GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ermənilər təlaşda: Azərbaycan prezidenti ABŞ-a gedir

Ermənilər təlaşda: Azərbaycan prezidenti ABŞ-a gedir

Tarix: 4-06-2018, 10:04 Bölmə :Cəmiyyət Baxış: 317
Ermənilər təlaşda: Azərbaycan prezidenti ABŞ-a gedir

“Tramp Ağ Evə birinci kimi dəvət edəcək” sualı aktuallaşır; Qarabağ məsələsi yeni müstəviyə keçir; rusiyalı tanınmış politoloq: “Moskva Azərbaycanın hərbi əməliyyatlarına dəstək verə bilər...”

Azərbaycanın yerləşdiyi bölgə və onun ətrafında ziddiyyətli, eyni zamanda, milli maraqlarımıza təsirsiz ötüşməyəcək proseslər gedir. Cənub qonşumuz İran ətrafında yaşanan kritik olaylar, İsrail-Fələstin münaqişəsinin daha qəliz fazaya keçməsi ilə strateji tərəfdaşımız İsraillə münasibətlərə yeni təhdidlərin yaranması bu qəbildən sayıla bilər. Bu fonda işğalçı qonşumuz Ermənistan Nikol Paşinyanın baş nazir olmasından sonra Qərblə (ABŞ-la) Rusiya arasında hiyləgər oyuna başlayıb.

“Yeni Müsavat” ötən saylarının birində yazdığı kimi, Ermənistanın yeni rəhbərliyi hazırda dəridən-qabıqdan çıxır ki, yeni situasiyada işğalçı ölkənin bir əlindən Rusiya, digərindən də ABŞ tutsun. Yəni həm “demokratiya adacığı” kimi özünü Qərbə sırıyıb ondan böyük maliyyə-siyasi dəstək almaq, həm də Kremlin bölgədə yeganə hərbi qalası və vassalı kimi qalaraq Moskvadan silahlar almaq niyyətindədir.

*****

Şübhəsiz ki, Vaşinqtona belə ikiüzlü “müttəfiqlik” sərf edə bilməz. Amerikanın gərgin münasibətlərdə olduğu, sanksiya və embarqolar tətbiq elədiyi Rusiyanın ən yaxın müttəfiqi və forpostu sayılan Ermənistanla müttəfiq olması mümkünsüz görünür. Məntiq diktə edir ki, Ağ Ev günün birində “amerikapərəst” Paşinyandan konkret seçim tələb edəcək.

Bu xüsusda balanslı xarici siyasət yürüdən Azərbaycan qat-qat uğurlu durumda görünür və ABŞ-la daha yüksək səviyyədə əməkdaşlıq qurmaq üçün üstün potensiala malikdir. Bunu deyəsən, tanınmış erməni təhlilçiləri də görməyə və təlaşlanmağa başlayıblar.

“Qarşıdakı Qarabağ danışıqlarında bəzi sürprizlərin olması gözləniləndir, Ermənistan bu sürprizlərə hazır olmalıdır”. Bu barədə 1992-95-ci illərdə Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri işləmiş, Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, politoloq David Şahnazaryan deyib (Publika.az). Onun sözlərinə görə, son vaxtlar Azərbaycan əhəmiyyətli diplomatik fəallıq göstərir.

“Xarici İşlər naziri Məmmədyarov Vaşinqton, Berlin, Brüssel, Paris kimi siyasi mərkəzlərə ard-arda səfərlər edir. Bununla yanaşı, etibarlı mənbələrdən əldə etdiyim məlumata görə, prezident İlham Əliyevin tezliklə Vaşinqtona səfəri gözlənilir və bu səfər çərçivəsində Qarabağla bağlı mühüm danışıqlar ola bilər”, - deyə o qeyd edib. Erməni diplomat həmçinin hesab edir ki, Bakı münaqişənin həlli üçün tələsir və bu istiqamətdə real diplomatik addımlar atır.

****

Əslində ermənilərin təlaşı əsaslıdır. Məsələn, ABŞ prezidenti Donald Tramp son günlər Azərbaycan prezidenti İlham Əliyevə ard-arda üç məktub göndərib. Məktubların birində o, “qarşıdakı aylarda Qarabağ münaqişəsinin həlli üçün yeni imkanlar yaranacağı”nı xüsusi vurğulayır ki, bu da Ermənistanda narahatlığa səbəb olub. Erməni KİV-lər, yerli ekspertlər bu ifadəni açmağa çalışırlar.

Məsələ ondadır ki, Serj Sərkisyan dövründə Ermənistanın əsas dayağı Rusiya hesab olunurdu. Lakin komandasını müstəsna olaraq Rusiyaya nifrət bəsləyən kadrlardan formalaşdıran Paşinyan dövründə Moskva artıq İrəvanın “göz yaşlarına inanmır”, Paşinyana şübhəli nəzərlə baxır. Bundan əlavə, işğalçı ölkənin söykənmək istədiyi Vaşinqton Bakı istiqamətində “körpü” tikir.

Dəqiq informasiya olmasa da, bu proseslər fonunda Azərbaycan prezidentinin Vaşinqtona səfər edəcəyi gözləniləndir. Və bu, Trampın da dediyi kimi, Qarabağ münaqişəsinin həllində mühüm ola bilər...

*****

Xatırladaq ki, qərbyönlü erməni KİV-lərində bir müddətdir ki, “məxməri inqilab” lideri Paşinyanın ABŞ-a dəvət edilməsinin “vacibliyi” haqda yazılar gedir. Erməni yazarlardan biri hətta Ağ Ev başçısına minnət qoyub ki, “bu səfər Trampın şərəfinə şərəf qatardı”. Guya ki, Paşinyan gerçək demokrat, dinc “demokratik inqilab”ın rəhbəri olaraq bunu artıq haqq edib. Bu yöndə Amerika erməni lobbisi də, təbii ki, ciddi cəhdlə çalışır.

Lakin Nikol Paşinyanın baş nazir olan kimi Qarabağa ilk qanunsuz səfər edərək orada verdiyi təxribatçı açıqlamalar, o sırada oğlu Aşotu hərbi xidmət üçün Qarabağa göndərəcəyini söyləməsi, bütövlükdə bu mövzuda Qərbi də təlaşlandıran bəyanatları onun demokrat yox, avantürist siyasətçi olduğunu və bölgədə sülhü deyil, müharibəni yaxınlaşdırdığına şübhə saxlamadı.

Paşinyanın bu davakar ritorikası isə regionda müharibə arzulamayan Amerikanın da sözsüz ki, diqqətini çəkib. Əksinə, ötən həftə Azərbaycanda ABŞ-ın əsas siyasi sponsoru olduğu Cənub Qaz Dəhlizinin (CQD) açılışı göstərdi ki, Azərbaycan bölgədə qurucu bir mövqe tutur və regionun Avropaya, dünyaya inteqrasiyası yolunda, təhlükəsizliyi və rifahı yolunda real addımlar atır - Avropanın, Qərbin özü ilə birgə. Bu xüsusda Azərbaycan liderinin ABŞ-a birinci dəvət edilməsi tamamilə məntiq qanunları çərçivəsindədir...

*****

Bu mövzuda tanınmış rusiyalı ekspertlərin də şərhləri maraq doğurur. Məsələn, politoloq Oleq Kuznetsov hesab edir ki, bu gün Ermənistan Rusiya və ABŞ-ın geostrateji maraqlarının toqquşduğu arenadır. Bunu o, Pravda.ru saytına açıqlamasında deyib (Axar.az).

“Əgər Paşinyan Saakaşvili kimi Rusiyanın Ermənistan ərazisindəki hərbi mövcudluğuna son qoysa, bu, Vaşinqtonun Ön Asiyadakı geosiyasi təsirini itirməsinə kompensasiya olacaq. Rusiyanın Ermənistandakı təsirini itirməsinin Moskva üçün iki ciddi nəticəsi var: birincisi, Rusiyanın daxili siyasi proseslərində erməni lobbisinin təsiri zəifləyəcək. Bu da hakimiyyətdə iki əsas erməni lobbisti olan Rusiya xarici işlər naziri Sergey Lavrov və Federasiya Şurasının rəhbəri Valentina Matviyenkonun vəzifədən getməsi ilə nəticələnəcək. İkincisi isə Azərbaycan Qafqazda Rusiya ilə münasibətləri xoş olan yeganə ölkə olacaq və nəticədə Kremlin Cənubi Qafqazda seçim etmək şansı qalmayacaq. Ermənistan-Azərbaycan qarşıdurması bundan sonra daha da artacaq”, - deyə o bildirib.

Analitikə görə, Rusiyanın Ermənistandan çəkilməsi Moskvanın Qarabağın azad edilməsi üçün Bakıya “yaşıl işıq” yandıracağı ehtimalını artıracaq: “Moskva işğal edilmiş ərazilərin azad edilməsi üçün Azərbaycanın hərbi əməliyyatlarına dəstək verə və regionda Rusiya-Azərbaycan-Türkiyə təhlükəsizlik üçbucağının qurulması reallaşa bilər”.

*****

Əlbəttə ki, bunlar siyasi şərh və proqnozlardır. Bir şeyi dəqiqliklə qeyd eləmək olar ki, Ermənistandakı məlum olaylardan sonra öncəliklə işğalçı ölkənin yeni rəhbərliyi, ardınca isə Rusiyanın özü seçim eləməli olacaq. Bakı üçün hər iki hal fürsətlər yarada bilər... /musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Trampın qəfil təbriki və “əcəl zəngi” – “işğalçı Qarabağı itirəcək...”

    Trampın qəfil təbriki və “əcəl zəngi” – “işğalçı ...

    17-05-2018, 16:49

  • 
  • İki dost arasında sıxılan Azərbaycan - çətin seçim

    İki dost arasında sıxılan Azərbaycan - çətin seçim ...

    8-01-2018, 11:34

  • 
  • “İŞİD-in gəlişi Qarabağ ətrafında situasiyanı kəskin dəyişəcək” - Rusiyalı politoloq

    “İŞİD-in gəlişi Qarabağ ətrafında situasiyanı ...

    26-11-2014, 22:50

  • 
  • İrəvan rusun arxasından ABŞ-a “əlcək” atdı – işğalçı seçimə sürüklənir

    İrəvan rusun arxasından ABŞ-a “əlcək” atdı – ...

    29-03-2018, 12:30

  • 
  • ABŞ-dan Ermənistana böyük maliyyə vədi – kritik gəlişmə

    ABŞ-dan Ermənistana böyük maliyyə vədi – kritik ...

    2-06-2018, 10:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu