“İnsanların saglamlıgını saya salmadan fəaliyyət göstərən bir çox stomotoloji kabinetlər, əslində ciddi nəzarətə götürülməli və müvafiq qaydalar əsasında da fəaliyyətləri dayandırılmalıdır”
Bu da bir həqiqətdir ki, 1991-ci ildə Azərbaycan Respublikası müstəqillik hüququnu əldə etdikdən sonra hər sahədə oldugu kimi, səhiyyə sahəsində də bir çox islahat proqramları həyata keçirildi. Aparılan islahatlar nəticəsində baş verən dəyişikliklərin nəticəsi o oldu ki, dövlət səhiyyə müəssisələri ilə bərabər, bir çox özəl tibb müəsssisələri, ayrı-ayrı diaqnostik mərkəzlər də fəaliyyət göstərməyə basladılar. Əslində baş verən bu müxtəliflik rəqabəti və inkisafı sürətləndirdi ki, bu da dünya praktikasında özunu tam sübuta yetirmis bir hadisə oldu. Həmin illərdə baş verən rəqabətin və inkişafın nəticəsi olaraq, tibbin bəzi sahələri tam şəkildə olmasa da, böyuk bir qismi özəlləşdirildi. Özəlləşdirilən sahələr içərisində stomoloji xidmət lap önə çıxdı. Hal-hazırda respublikamızda sotomoloji xidmətin hansı səviyyədə olması, ümumi göstəricilər, bu sahədə nə kimi xoşagəlməz problemlərin yaşanması və s. sanki həyatımızın ən aktual mövzulardan biri hesab olunur. O da danılmaz bir həqiqətdir ki, bu gün respublikamızın şəhər və rayonlarında, iri yaşayış məntəqələrində və s. dünya standartlarına cavab verən müasir tipli stomoloji klinikalar fəaliyyət göstərir ki, həmin klinikalarda da təcrübəli və peşəkar mütəxəssislər əhaliyə tibbi xidmət göstərməkdə davam edirlər. Belə bir halın varlığına baxmayaraq, bu gün stomotoloji sahədəki problemlər heç də aradan qaldırılmayıb. Ona görə də çoxsaylı oxucuların diqqətini, məhz bu sahədə əmələ gələn və bənzəri olmayan fəsadların əmələ gəlməsinə səbəb olan amillərin varlığına yönəltmək istəyirəm. Təəssüf hissi ilə qeyd edim ki, hazırda ölkəmizin əksər şəhər və rayonlarında heç bir standarta cavab verməyən, lisenziyası olmadan qeyri-qanuni əsaslarla fəaliyyət göstərən çoxsaylı özəl stomotoloji kabinetlər var ki, həmin kabinetlərdə də heç bir tibbi təhsili olmayan “dis həkimləri” çalışmaqdadırlar. Apardığım şəxsi müsahidələrimə görə, həmin “həkimlər”in çoxu Gürcüstanda və Dagıstanda qiyabi (hansı ki, heç bir ölkədə tibbi təhsilin qiyabi şöbəsi yoxdur) tibbi təhsil aldıqlarını bildirərək, əslində insanlara ucuz, olduqca keyfiyyətsiz, sanitar epidemioloji göstəricilərə riayət etmədən birbaşa şəxsi mənafelərini güdməklə fəaliyyət göstərməkdə davam edirlər. Əslində saxta yollarla fəaliyyət göstərən bu cür “həkimlər” tibbi təhsilə deyil, yalnız orta təhsilə malik olduqlarından, bugünkü zəmanəmizin qorxulu xəstəlikləri olan hepatit B, hepatit C və “SPID”in və digər yolxucu xəstəliklərin geniş yayılmasında böyük rol oynayırlar. Acınacaqlı hal odur ki, saxta diş həkimlərinin şəhər və rayonlarda stomotoloji kabinetlər açıb fəaliyyət gostərmələrinə, bu gün də aidiyyəti qurumlar göz yummaqda davam edirlər. İnsanların saglamlıgını saya salmadan fəaliyyət göstərən bu cür stomotoloji kabinetlər, əslində ciddi nəzarətə götürülməli və müvafiq qaydalar əsasında da fəaliyyətləri dayandırılmalıdır. Yəni, belə bir addımı atmaq ilk növbədə aidiyyəti qurumların və bu sahəyə cavabdehlik daşıyan digər vəzifə sahiblərinin əsas vəzifəsi olmalıdır. Mən belə bir açıqlamanı dərc etməklə hər kəsə bir daha onu bildirmək istəyirəm ki, diş xəstəlikləri ilə bağlı hansı həkimin yanına getməzdən öncə bir daha düsünün, götür-qoy edin. Çünki, bu dünyada cansaglıgından üstün heçnə yoxdur və ola da bilməz! Sağlamlığınızı ali təhsilli və iş təcrübəsi kifayət qədər yetkin olan həkimlərə etibar edin ki, gələcək həyatınızda hansısa problemlərlə üz-üzə qalmayasınız.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?