Yasamal rayonu, M.Həsənov küçəsi 1-də yerləşən aptekdə quldurluq faktı qeydə alınıb.
Gecə saatlarında naməlum şəxs aptekə daxil olaraq bıçaqla 1992-ci il təvəllüdlü Hilal Həsənovu hədələyərək 2000 manat pulu götürüb qaçıb. Zərərçəkən dərhal polisə məlumat verib. Hadisə yerinə gələn rayonun hüquq-mühafizə orqanının əməkdaşları müşahidə kameralarına baxış keçiriblər və əzcazçını dindiriblər. Hazırda quldurluq edən şəxsin müəyyənləşdirilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Faktla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. /olke.az
Sorğu
Yeni dizaynımız necədir?