GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “AMAY Abdulla”nın bitməyən tikinti qalmaqalı və ya milyonlar necə mənimsənilib

“AMAY Abdulla”nın bitməyən tikinti qalmaqalı və ya milyonlar necə mənimsənilib

Tarix: 16-12-2017, 19:39 Bölmə :Cəmiyyət Baxış: 403
“AMAY Abdulla”nın bitməyən tikinti qalmaqalı və ya milyonlar necə mənimsənilib



Bir neçə il öncə bir mənzilin 3-4 nəfərə satılması faktları ilə tez-tez qarşılaşırdıq. Belə xoşagəlməz hallara “imza atan” şirkətlərdən biri də Abdulla Abdullayevin (AMAY Abdulla) rəhbəri olduğu “Xudafərin MMC” şirkətidir.

Şirkət bir neçə il ərzində Atatürk prospekti 30-78 ünvanında tikilən yaşayış binasında 40-dan çox mənzili müxtəlif tarixlərdə 3-4 nəfərə satıb. İndi həmin şəxslər nə pullarını geri ala, nə də mənzil sahib ola bilirlər. Kimə, hansı quruma müraciət etsələr də şikayətləri nəticəsiz qalır.
Sputnik Azərbaycan-ın məlumatına görə, artıq MMC-dən şikayətçi olan sakinlərin sayı 150-ni keçib. Şikayətçi Cəfər Cəfərov deyir ki, o, 2012-ci ildə 130 min dollar ödəyərək həmin binada iki mənzil alıb: "Mənzilimi təmir etdirmək üçün gedəndə məlum oldu ki, mənzilim başqasına da satılıb. Şirkətin məsul şəxslərinə bununla bağlı müraciətlər etsəm də, onlar min cür bəhanə gətirərək problemdən yayınırlar. Cəzalandırılmasını tələb edirik".

Cəfərov bildirir ki, elə sakinlər var, dəfələrlə binanın damına çıxıb intihar etməyə cəhd edib: "Biz də yorulmuşuq, ya mənzilimizi versinlər, ya da pulumuzu qaytarsınlar. Biz yalan vəd istəmirik".
Digər şikayətçi İsmət Novruzov da 2011-ci ildə “Xudafərin MMC”-də mənzil aldığını, hətta mənzilinin bir hissəsini təmir də etdirdiyini deyir. Amma 2013-də mənzil bir başqasına satılıb və həmin şəxs bina hələ tikilib Fövqəladə Hallar Nazirliyinin yoxlamalarından keçməmiş mənzilə "çıxarış" alıb.
İ.Novruzov vurğulayır ki, həmin mənzil üçün 2011-ci ildə 85 min dollar ödəyib: "Özüm 1996-cı ildən ayı 400 manata kirayə yaşayıram. Mənim bu mənzilə çox ehtiyacım var. O pulu da illərlə, qəpik-qəpik yığmışdım".
Binada aldadılan sakinlərdən Rüstəmova Minarənin həyat yoldaşı söyləyir ki, o da 2011-ci ildə “Xudafərin MMC”-dən mənzil alıb və 100 min dollar pul ödəyib. Ancaq sonradan məlum olub ki, mənzil eyni zamanda 3 adama satılıb: "Abdulla Abdullayev 150-ə yaxın şəxsi aldadıb. Mənzillər eyni vaxtda 3 adama satıb. Heç kim mənzilinə yaxın dura bilmir. Özü 200 min manatlıq avtomobildə gəzir, sevgili saxlayır. Biz qalmışıq çöllərdə. Binəqədi rayon Məhkəməsi də bütün sakinlərə qərardad verib ki, mənzil sizindir. Yəni 40-a yaxın mənzilin 150-ə yaxın sahibi var. Bir mənzil 3-4 nəfərə satılıb. Artıq yorulmuşuq, dirənmişik".
A.Abdullayevin aldatdığı sakinlərdən biri də Məmmədov Ceyhun Səfər oğludur. O da mənzil üçün 125 min dollar ödədiyini bildirir: "Mən də bu binada mənzil almışdım. Sonradan məlum oldu ki, mənzilim bir neçə nəfərə satılıb. Gəlib Abdulla ilə danışdım. Dedi ki, Ceyhun Hacıbəyli küçəsində onun kafesi var və mənə pulumun əvəzinə o kafeni verir. Çarəsizlikdən razılaşdım. Apardı, göstərdi, açarlarını verdi. Sonra gedəndə gördüm ki, kilidi dəyişdiriblər. Zəng elədim, dedi ki, onu satışdan çıxarmışıq. Qaldım ortada. Mən o pulu rahat qazanmamışdım və ya küçədən tapmamışdım".
Digər şikayətçi İxtiyar Rəhmanov isə bu binada 2013-cü ildə mənzil alıb. Deyir ki, həmin mənzil üçün 108 min dollar ödəyib, ancaq digər sakinlər kimi aldadılıb.
Sakinlər deyir ki, artıq şikayətlərini kimə edəcəklərini özləri də bilmirlər. Hara, kimə müraciət etsələr də, müraciətləri cavabsız, nəticəsiz qalır. Saytımız vasitəsi ilə şikayətlərinin ölkə başçısına çatdırılmasını istəyirlər:
"Hər yerə müraciət etmişik, kimsə bizi eşitmir. Hamı “Amay Abdulla”dan qorxur. Düşünürük ki, problemimizi bir tək prezident həll edə bilər”.
Xatırladaq ki, “Xudafərin MMC”-nin Atatürk prospekti 30-78 ünvanında inşa etdiyi binanın təməli 2001-ci ildən qoyulsa da, bina mübahisəli olduğu üçün 16 ildir inşası bitməyib və bina təhvil verilməyib. Şirkət sahibindən isə şikayətçi olan onlarla insan var. Problem illərdir həll edilmir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “AMAY”-ın sahibi Zakir Qaralovu ittiham etdi

    “AMAY”-ın sahibi Zakir Qaralovu ittiham etdi ...

    16-04-2015, 12:15

  • 
  • "AMAY Abdulla" kassasiya şikayəti verdi

    "AMAY Abdulla" kassasiya şikayəti verdi ...

    18-05-2016, 19:22

  • 
  • "AMAY Abdulla" kassasiya şikayəti verdi

    "AMAY Abdulla" kassasiya şikayəti verdi ...

    18-05-2016, 19:22

  • 
  • “Xudafərin” MMC-də rüsvayçılıq

    “Xudafərin” MMC-də rüsvayçılıq ...

    20-12-2012, 13:50

  • 
  • “AMAY Abdulla” şikayətini geri götürüb

    “AMAY Abdulla” şikayətini geri götürüb ...

    10-03-2016, 00:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu