəlmiş, “LUKoil”lə bağlanan müqaviləni təhrif edən böyük material dərc edilib. Həmin materialda hətta V.Ələkbərovun da fikirlərinə yer verilib. Hansı ki, o, “Palmali”nin iflas həddində olduğunu, məhkəmə iddiasını da iflasdan qaçmaq üçün qaldırdığını iddia edir. Materialda həmçinin şirkətin Rusiyadakı törəməsinin irihəcmli vergidənyayınma faktının aşkarlandığı qeyd edilir.

Bir neçə gün əvvəl isə eyni iddia ilə “Russia Today” telekanalı xəbər yayıb. Xəbərdə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) İqtisadi Təhlükəsizlik Xidmətinin “Palmali” şirkətlər qrupunun bu ölkədəki nümayəndəliyinə qarşı 1 milyard rubl həcmində vergidənyayınma şübhəsi ilə araşdırmalara başladığı, şirkətin maliyyə vəsaitlərini Rusiyadan çıxarmaqda ittiham olunduğu və sair bildirilir.
“Palmali”nin regional ofis rəhbərinin birinci müavini Tuyqun Nadirov Azərbaycan mətbuatına bildirib ki, yayılan xəbərlər uydurmadır. T.Nadirov deyib ki, bir neçə il bundan öncə Rusiyanın vergi orqanları “Palmali”ni vergidən yayınmaqda ittiham edib, lakin şirkətlər qrupu məhkəmə yolu ilə bunun əsassız olduğunu sübut edib: “Qəti şəkildə bildirirəm ki, “Palmali” şirkətlər qrupunun nə Rusiyanın vergi, nə də hüquq-mühafizə orqanları ilə heç bir problemi yoxdur. Bundan başqa, əminliklə deyirəm ki, bu qəbildən olan yazılar sifarişli xarakter daşıyır və uydurmalara əsaslanır”.

Göründüyü kimi, V.Ələkbərov “Palmali”yə qarşı yalnız məhkəmə müstəvisində deyil, informasiya sahəsində də müharibə aparmağa başlayıb. Bu müharibəyə isə Rusiyadakı erməni əsilli mətbuat nümayəndələri həvəslə dəstək verirlər.

Azərbaycan mətbuatı, cəmiyyəti iki milyarder soydaşımızdan hansının mövqeyini müdafiə etməlidir? Bu informasiya savaşında dəstəyimiz kimdən yana olmalıdır?

Sualla müraciət etdiyimiz Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, münaqişədə birmənalı şəkildə M.Mənsimovun tərəfindədir: “Mübariz Mənsimovun Azərbaycana bağlılığı, Azərbaycanla bağlı problemlərdə daha çox iştirakı, üzünü Rusiyadan Türkiyəyə çevriməsi məsələləri nəzərə alaraq, bu məsələdə onun tərəfində olmalıyıq. Hesab edirəm ki, bütün Azərbaycan onun tərəfində olmalıdır. Həm hər zaman özünü azərbaycanlı, bu vətənin oğlu kimi aparmağı, həm də haqlı olduğu baxımından bunu haqq edir.”

Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı V.Ələkbərovun heç vaxt Azərbaycanla, Rusiyaya gedən, orada yaşayan hansısa soydaşımızla bağlı hansısa aksiyaya dəstək verdiyini, hansısa çalışmalarda iştirak etdiyini eşitmədiyini bildirdi: “Bu adam bizim soydaşımız olsa da, özünü həmişə Rusiyanın vətəndaşı, Rusiyanın maraqlarının müdafiəçisi kimi aparıb. Yəni o, həmişə Rusiyanın adamı olub, belə də qalacaq. Amma Mübariz Mənsimov harada olsa belə, ilk öncə azərbaycanlı olduğunu qabardır. Azərbaycanın problemlərinə öz problem kimi yanaşır, üstünə gedən soydaşlarımıza hər cür dəstək verir, müalicəyə ehtiyacı olanlara yardım göstərir. Yəni buradan Rusiyaya gedib problemlə üzləşən heç bir soydaşımızın ağlına gəlməz ki, Vahid Ələkbərovun üstünə getsin. Amma Türkiyədə belə bir hal olan kimi hamı Mübarizin yanına gedir. Çox istəyərdim ki, Azərbaycandan kənara gedən hər bir soydaşımız ölkəmizi Mübariz Mənsimov kimi sevsin, həmvətənlərimizə onun qədər can yandırsın.”

Rusiya mətbuatında “Palmali”yə qarşı materialların çoxalmasını E.Eyvazlı münaqişədə məhz M.Mənsimovun haqlı tərəf olmasının göstəricisi kimi qiymətləndirir: “V.Ələkbərov haqlı tərəf olsaydı, məhkəmə araşdırmasının nəticələrini gözləyərdi. Bu üsullara əl atılırsa, demək ki, hüquqi müstəvidə mövqeyinin doğru olmadığını bilir.”

gundemxeber.az musavat.com-a istinadla bildirir ki, birlik rəhbəri deyir ki, bu məsələdə Azərbaycanın maraqlarını nəzərə alan hər kəs M.Mənsimovun tərəfində olmalıdır. “Güzəran” Sosial-İqtisadi Araşdırmalar Birliyinin rəhbəri Qadir İbrahimli isə deyir ki, iki azərbaycanlı milyarderin savaşında mövqe tutarkən diqqətli olmalı, kimin haqlı, kimin haqsız olduğu nəzərə alınmalıdır: “Yanaşmamız qərəzli olmamalı, hər iki tərəfə eyni olmalıdır. Vahid Ələkbərov Rusiya vətəndaşı olduğu, bu ölkənin mətbuatına çıxış imkanları güclü olduğu üçün orada onun xeyrinə ola materiallar tez-tez gedir. Bu məsələdə Mübariz Mənsimovun mövqeyi bir qədər zəif görünür. O baxımdan ki, Türkiyə mətbuatında onun mövqeyindən çıxış edən yazılar demək olar ki, yoxdur, yaxud da çox zəifdir. Hesab edirəm ki, ən azı Tükiyə mətbuatında təbliğatı gücləndirə bilər”.

Birlik rəhbəri də o mövqedədir ki, iki milyarderdən Azərbaycana daha çox yaxın olanı, əlbəttə, M.Mənsimovdur: “Yəni Mübariz Mənsimov daha çox azərbaycanlıdır, nəinki Vahid Ələkbərov. Lakin biz Vahid Ələkbərovu da kənara qoya bilmərik, onun da Azərbaycanda biznesi, yatırımları var. Eyni zamanda “Palmali”nin də batdığını demək qətiyyən mümkün deyil. Dünya neft bazarındakı böhran bu sahəyə bağlı bütün sektorları vurdu. Neft daşımaları birbaşa neftin qiymətinə bağlı bir sahədir, buna görə də həm “LUKoil”, həm də “Palmali” xeyli zərər gördülər. Lakin bu, onların məhv olduğu anlamına gəlmir. Hazırkı çəkişmə də neft daşımaları sahəsindəki rəqabətdən doğan çəkişmədir. Və müşahidələr göstərir ki, Mübariz bu məsələdə özünü daha təmkinli aparır. Bu isə onun hüquqi baxımdan mövqeyinin daha güclü olmasından xəbər verir”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Milyarderlərimiz arasında dava: Mübariz Mənsimov Vahid Ələkbərovdan 2 milyrad istəyir

    Milyarderlərimiz arasında dava: Mübariz Mənsimov ...

    18-09-2017, 02:30

  • 
  • “Lukoil” onu məhkəməyə verən “Palmali”yə qarşı hücuma keçdi: "“Palmali” müflisləşmə ərəfəsindədir. "

    “Lukoil” onu məhkəməyə verən “Palmali”yə qarşı ...

    10-11-2017, 11:48

  • 
  • Putin masallılı və bakılı oliqarxın “qələmini niyə qırıb”?

    Putin masallılı və bakılı oliqarxın “qələmini ...

    26-09-2017, 10:30

  • 
  • FTX Mübariz Mənsimovla bağlı araşdırmalara başladı

    FTX Mübariz Mənsimovla bağlı araşdırmalara başladı ...

    22-11-2017, 14:00

  • 
  • Milyarder "Palsüd" zavodunu bağlamayacaq

    Milyarder "Palsüd" zavodunu bağlamayacaq ...

    31-07-2013, 00:49


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu