GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıdakı dəhşətli qətlin təfərrüatları - “Qadın qan içində sürünürdü”...

Bakıdakı dəhşətli qətlin təfərrüatları - “Qadın qan içində sürünürdü”...

Tarix: 2-06-2018, 12:16 Bölmə :Cəmiyyət Baxış: 390
Bakıdakı dəhşətli qətlin təfərrüatları - “Qadın qan içində sürünürdü”...


19 yaşlı gəncin nişanlısını və onun anasını güllələdiyinin səbəbləri...

Dünən axşam saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində, Sadıxcan küçəsi 13 ünvanında dəhşətli qətl hadisəsi baş verib.

Hadisə zamanı 1963-cü il təvəllüdlü Esmira Cəfərova və onun qızı 2001-ci il təvəllüdlü Cəfərova Aytən ov tüfəngindən açılan atəş nəticəsində ağır yaralanıblar. Ana və qız 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, həkimlər 17 yaşlı A.Cəfərovanın həyatını xilas edə bilməyiblər.

Musavat.com-un müxbiri hadisənin təfərrüatlarını öyrənmək üçün adıçəkilən ərazidə olub, hadisənin şahidlərini dinləyib. Mərhum Aytən Cəfərovanın yaşadığı məhəlləyə daxil olan zaman hər kəs hadisənin şokunu yaşayırdı. Qonşuları bizə hadisənin baş verdiyi evi göstərərək, qətl hadisəsinin necə baş verməsindən danışdılar.

Cəfərovaların evində dəfn hazırlıqlarının getdiyinin şahidi olduq. Qapının önündə üzərinə qırmızı örtülmüş tabut qoyulmuşdu. Mərhumun yaxınları və qonşuları evin önündə toplanmışdı. Evə daxil olub, A.Cəfərovanın yaxınları ilə həmsöhbət olmaq istəsək də, bu, mümkün olmadı. Onlar hadisə barədə mətbuata danışmaq istəmədiklərini bildirdilər. Qeyd etdilər ki, mərhum saat 16:00-da Balaxanı qəbiristanlığında dəfn ediləcək.

Ətraflı məlumatı yalnız qonşulardan öyrənə bildik. Adının çəkilməsini istəməyən qonşu hadisənin baş verdiyi anı belə xatırlayır: “Hamımız evdə idik. Axşam saat 10 radələrində qəfildən güclü səs eşitdik. Aydın idi ki, bu, tüfəng səsidir. Qonşu Nəriman kişinin evindən hay-haray qopdu. Nə baş verdiyini öyrənmək üçün onlara getdik. Çöldə asfaltın üstündə bir qadın qanlar içində sürünüb, çığırır, imdad diləyirdi. Yaxınlaşdıqda qadının qanlar içində olduğunu gördük. Üzü spis vəziyyətdə idi. Bir neçə dəqiqədən sonra Təcili Tibbi Yardım gəldi. Qızın anası Esmira xanım vurulduqlarını qonşulara xəbər vermək üçün sürünə-sürünə evdən çıxmışdı. Hadisə zamanı atası evdə deyildi, həmin an onu görmədik”.

Digər şahidlərin dediyinə görə, hadisəni törədən şəxs Balaxanı sakini Sabir Qədimovdur. Məlumata görə, o, qətlə yetirilən Aytən Cəfərovanın nişanlısı olub. Qətlin baş verməsinə səbəb isə onların arasında qısqanclıq zəminində yaranmış mübahisə olub. Öyrəndik ki, Sabir Qədimov Cəfərovlar ailəsinin yaşadığı evin yaxınlığında ərzaq marketi işlədirmiş.

Sakinlərin dediyinə görə, S.Qədimov qətli ov tüfəngi ilə törədib. Ov tüfənginin qundağı və lüləsi kəsik formada olub. İçəriyə daxil olaraq, ilk öncə qızı, daha sonra isə anasını vurub: “Hadisədən sonra dərhal yardım üçün qonşunun evinə getdik. Açılan atəş qızın kürəyini parçalamışdı. Çox güman ki, atəş yaxın məsafədən və sinəsindən dəymişdi. Ov tüfənglərinin xüsusiyyəti belədir ki, öndən dəyib, arxa hissəni parçalayıb çıxır. Eşitdiyimizə görə, atəş zamanı tüfəngdən sıçrayan qəlpələr anasının üzünə dəyib. Onun da ciddi zədə aldığını dedilər. Mətbuatda hətta qadının çiynindən və ayağından vurulduğu yazılmışdı. Anası Esmira Cəfərova hələ xəstəxanadadır, vəziyyəti ağırdır və qızı Aytacın ölümündən xəbəri yoxdur. Çünki hadisə zamanı yaralı vəziyyətdə çölə çıxaraq, küçədə huşunu itirmişdi”.

Məlumata görə, hadisə vaxtı evdə A.Cəfərovanın bacısı da olub. O, dərhal bu barədə polisə məlumat verib. S.Qədimov hadisə yerindən qaçaraq gizlənib.

Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, E.Cəfərova sağ yanağından, sağ çiynindən və sağ ayağından güllə yaraları alıb. Onun həyatını xilas etmək mümkün olub, lakin sağ əlinin üç barmağı travmatik amputasiya edilib.

A.Cəfərova isə xəstəxanaya aqonal vəziyyətdə daxil olub. O, kəllə və döş qəfəsinin arxa səthindən aldığı güllə yaralarından dünyasını dəyişib.

Bu gün isə qətl hadisəsi törədən Sabiq Qədimov saxlanılıb. Sabunçu rayon prokurorluğundan verilən məlumata görə, faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29-cu, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat zamanı cinayətdə istifadə edilən qoşalüləli ov tüfəngi aşkar edilərək, götürülüb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda ŞOK QƏTL: ana 15 yaşlı qızını öldürdü

    Bakıda ŞOK QƏTL: ana 15 yaşlı qızını öldürdü ...

    4-08-2016, 12:02

  • 
  • 14 yaşlı qızını öldürən ana məhkəmə qarşısında

    14 yaşlı qızını öldürən ana məhkəmə qarşısında ...

    14-01-2017, 00:45

  • 
  • Bakıda DƏHŞƏTLİ qətl - Qardaş bacısını öldürdü

    Bakıda DƏHŞƏTLİ qətl - Qardaş bacısını öldürdü ...

    7-04-2016, 11:36

  • 
  • ŞOK! Bakıda gecə 46 yaşlı kişinin başını evində kəsib qaçdılar (YENİLƏNİB)

    ŞOK! Bakıda gecə 46 yaşlı kişinin başını evində ...

    4-07-2013, 12:00

  • 
  • Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - YENİLƏNİB

    Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - ...

    23-07-2016, 13:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu