GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Polis mitinqdə iştirak edənlərə zəng edir

Polis mitinqdə iştirak edənlərə zəng edir

Tarix: 23-01-2019, 16:42 Bölmə :Cəmiyyət Baxış: 642
Polis mitinqdə iştirak edənlərə zəng edir


Sorğu-suala tutulanlar arasında jurnalistlər də var

Milli Şuranın 19 yanvar mitinqində iştirak edənlərə müxtəlif formada təzyiqlər edildiyi bildirilir.

Məsələn, Salyandan Bakıya gələn 70-ə yaxın müxalifətçinin polis idarəsinə aparılaraq, hədə-qorxu gəldiyi deyilir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Bakıda, Sumqayıtda yaşayanların telefonlarına zəng edib yerli polis idarəsinə çağırırlar.

Xətai rayonunda qeydiyyatda olan müsavatçı, keçmiş məhbus Nigar Həzi bildirib ki, yanvarın 22-də rayon Polis İdarəsindən Roman Allahverdiyev adlı əməliyyatçı ona zəng edib:

"Guya mənim nömrəm hansısa oğurluq telefonla əlaqəli olub. Halbuki, 10 ildən çoxdur nömrəmi işlədirəm. Hərçənd ki, Roman bəy heç cümləni düz-əməlli düzüb qoşa da bilmədi. Aydınlaşdırmaq üçün idarəyə gəlməmi söylədi. Dedim, bu çağırış mitinqə görə olmasın? Sağ olsun, o da heç nə demədi. İş kimin icraatındadırsa, həmin şəxsə - Tural bəyə zəng edib soruşuram ki, məni niyə çağırırsınız. Dedi, mənim xəbərim yoxdur”.

Lənkaranda qeydiyyatda olan jurnalist Ramin Deko da bildirib ki, yerli polis rəisi onun çox adamın bilmədiyi nömrəsinə zəng edib, 19 yanvar mitinqində iştirak edib-etmədiyini soruşdu: "Təsdiqlədim, səbəbini soruşmamış dedim ki, mitinq icazəliydi və mən jurnalist kimi iştirak edib işimi görmüşəm. Mitinqlə bağlı sualları dayandırdı və harada yaşadığımı soruşub sağollaşdı. İlk dəfədi bu baş verir, heç zaman zəng edib nə işlə məşğul olduğumu soruşmayıblar. Maraqlısı odur ki, zəng mənim mitinqdə işlək olan nömrəmə gəlib, deməli, "Azercell” GPRS vasitəsilə məlumatları ötürüb. Bu hal təkcə mənlə bağlı deyil, başqa jurnalistlərə də edilib”.

Xırdalanda yaşayan jurnalist Alya Yaqublu "Facebook” hesabında yazıb ki, 19 yanvar mitinqdə insanların çox sayda iştirakından hakimiyyət narahat olub:

"Vurnuxa-vurnuxa "profilaktika” işləri aparır. Birinci zəng vuran "JEK”-dən olduğunu deyib siyahıyaalma bəhanəsilə evimizin yerini dəqiqləşdirməyə çalışdı. Ünvanda dalan-filan var, dalanları da nömrələməyiblər deyə bilmirlər haradı. Dedim, telefonla olmur bu iş, mitinqə görə zəng vurmusuz yəqin. "Yox-yox, nə mitinq? Yaxşı, yaxşı, sağ olun,” - deyib dəstəyi asdı. Bir az sonra yenə zəng gəldi, bu dəfə sahə müvəkkili idi, evimizin yerini öyrənmək istədiyini dedi. Soruşdum xeyir ola, "lazımdı” deyə cavab verdi. Dedim, mənim nömrəmi bilirsizsə, deməli, ünvanımı da bilirsiz də. Dedi, bilirik, filan küçə, dalan, ev, düzdü? Dedim, düzdü. Dedi, yerini təsvir eləyin də. Soruşdum, nəyinizə lazımdı, dedi, lazımdı da. Soruşdum niyə lazımdı axı, nəsə problem var? Dedi, şöbəyə gəlin, rəisin sözü var. Adını-soyadını soruşdum, "Sərxan Abdullayevdi”,- dedi. Dedim, Sərxan müəllim, nə məsələdi, dedi, heç zad, eləcə sözü var. Dedim, çağırış vərəqi göndərin, gəlim. Dedi, evin yerini deyin də. Nəysə, yenə mən dedim, yenə o dedi, söhbətimiz nəticəsiz bitdi. Bu antimitinq əməliyyatını hazırlayan cənablar, ələmanlarınıza əziyyət verib dalan-malan axtartmayın, rəsmi çağırış olmasa, getməyəcəm. Zorla aparmaq istəyirsizsə, buyurun, gəlin. Mənim məsləhətim - özünüzü yormayın, mən mitinqə gedəcəm”.

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayan fəal Sənubər Heydərlinin isə anasını polisə çağırıblar, səbəb mitinqdə iştirakı olub: "Sadəcə, bir neçə sual verib buraxıblar”.

Jurnalist Elçin Həsənzadə isə deyir ki, Sumqayıt Polis Axtaris İdarəsindən, Şükür adlı rəis müavini çağırıb: "Zəng edib deyir ki, nömrən ogurluqdu, bölməyə gel. Cavab verdim ki, gəlmirəm, 12 ildir bu nömrəni işlədirəmsə, necə oğurluq ola bilər?! Oğurluq olsaydı, çoxdan bilərdiniz, niyə indi bildiniz?”

Sumqayıt cəbhəçisi Şakir Məmmədov da yanvarın 21-də saat 24-də Sumqayıt Polis İdarəsinə çağərıldığını deyib: "Gecə saat 2-nin yarısına qədər mitinqdə olub-olmamağımızı sorğu-sual etdilər, 20-yə yaxın müxalifətçiydik, sonra heç bir izahat almadan sərbəst buraxıldıq”.

İdman jurnalisti Coşqun Eldaroğlu yanvarın 23-də, saat 15-də polisə çağrıldığl haqda məlumat yayıb.

Hüquqşünas Fuad Ağayev Meydan TV-yə deyib ki, əvvəla, telefonla zəng edib vətəndaşı polis idarəsinə çağırmaq qanuna ziddir: "Elektron hökumət sistemi vasitəsilə çağırış olsa, bu barədə müzakirə açmaq mümkündür. Ancaq polis orqanlarında bu sistem hələ işləmir. Ona görə vətəndaş rəsmi qaydada çağrılmalıdır və səbəbi izah edilməlidir, istənilən halda prosessual normalara əməl edilməlidir”.

Fuad Ağayev deyib ki, mitinqdə iştiraka görə kimlərinsə polisə çağrılması və izahat alınması düzgün deyil. Əgər həmin tədbirdə, yaxud tədbirdən sonra pozuntuya yol verilibsə, o ayrı söhbətdir. Sual yaranır, mitinqdən əvvəl, aksiya zamanı və sonra pozuntuya yol verilmişdisə, niyə onda aydınlaşdırılmadı? 3 gün sonra zəng edib niyə aydınlaşdırırlar? Nəhayət, mitinq icazəli olub və Bakı Şəhər Baş Polis İdarəsi heç bir asayiş pozuntusunun olmadığı barədə məlumat yayıb.//Meydan.tv
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda təzə bəy toyun pul qutusunu açdı, aləm qarışdı

    Bakıda təzə bəy toyun pul qutusunu açdı, aləm ...

    3-07-2013, 19:12

  • 
  • Müsavatın Göygöl təşkilatının sədri saxlanıldı

    Müsavatın Göygöl təşkilatının sədri saxlanıldı ...

    27-08-2014, 12:32

  • 
  • Bakıda 19 min manatlıq hədə-qorxu

    Bakıda 19 min manatlıq hədə-qorxu ...

    4-10-2013, 13:36

  • 
  • Bloqqer bacılarının polisdə incidildiyini deyir

    Bloqqer bacılarının polisdə incidildiyini deyir ...

    20-02-2017, 00:47

  • 
  • Vicdan məhbusu Ülvi Quliyevə  və ailəsinə təzyiqlər başlayıb

    Vicdan məhbusu Ülvi Quliyevə və ailəsinə ...

    5-02-2013, 10:39


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu