GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Camaat ağac altında qalıb, kömək etməkdənsə, telefona çəkirdilər” - Direktor

“Camaat ağac altında qalıb, kömək etməkdənsə, telefona çəkirdilər” - Direktor

Tarix: 15-07-2019, 12:59 Bölmə :Cəmiyyət Baxış: 361
“Camaat ağac altında qalıb, kömək etməkdənsə, telefona çəkirdilər” - Direktor

Ötən gün Şəki Xan sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının iki budağının qırılaraq yerə düşməsindən sonra sosial şəbəkələrdə belə halların əvvəllər də baş verməsi ilə bağlı məlumatlar paylaşılıb.

Elə son olaraq bu il may ayında çinar ağacının budağının qırılıb düşməsi yayılan görüntülərdə əks olunub. İstifadəçilər ağaca necə qulluq edilməsi ətrafında müxtəlif müzakirələr açıblar.

“Qafqazinfo” yaranan bütün suallara aydınlıq gətirmək məqsədilə Şəki Yuxarı Baş Dövlət Tarix Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva ilə əlaqə saxlayıb.

O, sosial şəbəkələrdə yazılanlardan xəbərdar olduğunu bildirib və dediklərinin ictimaiyyətə olduğu kimi çatdırılmasını xahiş edib. T. Abdullayeva camaatı şoka salmamağı tövsiyə edib: “500 yaşı olan ağacın qurumuş və yaş budaqları da olur. Çünki ağac kövrək ağacdır. Yağış yağan kimi onun budaqları suyu çəkir. Ucları ağırdır deyə, quruyub düşür.

“Xan çinarı” “Qırmızı Kitab”a düşmüş ağacdır. Qeyri-qanuni biz ona əl vura, bir dənə yarpağına da dəyə bilmərik. 2012, 2014, 2016- ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacda budama işləri aparılıb. İnkişafda olan ağacdır. İki gün Şəkiyə yağan yağış həmin budağın ağırlaşmasına səbəb olub və küləyin olması nəticəsində belə hadisə baş verib.
Burada qeyri-adi heç nə yoxdur. Problem axtarmaq lazım deyil. Bununla bağlı məktublarımız, aktlarımız var. Ağac vaxtaşırı budanıb. Bu günlərdə yenidən budanmalı idi. İnsanlar çox gəlirdi deyə, edə bilmirdilər. İndi edəcəklər.

Panika yaradıblar ki, budaq mayda da aşıb. Hamısı yalan söhbətlərdir. 20-30 santimetrlik quru budaqlar külək nəticəsində qırılıb düşüb. Nə gəldi, yazırlar, dünyaya car çəkirlər. Yalandan yazırlar ki, guya, 4 nəfər ölüb. Allah eləməsin. Yalnız bir nəfərin vəziyyəti ayağına görə ağırdır. Sağ olsun dövlətimiz helikopter göndərdi, Bakıdan həkimlər briqadası gəldi. İş dövlət başçısının nəzarətindədir. İndi dövlət başçısının tapşırığı ilə ağac qanunauyğun şəkildə budanasıdır.

Bilirsiniz, budamağa da qorxurlar. Çünki çox budama işi aparılsa, ağac quruyacaq. Bundan da ehtiyat edirlər. Axı camaat Xan Sarayı ilə yanaşı, həmin ağaclara da baxmağa gəlir. Mütəxəssislər, ekspertlər vaxtaşırı gəlib ağaca baxırlar”.

Qoruq direktoru dünən baş verən hadisədə insanların olaya laqeyd yanaşmasından təəssüfləndiyini də qeyd edib:

“Dünən digər ziyarətçilərə məəttəl qaldım. Öz məhəlləmizin uşaqları olmasaydı, bir adam bir adama kömək etmirdi. Turistlərin hamısı dayanıb hadisəni telefona çəkirdilər. Camaat ağac altında qalıb, onlara kömək etməkdənsə, durub telefona çəkirlər. Baxıram feysbuka, instaqrama nələr yazırlar. Şəki Xan Sarayı UNESKO-ya düşdüyü bir vaxtda belə hadisə baş verdi. Vallah göz dəydi, bu işlərin hamısına. Özü də qırılıb düşən sağlam budaq idi. Budaqları sizə göndərsəm, məəttəl qalarsız ki bu niyə ortadan qopub düşüb. Çətin problem də ona görə olub ki, üstdəki ağac altdakı qalın budağın üstünə düşüb. Ona görə belə ziyan olub. Üstdəki budaq çox da iri olmayıb. O tək qırılıb düşsəydi , ziyanlıq da olmazdı. Sürətlə biri o birinin üstünə düşüb deyə, belə hadisə baş verib.

Fransada Luvr muzeyi yanıb. Təbii hadisədir. Ağacdır da budağı qopub düşüb yenə yerinə gələcək, turistlər də sağalacaq. Ona görə də sosial şəbəkədə yazanlar bir az diqqətli olmalıdırlar”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəki Fövqəladə Hallar Komissiyasının sədri: "Yaralıların həyatı üçün təhlükə yoxdur"

    Şəki Fövqəladə Hallar Komissiyasının sədri: ...

    15-07-2019, 08:11

  • 
  • Neftçala sakini çinar ağacının altında qalaraq öldü

    Neftçala sakini çinar ağacının altında qalaraq ...

    1-04-2017, 10:12

  • 
  • Şəkidə qoca çinarın aşması nəticəsində 19 nəfər yaralanıb - RƏSMİ

    Şəkidə qoca çinarın aşması nəticəsində 19 nəfər ...

    14-07-2019, 15:38

  • 
  • Deputat Leyla Abdullayeva ağac qətliamına şərik olub?

    Deputat Leyla Abdullayeva ağac qətliamına şərik ...

    22-08-2014, 12:01

  • 
  • Ağdamda 60 ağac məhv edilib – VİDEO

    Ağdamda 60 ağac məhv edilib – VİDEO ...

    7-12-2017, 18:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu