"Bir ekspert qrupunun rəyi ilə ortaya keyfiyyətli dərslik çıxarmaq olmaz”.
Gundemxeber.az bildirir ki, bu fikirləri yenicag.az-a açıqlamasında Təhsil Nazirliyinin müəllimləri, ziyalıları və valideynləri dövlət ümumtəhsil müəssisələri üçün hazırlanan dərslik layihələrinin müzakirəsinə qatılmaq çağırışına münasibət bildirən ekspert Kamran Əsədov deyib.
Kamran Əsədovun sözlərinə görə, Təhsil Nazirliyinin bu təşəbbüsü formal olduğu qədər də, qeyri-ciddidir: "İctimai müzakirələr zamanı rəy, irad və təkliflər onsuz da, müəlliflər tərəfindən qəbul edilmir. Nəticədə qüsurlu dərsliklər təhsil müəssisələrinə daxil olur. Yarımçıq hamiləlikdən dünyaya gələn uşaq təbii ki, anormal olacaq. Dərsliklərin müzakirəsi üçün bir ay vaxt qoyublar. Dərslik yazmaq üçün iki-üç il lazımdır. Eyni zamanda, bu məsələ dəfələrlə müzakirə olunmalıdır. Bir ekspert qrupunun rəyi ilə ortaya keyfiyyətli dərslik çıxarmaq olmaz”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?