Bu gün səhər saatlarında Müsavat Partiyasının Göygöl Rayon Təşkilatının sədri Subatay Quluzadə saxlanılaraq, polis idarəsinə aparılıb.
Onun saxlanılmasının səbəbləri məlum deyil. Artıq 2 saata yaxındır ki, onun telefonuna zəng çatmır.
Bu barədə musavat.com-a məlumatı Müsavat Divanının üzvü Tural Abbaslı verib.
O bildirib ki, Subatay Quluzadə sonuncu dəfə polis idarəsinin önündən zəng vurub: “Neçə vaxt idi ki, Subatay bəy davamlı olaraq, polis idarəsinə çağırılırdı. İzahatlar alınıb, buraxılırdı. Bu gün isə yenidən idarəyə dəvət olunub. Ehtimal var ki, həbs ediləcək. Sonuncu dəfə 2 saat öncə zəng vurmuşdu. O zamandan əlaqə saxlamaq mümkün deyil. Telefonunu qardaşına verəcəyini demişdi. Görünür, imkan verməyiblər”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?