GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Fazil Məmmədovun 200 “kitayski roza” istixanası üzə çıxdı - VİDEO+FOTOLAR

Fazil Məmmədovun 200 “kitayski roza” istixanası üzə çıxdı - VİDEO+FOTOLAR

Tarix: 8-01-2018, 11:59 Bölmə :Cəmiyyət Baxış: 495
Fazil Məmmədovun 200 “kitayski roza” istixanası üzə çıxdı - VİDEO+FOTOLAR


Sabiq vergilər nazirinin biznes imperiyası ilə bağlı yeni şok faktlar

Fazil Məmmədov vergilər naziri postundan çıxarılandan sonra özünün və yaxınlarının adına rəsmiləşdirdiyi əmlakları digər şəxslərin adına keçirməsi haqda məlumatlar yayılıb. Bildirilir ki, Fazil Məmmədov nazir postunda ikən Şəmkirdə inşa etdirdiyi müxtəlif tikililəri özgəninkiləşdirməklə əlindən çıxarılmasını önləmək istəyir. Onun Şəmkirdəki mal-mülkü isə bir deyil, iki deyil...

Uzun illər ölkənin ən iri məmur oliqarxları sırasında ilk üçlükdə olmuş Fazil Məmmədovun böyük bir biznes imperiyası var. Nazirliyi dövründə xüsusilə özəl sektora təsir dairəsinin genişliyi Fazil Məmmədova böyük pullar əldə etməyə, özünə sərvət toplamağa imkan yaradıb. Sahibkarlar kasıbladıqca Fazil Məmmədov məmur-oliqarx ranqına çatıb, biznesi də ölçüsüz corab kimi genişlənib. Onun Ukraynanın, Rusiyanın, Çexiyanın turistik zonalarından tutmuş Azərbaycanının dörd bir tərəfində biznes strukturları var. Almaniyada 2 fabrikinin olması xəbəri də mətbuatda illər əvvəl yazılıb.

Sabiq nazirin ata yurdu Şəmkirdə isə demək olar ki, hər tində bir müəssisəsi, fabriki, istixanaları, quşçuluq fabrikləri və s. biznes strukturları var.

Şəmkirə səfərimiz zamanı qarşımıza çıxan biznes obyektlərindən hansına şəhadət barmağımızı tuşladıqsa, bələdçilərimizdən “Fazil Məmmədovundur” cavabını aldıq. Rayonun girişindəki “Şəmkir səbəti” adlı hipermarketdən tutmuş, Sabirkənd kəndi ərazisindəki saysız-hesabsız istixanalara qədər gəlir gətirən hansı sahə varsa, ora sabiq nazirindir. Sanki vergilər nazirindən savayı Şəmkirdə iş qura bilən bir iş adamı, sahibkar olmayıb. Tutan da, vuran da, alan da, satan da bir nəfər olub ki, adı da hər kəsə bəllidir.

Sabirkəndə axşam saatlarında çatmışdıq. Gördüklərimiz sanki bir nağıl idi. Yan yana 200-ə yaxın istixana düzülüb, hər birinin daxilindəki də işıq seli göz qamaşdırır. Sabiq nazirin kəndin girəcəyindəki istixanaları sanki Sabirkəndin çılçıraqlardır. Hər istixananın ölçüsü də çox nəhəngdir. Öyrənirik ki, Fazil Məmmədov bu istixanalarda əsasən “kitayski roza” əkdirir və xaricə daşıtdıraraq satdırır.

Bakıda “kitayski roza”nın ən ucuzu 2 manatdır. Fazil Məmmədovun istixanalarından ildə milyonlarla gül yığıldığı haqda da xəbər aldıq. Keçmiş nazir “Şəmkir-Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətini 2005-ci ildə yaradıb. Sakinlər deyirlər ki, Fazil Məmmədov buranı qardaşı Vaqif Məmmədovun adına rəsmiləşdirib. Zəyəm qəsəbəsində yerləşən, sovet dövründə “Bakı avtomobil ehtiyat hissələri” zavodunun filialı kimi fəaliyyət göstərən zavod da Fazil Məmmədovun nəzarətinə keçib. Adı “Zəyəmkəndmaş”a dəyişdirlən zavodda Fazil Məmmədovun istixanaları üçün metal konstruksiyalar hazırlanıb. Nazirə məxsus olduğu bildirilən daha bir obyekt - “Şəmkir Ət-süd” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisənin icraçı direktoru Fazil Məmmədovun qardaşı oğlu Tamerlan Məmmədovdur. Bundan başqa “Yalta Meşə Ailəvi İstirahət Mərkəzi” də Fazil Məmmədovun xeyir-duası ilə yaradılıb.

Rayon sakinləri deyir ki, istirahət mərkəzi eks-nazirin əmisi oğlu Kamal Məmmədovundur. Rayon sakinləri deyir ki, Fazil Məmmədov vergilər naziri postunda olarkən Şəmkirə böyük pullar yatırıb. Amma bu pullardan sadə şəmkirlilərə çatan çox az bir hissə olub. Əhali bu işlərin görülməsi nəticəsində Şəmkirə məxsus bir sıra ənənəvi ştrixlərin, alman məhəlləsinin, almanlardan qalma qədim konyak zavodunun dağıdılmasını da dilə gətirdilər.

Fazil Məmmədovun Şəmkirdə gördürdüyü işlər rayonun bir çox sakinlərinə, xırda biznesmenlərə badalaq vurulması ilə nəticələnib. Torpaqları əllərindən alınıb, obyektləri, evləri sökülüb. Kompensasiya kimi isə qəpik-quruş ödənilib, etirazları qulaqardı olunub. Şəmkirə böyük paralar yatırdığından o, son illərə qədər bura kənar maliyyənin daxil olmasına da imkan verməyib.

Rayonda onu da öyrəndik ki, sabiq nazir təkcə bu rayonda deyil, eyni zamanda Gədəbəy rayonunda da saysız obyektlər əldə edib. Bu sırada Şəmkir və Gədəbəy rayonları arasında yerləşən Yasamal dağında təxminən 30 hektarlıq bir ərazi də var. Geniş meşə massivi olan ərazidə vaxtilə sakinlər istirahət edib. Günlərin birində isə Fazil Məmmədovun yolu bu ərazilərə düşüb və meşə massivi də Fazil Məmmədovun “ölçüsüz corab”ının bir parçasına çevrilib.

Meşə massivini mənimsənilməsi daha çox narazılıqlara səbəb olsa da, bu, Fazil Məmmədova ərazidə imarət və ətrafında çoxsaylı villalar tikdirməyə mane olmayıb. Beləcə “Yastı meşəsi” adlanan istirahət zonası da F.Məmmədovun saysız-hesabsız obyektlərindən birinə çevrilib.

Xırda talalarla zəngin olan əsasən, meşələrin əhatə etdiyi Yasamal dağında çoxlu bulaqlar da var və insanlar daha çox həmin bulaqların başında süfrə qurub piknik etməyi sevirlər. F.Məmmədov isə “Yastı meşəsi” ilə bərabər bütün bu cür talaları, bulaqların hamısını zəbt edib.

Şəmkir və ətraf rayonlarda gəzdikcə Fazil Məmmədovun 17 ildən artıq rəhbərlik etdiyi nazirliyin adının korrupsiyalaşmış dövlət qurumlarının ön sırasında çəkilməsinin, onun işçilərinin xüsusilə sahibkarlıq fəaliyyətinə yerli-yersiz müdaxilələrə yol verməsinin hansı maddi nemətlərin toplanmasına yol açdığına böyük bir qənaət formalaşır. Hansı ki, bu işləri xırda sahibkarlar görməli, işlərini böyütməli və dövlətə vergi ödəməli idilər.

Onları əvəzləyən Fazil Məmmədov özü varlanmaqla yanaşı sahibkarların qarşısında “çin səddi”nə çevirilib, ən əsası isə dövlət büdcəsinə milyonlarla, milyardlarla manat vergilər çatmayıb.../musavat.com



Fazil Məmmədovun 200 “kitayski roza” istixanası üzə çıxdı - VİDEO+FOTOLAR
Fazil Məmmədovun 200 “kitayski roza” istixanası üzə çıxdı - VİDEO+FOTOLAR
Fazil Məmmədovun 200 “kitayski roza” istixanası üzə çıxdı - VİDEO+FOTOLAR
Fazil Məmmədovun 200 “kitayski roza” istixanası üzə çıxdı - VİDEO+FOTOLAR
Fazil Məmmədovun 200 “kitayski roza” istixanası üzə çıxdı - VİDEO+FOTOLAR
Fazil Məmmədovun 200 “kitayski roza” istixanası üzə çıxdı - VİDEO+FOTOLAR
Fazil Məmmədovun 200 “kitayski roza” istixanası üzə çıxdı - VİDEO+FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fazil Məmmədovun yaxınları Almaniyada 2 fabrik alıb?

    Fazil Məmmədovun yaxınları Almaniyada 2 fabrik ...

    25-07-2013, 12:33

  • 
  • Fazil Məmmədov da futbol bossu olacaq

    Fazil Məmmədov da futbol bossu olacaq ...

    2-12-2013, 17:04

  • 
  • FAZİL MƏMMƏDOVUN PREZİDENTƏ QARŞI ŞOK TƏXRİBATI

    FAZİL MƏMMƏDOVUN PREZİDENTƏ QARŞI ŞOK TƏXRİBATI ...

    14-10-2013, 09:42

  • 
  • Fazil Məmmədovun biznes şəbəkəsindən ilginc faktlar

    Fazil Məmmədovun biznes şəbəkəsindən ilginc ...

    8-11-2017, 18:43

  • 
  • Fazil Məmmədov icra başçısından imtina etdi

    Fazil Məmmədov icra başçısından imtina etdi ...

    29-10-2013, 10:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu