GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sabiq nazirlər hədəfdə - Məmmədov və Mahmudov müəmması

Sabiq nazirlər hədəfdə - Məmmədov və Mahmudov müəmması

Tarix: 13-04-2018, 10:00 Bölmə :Cəmiyyət Baxış: 300
Sabiq nazirlər hədəfdə - Məmmədov və Mahmudov müəmması


Sabiq nazirlər o qədər irimiqyaslı qanunsuzluqlara yol verib ki, cəmiyyət onların yalnız işdən çıxarılması ilə barışmaq istəmir

Seçki prosesi yekunlaşdı, hakimiyyətə qarşı cəbhə açmış kəsimin idarəçilərinə qarşı savaş başlayır. Məhşər ayağına çəkiləcək şəxslər sırasında ilk yerləri sabiq məmurların tutacağı haqda iddiaları var.

Ötən saylarımızdan birində Azərbaycan hakimiyyətinin xaricdən ona qarşı yönələn hücumların kimlər tərəfindən təşkil olunması istiqamətində araşdırmalara başlaması haqda yazı dərc etmişdik. Redaksiyamıza daxil olan məlumatlardan belə aydın olurdu ki, hücumlara yön verənlər vaxtilə hakimiyyətdə təmsil olunmuş sabiq nazirlərdir. O nazirlər ki, hakimiyyətdə olduqları illərdə korrupsiya piramidalarının başında dayanıblar. Belə eks nazirlərdən biri kimi hazırda xaricdə yaşayan Abbas Abbasovun adı çəkilirdi. Baş nazirin sabiq birinci müavini olmuş Abbas Abbasovun adı son 2 prezident seçkilərində hakimiyyətə qarşı cəbhənin mərkəzi fiqurlarından biri kimi hallanmaqdadır. Onunla eyni cərgədə dayananlar da vaxtilə hakimiyyətdə təmsil olunmuş eks-nazirlərdir. Bu sırada sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun adları hallanırdı.

Hazırda sabiqlərin adları yenidən medianın gündəminə gəlib. Hətta seçkiöncəsi çıxışlarında prezidentliyə namizədlər də bu mövzuya geniş yer ayırırdılar. Konkret olaraq Hafiz Hacıyev çıxışlarında Ziya Məmmədovu dövlət çevrilişinə cəhddə ittiham edirdi. Bundan başqa, o, baş nazirin müavini İsmət Abbasovun oğlu, Böyük Britaniyada yaşayan iş adamı Yunis Abbasovun adını da çəkməklə onun antiiqtidar kampaniyasında rol aldığını demişdi. Belə məlumatlar da vardı ki, Yunis Abbasov hökumət əleyhinə olan kəsimə maliyyəçi qismində dəstəyini əsirgəmir. Hafiz Hacıyevin iddiaları bununla da bitmirdi. Ziya Məmmədovun neqativ fəaliyyətindən danışarkən onun Rusiyaya 30 milyon dollar ötürərək Vladimir Putindən prezident olmasına yardım göstərməyi rica etdiyini, oğlu Anar Məmmədovun ABŞ-ın siyasi dairələri ilə keçirdiyi görüşlərdə atasının daha yaxşı prezident ola biləcəyi barədə fikirlər səsləndirdiyini dilə gətirirdi.

Bu iddiaların nə dərəcədə doğru olması bilinmir. Bilinən odur ki, seçkilər yekunlaşıb, nəticə bəllidir. Yeni-köhnə hakimiyyət komandası ona qarşı olanları yolundan süpürüb kənara tullamağa hazırlaşır. Eldar Mahmudova gəlincə, onun dövlət çevrilişinə hazırlaşdığı barədə iddialar hələ “MTN işi”nin ilk günlərində dövriyyəyə buraxılmışdı. Hətta onun bu səbəbdən işdən çıxarıldığı və komandasının zərərsizləşdirildiyi bildirilirdi.

Aylardır ki, hakimiyyətin seçkidən sonra “təmizləmələrə” başlayacağı xəbəri yayılır. Artıq seçki bitib. Bu arada sabiqlərin yenidən gündəmə gətirilməsini də təsadüf hesab etmək olmaz. Hakimiyyətin ötən 2-3 ayda prosesi sükutla izləməsi belə mülahizələrə yol açıb ki, aprelin 11-də keçirilən prezident seçkisindən sonra gözlənilən dəyişikliklər sabiqlərin atdığı addımlara görə sorğu-sual olunması, hətta həbsləri ilə başlana bilər. Mümkündür ki, həbslər hazırda iqtidar komandasında olub hakimiyyətə qarşı passiv müxalif mövqedə dayananları da əhatə etsin. Abbas Abbasov, Ziya Məmmədov və Eldar Mahmudov işdən çıxarılsalar da, onların hələ də bu və ya digər formada proseslərə təsir imkanları qalır. Hakimiyyətdə də tərəfdarları olmamış deyil. Digər tərəfdən, sabiq nazirlər o qədər irimiqyaslı və ciddi narazılıq yaradan qanunsuzluqlara yol verib ki, cəmiyyət onların cəza olaraq yalnız işdən çıxarılması ilə barışmaq istəmir. Hakimiyyət də bunun fərqində olmamış deyil. Odur ki, yaxın gələcəkdə həbslər qaçılmaz görünür.../musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Abbas Abbasova təzyiqlər artır

    Abbas Abbasova təzyiqlər artır ...

    9-12-2012, 12:41

  • 
  • Mahmudov, Abbasov, Məmmədov hakimiyyətə qarşı birləşib?

    Mahmudov, Abbasov, Məmmədov hakimiyyətə qarşı ...

    3-04-2018, 14:09

  • 
  • Abbas Abbasov siyasi burulğanda

    Abbas Abbasov siyasi burulğanda ...

    8-12-2012, 10:50

  • 
  • Abbas Abbasovun oğlu atasının açdığı telekanaldan danışdı

    Abbas Abbasovun oğlu atasının açdığı telekanaldan ...

    15-01-2014, 15:26

  • 
  • Mahir Abdullayev işində Abbas Abbasov adı

    Mahir Abdullayev işində Abbas Abbasov adı ...

    25-12-2012, 12:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (470)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu