GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıdakı yanğınların müəmmalı tərəfləri - təxribat iddiası

Bakıdakı yanğınların müəmmalı tərəfləri - təxribat iddiası

Tarix: 11-04-2019, 11:01 Bölmə :Cəmiyyət Baxış: 525
Bakıdakı yanğınların müəmmalı tərəfləri - təxribat iddiası


“Qaçqınkom” sədri məcburi köçkünlərin yataqxanalarının qəsdən yandırıldığını və buna dair ekspertiza rəyi olduğunu açıqladı; ən həssas sosial təbəqələrin məskunlaşdığı, işlədiyi binalarda yanğınların baş verməsi qəsd versiyasını istisna etmir

Aprelin 10-da Bakıda, Babək prospektində - “Azərsutikinti” Xəstəxanasının məcburi köçkünlərin məskunlaşdığı korpusunda yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri gəlib və alov söndürülüb. Yanğın binanın damında meydana gəlib.

Yanğın zamanı ümumilikdə 7 nəfər zərər çəkib.

Onlardan bir neçəsi tüstüdən zəhərlənib və ilkin tibbi yardım göstərilib. Bir nəfər kişi isə yanğın zamanı özünü binadan aşağı atıb və 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb, vəziyyəti ağırdır. Bir qadın isə başından və üzündən yanıq xəsarətləri alıb.

Hadisə yerində olan musavat.com-un əməkdaşı xəbər verib ki, 22-yə yaxın ailənin məskunlaşdığı yataqxanadakı yanğının ilkin səbəbi kimi elektrik xətlərində qısaqapanmanın olduğu bildirilib.

Sakinlər musavat.com-a bildiriblər ki, binada elektrik xətləri həddən artıq yüklənir, yararsız vəziyyətdədir, tez-tez qısaqapanmalar olurdu və elektrik cihazları sıradan çıxırdı.

Sakinlər əşyalarının və qaldıqları otaqların yararsız hala düşməsindən narazıdırlar.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Binada əsasən Füzuli və Ağdam rayonlarından olan məcburi köçkünlər məskunlaşıb. Məcburi köçkünlər birmənalı olaraq bu binadan köçürülmələrini tələb edirlər.



Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanğın baş verən yataqxanaya gəlib. Musavat.com xəbər verir ki, sədr məcburi köçkünlərlə görüş keçirib.

Onun sözlərinə görə, məcburi köçkünlər müvəqqəti olaraq yerləşdiriləcək: “Hər gün komitəyə sizin kimi onlarla məcburi köçkün gəlir. Biz onların hər birinə kömək edirik. Köçürülmə mərhələli formada aparılır. Mən 11 aydır işləyirəm və hər gün məcburi köçkünlərin arasındayam. Bu günə qədər 300 min köçkün yerləşdirilib. Səbirli olun, dövlət hər şeyi yoluna qoyacaq. Ev tikilsin, siz də köçürüləcəksiz. İcazə verin, izah edək. Ev yoxdursa, necə ev verək? Tikinti gedir, hazır olduqca hamınızı yerləşdirəcəyik. İndi nə yardım lazımdırsa, onu edək. Səbirli olun, hər şey qaydasına düşəcək. Gəlin başa düşək ki, bura bizim vətənimizdir. Ölkə prezidenti sizin üçün əlindən gələni edir. Siz də bizə yardım edin. 11 ay ərzində mən şəxsən 10 mindən çox məcburi köçkünü qəbul etmişəm”.

Məcburi köçkünlər isə etiraz edərək bildiriblər ki, onlara şər atırlar: “Bizə deyirlər ki, binanı özünüz yandırmısız. Biz dəliyik ki, bir çıxışı olan binanı yandıraq? Bizə ev verilsin”.

Məcburi köçkünlər bildiriblər ki, illərdir burada, meyitlərlə “qonşuluq” edirlər: “Bu binanın yanı morqdur. Axşam bura meyit gələndə səhərə qədər yata bilmirik. Ölənin qohumları ağlayır, uşaqlarımız qorxur. Bizim uşaqlar burada xəstəxanadan atılan qanlı iynələrlə oynaya-oynaya böyüyüblər. Artıq bezmişik. Köçürülmə tələb edirik”. Rövşən Rzayev binaya daxil olaraq, məcburi köçkünlərin yaşayış şəraiti ilə əyani şəkildə tanış olub”

Nizami rayon icra başçısı Arif Qasımov da hadisə yerinə gəlib. O bildirib ki, yanğınla bağlı araşdırma aparılır: “Sakinlərlə bağlı müvafiq qərar veriləcək. İndiyə qədər bu cür hadisələrdən sonra necə davranılıbsa, elə də olacaq”.

Baş nazirin müavini Əli Əhmədov da yanğın baş verən yataqxanaya gəlib. Musavat.com xəbər verir ki, o, öncə məcburi köçkünlərlə birlikdə yataqxananı gəzib. Daha sonra jurnalistlərə açıqlama verərək bildirib ki, ilk olaraq ailələrin yerləşdirilməsi istiqamətində işlər aparmaq lazımdır: “Azərbaycan hökuməti məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görür. Srağagün böyük bir yaşayış massivinin açılışı oldu və insanlar növbə ilə köçürüləcək. Binalara birinci növbədə daha ağır şəraitdə yaşayan vətəndaşlar köçürüləcək. Bu, həm də ədalətli, məntiqli yoldur. Bir günün içində hamını mənzillə təmin edə bilmərik.

Hədəfimiz ehtiyacı olan hər kəsin köçürülməsidir. Eyni zamanda köçkünlərin məskunlaşdığı binada təhlükəsizlik problemləri də var. Bir çıxış var, yaşayış şəraiti çox ağırdır. Məsələ araşdırılana qədər ailələr müvəqqəti yaşayış yerləri ilə təmin olunacaq. Bir məsələni də vurğulamaq istəyirəm ki, artıq bir neçə ay ərzində məcburi köçkünlərin məskunlaşdığı 5-ci binadır ki, yanğın hadisəsi baş verib. Təbii ki, mən bununla nəsə deməyə çalışmıram. Hələ araşdırma aparılacaq, nəsə demək üçün çox tezdir.

Bir nəfər yıxılıb, ancaq vəziyyəti yaxşıdır. Bizim üçün də əsas olan budur ki, salamatçılıq olsun. Heç kim narahat olmasın. Hazırda mənzilə ehtiyacı olan məcburi köçkünlərin sayı da çoxdur. 100 minlərlə rəqəmlərlə ölçülür və bütün bunların hamısını həll etmək üçün zaman lazımdır. Yaxın bir neçə il ərzində problemin əhəmiyyətli dərəcədə kəskinliyini azaltmaq niyyətindəyik. Amma bundan ötrü on minlərlə yeni mənzil tikilməlidir. Bunlar asan işlər deyil və zaman tələb edir ki, Azərbaycan hökuməti bunları ardıcıl şəkildə həyata keçirə bilsin”.

“Martın 6-da Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanadakı yanğın qəsdən törədilib”. Bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib. Onun sözlərinə görə, hadisə ilə bağlı cinayət işi başlanıb: “Müvafiq ekspertizalar təyin edilib. Yataqxananın qəsdən yandırılmasına dair ekspertizanın rəyi də var”.

Rövşən Rzayevin yandırıldığını bildirdiyi yataqxana Nərimanov rayonu, Malik Məmmədov 12 ünvanında yerləşir. Həmin yataqxanada yanğın martın 6-da gecə yarısı meydana gəlib. Yanğın məcburi köçkünlərin məskunlaşdığı yataqxananın 3-cü mərtəbəsində olub. Hadisə nəticəsində Elza və Surxay Əliyevlər həyatlarını itirib. 6 nəfər isə xəsarət alıb, tüstüdən zəhərlənib. Tüstüdən zəhərlənənlər arasında Nərimanov Rayon Polis İdarəsinin rəis müavini Habil Sadıqov da olub. Baş nazirin müavini Əli Əhmədov da jurnalistlərə açıqlamasında yanğının qəsdən törədilməsi ilə bağlı fikir səsləndirib.

Nə baş verir? Azərbaycanda qaçqın yataqxanalarını kim və ya kimlər yandırır? 2019-cu il başlayandan ölkədə bir-birini əvəzləyən yanğınlar kimlərin maraqlarına uyğundur? Binaların damında yanğınları kim törədir?

Yanğınların qəsdən törədilməsi ehtimalları dövlət məmuru Rövşən Rzayevin açıqlamasına qədər də dolaşırdı. Lakin bu ehtimallarını doğruluğunu ortaya qoyan konkret rəsmi açıqlama yox idi. İndi isə belə aydın olur ki, artıq yanğının qəsdən törədilməsi haqda ekspertiza rəyi də var!

Rövşən Rzayev binanın kimin tərəfindən yandırılmasını açıqlamasa da, yanğının sakinlərdən biri tərəfindən törədilməsi haqda xəbərlər dolaşır. İddialara görə, binanı yandırmaqla sakinlərin digər ünvana, daha uyğun şəraitli binaya köçürülməsinə nail olmaq istəyirlər. Digər bir iddia odur ki, yanğın təxribat məqsədilə də törədilə bilər.

Ümumilikdə ilin əvvəlində baş verən yanğınların törədildiyi ünvanlara nəzər salınanda çox ciddi mətləblər üzə çıxır.

Bu il martın 2-də Bakıda “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbində yanğın baş verdi. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmamışdı. Binanın damında yanğının səbəbi bilinmədi.

Bakının mərkəzi rayonlarından olan Nərimanov rayonundakı məcburi köçkün yataqxanasındakı yanğından 20 gün sonra, martın 26-da “Diqlas” Ticarət Mərkəzi yanıb kül oldu.

Martın 27-də Xəzər rayonunda da 5 mərtəbəli yaşayış binasında yanğın olub.

Azərbaycanda məktəblərin, yaşayış binalarının, köçkün yataqxanalarının damlarında yanğınlar törədilməsi eyni qrup şəxslərin dəst-xəttini xatırladır. Sanki damlarda yanğın törədən xüsusi adamlar var.

Yanğınların təxribat olması iddiasını inandırıcı edən əsas məqam 2015-ci ilin mayında Binəqədidəki dəhşətli yanğın hadisəsidir. 2015-ci ildə yanğından dərhal sonra sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun göstərişi ilə “Global Construction” və “Global Stone” MMC-yə basqın etmişdilər. Sonradan “yanan bina” işi üzrə həbs edilən MMC-nin təsisçisi Miryusif Mahmudov məhkəməsində “o binanı yandırıblar” şəklində şok ifadə vermişdi.

Miryusif Mahmudov məhkəmədə Binəqədidəki binanın yandırılması üçün uzun aylar hazırlıq işləri görüldüyünü də iddia etmişdi. Sitat: “Əvvəlcə 2015-ci il aprelin 10-da Xətaidəki bina yandırılıb. ”Poliuretan" bütün Azərbaycanda qulaqlara dəhşətli söz kimi otuzduruldu, zəhər kimi təqdim olundu. Bu hadisədən 15 gün sonra Veteranlar Şurasının binası yandırıldı. Bundan 3 gün sonra da Azadlıq prospektindəki bu binanı yandırdılar".

4 il fərqlə, eyni gündə - 2019-cu il aprelin 10-da Nizami rayonunda, köçkün yataqxanasında qəsdən yanğın törədilib. Daha poliuretan üzlük yoxdur, əvəzində damlarda yanğın törədilməsi taktikası işlənib?!

Bir maraqlı məqama da toxunaq. 2015-ci il mayın 19-da Binəqədidəki məşum yanğından sonra bütün ölkə boyu gecə növbələri təşkil olunmuşdu. Sakinlərdən ibarət könüllü qruplar yanğın təhlükəsizliyini təmin etmək üçün səhərə qədər küçələrdə gəzirdilər. Bütün böyük şəhərlər kimi, Gəncədə də belə könüllü dəstələr vardı. Binəqədidə bina yanandan 5 gün sonra - 2015-ci il mayın 24-də Gəncədə, Dədə Qorqud küçəsində çoxmərtəbəli yaşayış binalarından birinin üzərində “drujinnik”lər 2 şübhəli şəxsi saxlayıblar. Gecəyarısı əllərində dizel yanacağı ilə dolu kanistrlərdə damda gəzənlərdən biri Samux rayon sakini, digəri isə Rusiya Federasiyasının vətəndaşı olub. “Drujinnik”lər tutduqları hər iki şəxsi polisə təhvil veriblər. Hətta polisdən Gəncə Şəhər İcra Hakimiyyətinə gecəyarısı damları əllərində yandırıcı maddə dolu kanistrlərlə gəzən şəxslər haqda məlumat verilib. Bu haqda MTN-in yerli şöbəsinə məlumat daxil olandan sonra hər 2 şəxsi polisdən təhvil alıblar. Eldar Mahmudovun nazir olduğu quruma - MTN-ə aparılan hər 2 şəxs sonradan istintaqa cəlb olunmayıb, barələrində cinayət işi başlanmayıb.

Bəs həmin 2 şəxs gecəyarısı, damda, əllərində tezalışan maye dolu qabla niyə gəziblər? Kim olub həmin şəxslər? Niyə ortalıqdan yoxa çıxarılıblar?

Bu gün Bakıda binaların damlarında yanğın törədənlər həmin şəxslər, onları Gəncəyə göndərənlər ola bilərmi?..

Ən həssas sosial təbəqələrin məskunlaşdığı, işlədiyi binalarda yanğınların baş verməsi qəsd versiyasını istisna etmir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Salyanda yanğın: bir nəfər ölüb

    Salyanda yanğın: bir nəfər ölüb ...

    30-12-2015, 17:23

  • 
  • Cəlilabaddakı "İran bazarı"ında baş vermiş yanğın söndürülüb -  YENİLƏNİB - 2

    Cəlilabaddakı "İran bazarı"ında baş ...

    21-06-2017, 20:45

  • 
  • Bakıda binada güclü yanğın, insanlar təxliyə edildilər

    Bakıda binada güclü yanğın, insanlar təxliyə ...

    4-03-2016, 15:55

  • 
  • İsveçdə qaçqınlar sığınacağında yanğın: xəsarət alanlar var

    İsveçdə qaçqınlar sığınacağında yanğın: xəsarət ...

    26-02-2017, 19:04

  • 
  • Bakıda yataqxanada yanğın: ölənlər və xəsarət alanlar var

    Bakıda yataqxanada yanğın: ölənlər və xəsarət ...

    6-03-2019, 10:05


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu