Dünəndən etibarən paytaxtın böyük super marketlərindəvə kiçikərzaqmağazalarında bir sıra yerli irisüd və süd məhsulları istehsalçılarının məhsullarınınqıtlığı problemi yaranıb.
Gundemxeber.Az xəbər verir ki, movqe.az-ın əməkdaşının paytaxt mağazalarında apardığı müşahidələr zamanı ölkənin iri süd istehsalçısı olan süd zavodunun istehsal etdiyi ayran, xama kimi məhsulların vitrinlərdə olmadığı üzə çıxıb. Super marketlərdən eləcə də digər kiçik mağazalardantəzə ildən yerli süd istehsalçılarından məhsul almadıqlarını bildiriblər.
"Araz" super marketlər şəbəkəsinin Bayıl ərazisində yerləşən mağazasında süd sarı şöbəsinin işçisi əməkdaşımıza bildirib ki, buildən yerli süd istehsalçıları mağazalara məhsul satışını azaldıb, bəzi məhsullarının satışını isə tamamilə dayandırıblar:
"Bizə deyirlər ki, səbəb Vergilər Nazirliyinin bütün sahibkarları şəffaf vergi ödəməsinə cəlb etməsidir. Süd və süd məhsulları istehsalçılarının dediyinə görə, düzgün uçot sistemi onların xərclərini artırıb. Ona görə də məhsullara hələ yeni qiymət müəyyənləşdirməyiblər. Sizin soruşduğunuz ayran və xamalarda satışda yoxdur. Digər yerli iri süd və süd məhsulları istehsalçılarıda bəzi məhsulları satışa vermirlər. Bu ildən süd və süd məhsulları istehsalçılarından yeni mal almamışıq. Ona görə də vitrinimiz boşdu. Olanların da çoxu xaricdən idxal olunan süd məhsullarıdır". Movqe.az-ın əmkdaşının apardığı araşdırma zamanıpaytaxt mağazalarının əksəriyyətində bir sıra yerli süd və süd məhsullarının qıtlığı problemi yaşandığı məlum olub. Yalnız bir neçə mağazada yerli süd və süd məhsullarının yeni qiymətlə, əvvəlkindən xeyli baha qiymətə satışına başlandığı bildirilib.
İqtisadçı Samir Əliyev bildirib ki, gömrükdə qaçaqmalçılığın qarşısının alınması,məhsulların ölkəmizə realrüsumlarla keçirilməsi,eləcə də vergi uçotunun gücləndirilməsinin təsiri nəticəsində müəyyən məhsulların qıtlığı və qiymət artımı müşahidə olunur: "Bu addımların əlbəttə bir təsiri olmalı idi. Amma bu dəyişiklik əvvəl-axırbaş verməli idi. Bir müddət belə problemlər olsa da, bu şəffaflıq prosesi davamlı aparılarsa hər şey öz qaydasına düşəcək. Bununla belə qiymətlərdə bahalaşmanın olması qaçılmazdır".
S. Əliyev bildirib ki, Milla xamaları (20%-lik, 300 q) sürətlə bahalaşır:
"Yanvarın əvvəli 1,56 AZN-ə, ortası 1,77 AZN-ə, fevralın əvvəli isə 1,96 AZN-ə qalxıb. Dekabrda isə yanvar ayı ilə müqayisədə daha ucuz idi. Həmin xamanın 25%-liyi isə bu müddətdə 1,60 AZN-dən 2,15 AZN-ə yüksəlib. Bir sözlə, son 1-2 ayda bu yerliməhsullar təxminən 35% bahalaşıb. Bu, hələki bir məhsul növü üzrədir. Yəqin ki digər məhsullarda da bahalaşma var. Nə baş verir? Dollar bahalaşmayıb.Yəqin ki, vergi qanunvericiliyinə edilmiş dəyişiklikə bağlıdır".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?