GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sabiq MTN şefinin həbsi nə vaxt reallaşacaq?

Sabiq MTN şefinin həbsi nə vaxt reallaşacaq?

Tarix: 3-12-2017, 13:49 Bölmə :Cəmiyyət Baxış: 373
Sabiq MTN şefinin həbsi nə vaxt reallaşacaq?


Eldar Mahmudovun komandasına daxil olan və “MTN işi” üzrə sayca 4-cü məhkəmə prosesi də yekunlaşdı. Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevə hökm oxundu. E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edildilər. Bundan öncə nazirliyin Nəqliyyat və Energetika sahələrində Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik etmiş Akif Çovdarov və 3 işçisinin, İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərovun və Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi Mirəziz Əsgərovun ayrı-ayrılıqda məhkəmələri keçirilmişdi. Aralarında daha 3 MTN generalının da olduğu, 12 nəfərin mühakiməsi isə davam edir. Bu yaxınlarda həbs olunan daha bir sabiq MTN-çi – Eldar Mahmudovun köməkçisi olmuş əmisi oğlu Vüqar Mahmudov isə istintaq altındadır.

2015-ci il oktyabrın 17-də MTN-dəki əməliyyatla başlayan həbslər, istintaq və məhkəmə prosesləri sona çatmaq üzrə ikən “MTN işi” çərçivəsində həbsə alınanlara uzun illər rəhbərlik etmiş Eldar Mahmudovun da ətrafında halqa daralmağa başladı.

gundemxeber.az xəbər verir ki, bunu “Yeni Müsavat” qəzeti yazıb.

Qəzet qeyd edir ki, E. Mahmudova 2015-ci ilin oktyabrından – işdən çıxarılandan sonra dəymirdilər. İstintaqa çağırıb dindirmirdilər. 2017-ci ilin noyabrına taleyi qədər qeyri-müəyyən olaraq qalırdı.

Yada salaq ki, 2016-cı ilin oktyabrında baş prokuror Zakir Qaralov Eldar Mahmudovun həbs olunması ehtimalı barədə suala cavablandırmışdı. Demişdi ki, ləğv olunmuş MTN əməkdaşları haqda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində də istintaq davam edir. Bütövlükdə istintaq 280 epizod üzrə aparılır.

Sitat:

“Artıq bilirsiniz ki, həmin cinayət işlərindən biri məhkəməyə göndərilib, digərləri üzrə istintaq davam edir. İstintaqın sonunda kimin həbs olunub-olunmayacağı bəlli olacaq. Prokurorluq orqanlarının ümdə vəzifələrindən biri də vətəndaşlarımızın ərizə və şikayətlərinin baxılmasıdır. Müraciətlər araşdırılır, müvafiq tədbirlər də görülür. Kimin məsuliyyəti varsa, o, məsuliyyətdən kənarda qalmayacaq”.
Belə görünür ki, baş prokurorun açıqlamasında vurğuladığı “kimin məsuliyyəti varsa, o, məsuliyyətdən kənarda qalmayacaq” fikri əsassız deyilmiş. E.Mahmudovun 2 il sonra – 2017-ci ilin noyabrında istintaqa çağırılaraq dindirilməsi də bunu sübut edir.

Eldar Mahmudov işdən azad edilib, Milli Təhlükəsizlik Nazirliyinin də ləğvindən sonra və o və komandası ağır iqtisadi cinayətlərdə ittiham edilir. Keçmiş MTN əməkdaşlarından çox sayda yüksək rütbəli zabit hazırda həbsdədir. Amma keçmiş nazir Eldar Mahmudovun özü hələlik həbs edilməyib. O, haqqında səslənən ittihamlara cavab verməyib. MTN-lə bağlı prosesi yaxından izləmiş, hətta bəzi məhkəmə iclaslarında şəxsən iştirak etmiş hüquqşünas Əyyub Kərimov mediaya açıqlamasında deyib ki, “MTN işi” çərçivəsində aparılan proseslərdə ortaya çıxarılanlar aysberqin görünən tərəfidir.

Ekspert deyir ki, konkret MTN polkovniki Vüsal Ələkbərovla bağlı hökmdə törədilən cinayətlərdə azadlıqda olan başqa generalların da adları çəkilir: “Mən o hökmlə tanış olmuşam, yazılıb ki, “Vüsal Ələkbərov və barələrində cinayət təqibi davam etdirilən digər şəxslərin birləşdikləri cinayətkar qrup”. Yaxud “Vüsal Ələkbərov və qeyrilərindən ibarət mütəşəkkil dəstə...” ifadəsi tez-tez keçir. “Qeyriləri” deyəndə Eldar Mahmudov, Mövlan Şıxəliyev və onun müavini Təhsin Ağayev nəzərdə tutulur. Əgər bu adamlar haqqında yetərincə sübut varsa, niyə onlar kənarda qalıb? Düzdür, məhkəmənin hökmündə də “barələrində cinayət təqibi davam etdirilən” ifadəsi yer alıb.

Başqa sözlə, onlar təqsirləndirilən şəxs qismində cəlb olunmasalar da, nəzarət altındadır. Bəs bu işi başa çatdırmağa mane olan nədir? Yenə də məsələ gəlib siyasi iradəyə dirənir”. Ə.Kərimov MTN-çilərin törətdikləri iddia olunan əməllərdə prokurorluq və məhkəmələrin də məsuliyyətinə diqqət çəkir. Deyir ki, MTN-çilərin kimisə qanunsuz həbs etdiyini deyəndə həbs qərarlarına imza atmış hakimləri də yaddan çıxarmaq olmaz. Eləcə də istintaqa nəzarət orqanı olan prokurorluğun: “Vüsal Ələkbərov özü də məhkəmədə bunu dedi. Hesab edək ki, bu adamlar qanunsuzluq edib, saxta ittihamla kimisə tuturdu, bəs məhkəmə niyə saxta ittihamla adamın həbsinə qərar verirdi? İstintaqa nəzarət etməli olan prokurorluq hara baxırdı? Niyə həmin hakimlər, prokurorlar məsuliyyətə cəlb olunmayıb?”

Xatırladaq ki, V.Ələkbərovun cinayət işi üzrə proses bu ilin iyulunda Bakı Hərbi Məhkəməsində yekunlaşıb. MTN İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Həmin prosesdə həmçinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və həmin nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlan Şıxəliyevin barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarılıb və həmin qərarın surəti icra olunması üçün aidiyyəti üzrə prokurorluğa göndərilib. Belə məlumatlar var ki, E.Mahmudovun dindirildiyi epizodlardan biri də bu iş üzrə olub. Mümkündür ki, sabiq naziri növbəti dinirmələrdən birində həbs edəcəklər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudova cinayət işi açıldı — QƏRAR

    Eldar Mahmudova cinayət işi açıldı — QƏRAR ...

    10-07-2017, 16:45

  • 
  • Akif Çovdarovun vəkilləri çıxış edir

    Akif Çovdarovun vəkilləri çıxış edir ...

    20-09-2017, 11:45

  • 
  • Eldar Mahmudovun məhkəməyə çağırılması barədə vəsatət qaldırıldı

    Eldar Mahmudovun məhkəməyə çağırılması barədə ...

    2-10-2017, 15:36

  • 
  • ​Tağı Əhmədovun 3 milyon manatlıq iddiasına baxılmadı

    ​Tağı Əhmədovun 3 milyon manatlıq iddiasına ...

    30-10-2017, 19:57

  • 
  • Vəkil Çovdarovun günahsız olduğunu iddia etdi

    Vəkil Çovdarovun günahsız olduğunu iddia etdi ...

    20-09-2017, 20:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu